«Bakı-Novorossiysk»in idareetmesi Azerbaycanın serencamına keçdi
Rövnəq Abdullayev: “Azərbaycan nefti Şimal boru kəməri vasitəsilə Novorossisykə ixrac olunur” Fevralın birindən «Bakı-Novorossiysk» neft kəmərinin idarəetməsi Azərbaycanın sərəncamına keçib. Bu barədə ANS TV-yə Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib. O bildirib ki, Bu gün artıq «Bakı-Novorosiysk»in ümumi idarəetməsi Dövlət Neft Şirkətindədir: «Biz «Bakı-Novorosiysk» ixrac boru kəmərindən istifadə edirik. Onun vasitəsilə 2007-ci ildə biz bir milyon 200 min tona yaxın xam neft ixrac etmişik. Yanvar ayında bu davam edib. Azərbaycan hökuməti bu gün belə bir siyasət aparır ki, biz bütün boru xətlərinin işləməsində diversifikasiya nail olaq. Hər tərəfdən yolumuz olsun. Hazırda Azərbaycanın «Bakı-Tiflis-Ceyhan» ixrac boru xətti ilə nefti Aralıq dənizə Ceyhana gedir. Eyni zamanda hazırda Azərbaycan nefti Şimal boru kəməri vasitəsilə Novorossisykə ixrac olunur». /ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
İslam dünyasındakı ilk 100 şirketin adı açıqlanıb
İslam dünyasındakı iqtisadi inkişafı yaxından təqib edən “Dinar Standard” jurnalı 100 müsəlman şirkətinin adını açıqlayıb. Jurnalın yayınladığı “Top-100” siyahısında firma sayına görə 24 şirkətlə Türkiyə ilk sıradadadır. İkinci yerdə17 şirkətlə Malayziya, üçüncü sırada isə 15 şirkətlə Səudiyə Ərəbistanıdır. Siyahının 1-ci pilləsində isə 113 milyard dollarlıq gəliri ilə dünyanın ən böyük neft istehsalçısı olan “Saudi Aramco” neft şirkətidor. İlk onluqda 8 neft şirkətinə yer verilib. “Top-100” siyahısına Azərbaycan Dövlət Neft Şirkəti də daxil edilib. ADNŞ 16 milyard 500 milyon dollarlıq gəlirlə 16-cı sırada yer alıb. /ANSPRESS
/ANSPRESS/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir
Maliyye bazarında dollar ucuzlaşır

Vahid Pencere Sistemi
İqtisadiyyat / 01.02.2008 19:13
«Bir pəncərə» sisteminin tətbiqindən sonra şirkət yaradanların sayı 30 faiz artıb
Ekspertlər bildiriblər ki, növbəti aylarda sahibkarların qeydiyyatı daha da sürətlənəcək «Bir pəncərə» sisteminin tətbiqindən sonra şirkət yaradanların sayı 30 faiz artıb. Vergilər Nazirliyindən ANS TV-yə verilən məlumata görə, biznesin qeydiyyata alınması üçün «Bir pəncərə» sisteminin tətbiqindən indiyədək 3300 -dən çox sahibkar qeydiyyata alınıb. Yanvarda 600-ə qədər 572 hüquqi şəxs qeydiyyatdan keçib. Bu da ötən ilin yanvarı ilə müqayisədə 30 faiz çoxdur. Nazirlikdə deyirlər ki, növbəti aylarda sahibkarların qeydiyyatı daha da sürətlənəcək. Xatırladaq ki, əvvəllər dövlət qeydiyyatı üçün sahibkarlar 15 prosedurdan keçməli idi. Bundan başqa,iş adamları müxtəlif orqanlara 33 sənəd təqdim etməli və bununçün orta hesabla 72 gün vaxt itirməli idi. Yeni sistemə görə, prosedurların sayı 5-dək azalıb, Qeydiyyat müddəti 3 günə düşüb. Mütəxəssislərin fikrincə, «Vahid pəncərə» sisteminin tətbiqi Azərbaycanda yaradılan hüquqi şəxslərin sayının artırmalıdır. İlin sonuna qeydiyyatdan keçənlərin sayının 15 minə çatması gözlənilir. Xatırladaq ki, ötən il 5 min sahibkar dövlət qeydiyyatına alınıb. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər
