SSRİ dağıldıqdan sonra Azərbaycan tam hüquqlu bir dövlət kimi dünya iqtisadiyyatına daxil oldu. Bu zaman dövlətin qarşısında duran ən əsas məsələlərdən biri də milli təsərüfatın idarə edilməsi idi. Ümumiyyətlə, keçid dövrü ölkələrində iqtisadiyyatın inkişafı iqtisadiyyatı tənzimləmə metodlarından birbaşa asılıdır. Bazar iqtisadiyyatlı ölkələrdə bu məqsədə əsasən pul-kredit siyasətinin köməyilə çatılır. Çünki, keçid dövrü ölkələrinin ən aktual [...]

