Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Neftin qiymeti 103 dolları keçib

neft.jpg

Birjalarda Azərbaycan nefti 101 dollar 55 sentə satılıb

Dünya bazarında qızılın unsiyasının qiyməti tarixdə ilk dəfə olaraq 978 dollara satılıb. İndi qızılın bir qramının qiyməti 31,5 dollardır. Neftin də qiyməti indiyədək görünməyən həddə bahalaşaraq 103 dolları keçib. Azərbaycan nefti də öz rekordunu təzələyib. Ən son məlumatlara görə birjalarda Azərbaycan nefti 101 dollar 55 sentə satılıb. Mütəxəssislərin fikrincə, neftin qiyməti yaxın vaxtlarda 120 dollara qədər artacaq. Neftin bahalaşmasına fond birjalarında aparıcı şirkətlərin səhmlərinin ucuzlaşması səbəb olub. Dolların qiyməti isə əksinə ucuzlaşıb.

daha artıq oxu »

Fevral 29, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Azerbaycanda ehalinin internetden istifade prosesi zeif inkişaf edir

osman_gunduz.jpg

Milli internet formunun sədri bunu tariflərin yüksək olması ilə əlaqələndiribÖtən il Azərbaycanda internet istifadəçilərinin sayı əhalinin 15 faizi qədər olub. Bu barədə milli internet forumunun prezidenti Osman Gündüz məlumat verib. Ekspert ölkədə internetin zəif inkişaf etməsini tariflərin yüksək olması ilə əlaqələndirib.
daha artıq oxu »

Fevral 28, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | Şərhlər

Dollar indiye qeder görünmeyen hedde qeder ucuzlaşıb

dollar.jpg

Dolların ucuzlaşması nəticəsində neftin və qızılın qiyməti görünməmiş həddə çatıb

Maliyyə bazarında dollar indiyə qədər görünməyən həddə qədər ucuzlaşıb. İndi birjalarda 1 avro 1 dollar 50 sentdən də baha dəyişdirilir. Dolların ucuzlaşmasına Amerika Mərkəzi Bankının uçot dərəcələrini yenidən azaldacağı barədə xəbərlər səbəb olub.

daha artıq oxu »

Fevral 27, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | 1 şərh

İsrailin sığorta mütexessisleri Bakıya gelecek

israil_bayrag.jpg

Səfər zamanı Azərbaycandan İsrailə köçənlərə pensiya verilməsi məsələsi müzakirə olunacaqMartın ortalarında İsrail Milli Sığorta İnstitutunun nümayəndələri Bakıya səfər edəcək. Onlar Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə danışıqlar aparacaq. Məlumatı jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Artur Lenk verib. Müzakirələr Azərbaycandan İsrailə köçmüş vətəndaşlara pensiyaların ödənilməsi ilə bağlı olacaq.

daha artıq oxu »

Fevral 27, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | 1 şərh

“İslam maliyyesi ve onun Azerbaycanda perspektivleri” mövzusunda seminar keçirilib

islam-inkisaf-banki.jpg

Seminarda İslam iqtisadiyyatının digər iqtisadiyyatlara tətbiqi məsələsi müzakirə olunubBu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Marketinq Cəmiyyəti və İslam İnkişaf Bankının təşkilatçılığı ilə “İslam maliyyəsi və onun Azərbaycanda perspektivləri” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda İslam iqtisadiyyatının digər iqtisadiyyatlara tətbiqi məsələsi müzakirə olunub.

daha artıq oxu »

Fevral 27, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Dünya birjalarında avronun mezennesi rekord hedde çatıb

birja1.jpg

Bu vəziyyət neftə də öz təsirini göstərib və bir barel neftin qiyməti 100 dolları keçib

Dünyanın maliyyə birjalarında Avropanın vahid valyutası avronun məzənnəsi növbəti dəfə rekord vürub. Belə ki, birjalarda 1 avro tarixində ilk dəfə 1,5 dollara dəyişdirilib. Rekord göstərici əvvəlcə Asiya, onun ardınca isə, Avropada qeydə alınıb. Belə vəziyyət neftin qiymətinə də öz təsirini göstərib. London əmtəə birjasında satılan qara qızılın qiyməti tarixdə ilk dəfə 100 dollarlıq psixoloji həddi keçib. Nyu-York birjasında isə, neftin qiyməti 101 dollardan cəmi 12 sent aşağı qiymətə, yəni 100 $ 88 sentə satılıb. Bu isə, son 2 gündə 1 $ 65 sent bahalaşma deməkdir.

daha artıq oxu »

Fevral 27, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Bakı banklarının bir-birlerinden götürdüyü kredit rekord hedde çatıb

milli_bank.jpg

Dünya bankalarından kredit götürən banklar artıq bu borcu qaytarmaq üçün daxili banklardan kredit tapırlarDünən Bakı banklararası valyuta birjasında banklar bir-birlərindən rekord həcmdə kredit götürüblər. Birjadan verilən məlumata görə, fevralın 25-də banklar arasında ümumi məbləği 12 milyon 300 min manat olan 3 kredit müqaviləsi bağlanıb. Beləliklə birjada bir gün ərzində alınan kreditlərin həcmi 2003, 2004 və 2005-ci il üzrə kreditlərin ümumi məbləğindən artıq olub. Amma ən maraqlısı kreditlərin məğbləği yox, banklararası kredit bazarında belə vəziyyətin səbəbləridir.
daha artıq oxu »

Fevral 26, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Azerbaycanda iri dövlet müessiseleri leng özelleşdirilir

ayib-loqo.jpg 

 Sabah Bakıda Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «Keçid dövründə yaşayış» adlı           hesabatının təqdimetmə mərasimi keçiriləcək  Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «Keçid dövründə yaşayış» adlı araşdırma aparıb. Araşdırma Dünya Bankı ilə birlikdə 29 ölkədə keçirilib. Fermer və fəhlələrdən tutmuş evdar qadınlara qədər müxtəlif sosial təbəqələrin nümayəndələri arasında sorğu keçirilib. Məqsəd keçid dövrünün bu insanların yaşayış tərzinə təsirini öyrənməkdən ibarətdir.

daha artıq oxu »

Fevral 25, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | 1 şərh

Azerbaycanın iki böyük neft bloku rus investorları terefinden alınıb

Fevral 24, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Neftin bahalaşması qiymetleri artırır

                                                              rovnag_abdulayev.jpg

Rövnəq Abdullayev: «Neftin bahalaşması nəticəsində dünyada yarana biləcək böhran Azərbaycandan da yan keçməyəcək»

Dünya bazarında neftin qiymətinin artıb-azalması Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşmür. Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev bildirib ki, neftin qiymətinin artması digər məhsulların qiymətinin də artması ilə nəticələnir: «Biz nefti baha satırıq və idxal etdiyimiz avadanlıqların da qiyməti artır. İndi dünayada qida məhsullarının qiyməti qalxır. Bu isə bizə də əks-təsir göstərir. Ona görə də neftin qiymətinin bahalaşmasına sevinməyə dəyməz». Rövnəq Abdullayevin sözlərinə görə, neftin bahalaşması nəticəsində dünyada yarana biləcək böhran Azərbaycandan da yan keçməyəcək.

Fevral 24, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | 1 şərh