Dünya birjalarında neftin ve qızılın qiymeti ucuzlaşıb

  

Bundan əvvəl qara qızılın bahalaşmasına neft ixrac edən ölkələr birliyi OPEK-in hasilatın həcminin artırılmayacağı barədə bəyanatları səbəb olmuşdu

Dünya əmtəə birjalarında neftin qiyməti aşağı düşməyə başlayıb. “Blumberq” agentliyinin yaydığı məlumata görə, birjalarda neftin bir barreli təxminən 88-89 dollara satılıb. Bundan əvvəl qara qızılın bahalaşmasına neft ixrac edən ölkələr birliyi OPEK-in hasilatın həcminin artırılmayacağı barədə bəyanatları səbəb olmuşdu. Ümumiyyətlə isə, təşkilat üzvləri gündəlik hasilat kvotasına martın 5-də yenidən baxacaq. Ötən gün neftə paralel olaraq qızıl da ucuzlaşıb. Belə ki, indi birjalarda qiymətli metalın 1 unsiyasının və yaxud 31 qramının qiyməti 910- 912 dollar arasında dəyişir. Maliyyə bazarında isə, sabitlikdir. 1 avro 1 dollar 48 sentə dəyişdirilir. Fond birjalarına gəlincə isə iri şirkətilərin səhmlərinin qiyməti aşağı düşməkdədir. /ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad  

No Comments Yet

Hələlik şərh yoxdur.

RSS şərhlər TrackBack Identifier URI

Şərh yazın