Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

16 il erzinde neft ve qazın ixracından 400 milyard dollar gelir gelecek

16 il ərzində neft və qazın ixracından 400 milyard dollar gəlir gələcəkƏvvəllər bu gəlirlərin 2024-cü ilə qədər 200 milyard dollara çatacağı proqnozlaşdırılırdı    Yaxın 16 il ərzində Azərbaycan neft və qazın ixracından 400 milyard dollar gəlir götürəcək. Bu barədə sənaye və energetika naziri Natiq Əliyev məlumat verib. O bildirib ki, əvvəllər bu gəlirlərin 2024-cü ilə qədər 200 milyard dollara çatacağı proqnozlaşdırılırdı. Amma dünya bazarında bahalaşma gəlirləri daha da artıracaq.

    Xatırladaq ki, indi Neft Fondunda 5 milyard dollar pul yığılıb. İlin sonuna bu rəqəm 7 milyarda çatacaq. Həmçinin Natiq Əliyev 2010-2012-ci illərdə «Şahdəniz» yatağından 20 milyard kubmetr qaz çıxarılacağını da bildirib. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Fevral 4, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | 1 şərh

Naxçıvanda yaşayış evleri ve torpaq bahalaşır

Naxçıvanda yaşayış evləri və torpaq bahalaşırEv alqı-satqısı ilə məşğul olanlar, buna səbəb kimi Muxtar respublikada qaz və işıq təminatının yaxşılaşmasını göstərirlərAzərbaycanda daşınmaz əmlakın bahalaşması Bakıdan sonra bölgələrdə də sürətlənməyə başlayıb. Gediş gəlişin çətin olduğu Naxçıvanda da evlərin qiyməti qalxır. Naxçıvanda ev alqı-satqısı ilə məşğul olanlar bildirir ki, Muxtar respublikada qaz və işıq təchizatı yaxşılaşandan burda evlərə tələbat son 1 ildə 30 faizə qədər qalxıb. İndi Naxçıvanda 2 otaqlı mənzil 30-40 min manata satılır. Alqı-satqı ilə məşğul olanlar deyir ki, Naxçıvanda evləri əsasən ucqar kəndlərdən gələnlər alır. Naxçıvanda mənzillər bahalaşandan torpaqların da qiyməti kəskin artıb. Son 2 ildə burada torpağın sotunun qiyməti 2-3 dəfə artıb. İndi Naxçıvanda torpağın orta qiyməti 2 min dollardır./ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Fevral 4, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Öten il Azerbaycanın xarici ticaret dövriyyesi 15 faiz artıb

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 15 faiz artıbAzərbaycanın ticarət tərəfdaşlarının sayı artararaq 137-ə çatıb və ticarət əməliyyatlarında Avropa ölkələrinə üstünlük verilib 2007-ci ildə Azərbaycan 137 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 11,8 milyard məbləğində idxal-ixrac əməliyyatı aparıb. Qeyd edək ki, xarici ticarət dövriyyəsinin 6,1 milyard dollarının ölkədən ixrac olunmuş mallar 5,7 milyard dollarını isə ölkəmizə idxal olunmuş mallar təşkil edib. Dövlət statistika komitəsindən verilən məlumata görə, idxal- ixrac əməliyyatının böyük hissəsi Avropa ölkələri ilə aparılıb.Belə ki, MDB ölkələri ilə idxal-icrac əməliyyatının həcmi 25,5 faiz olduğu təqdirdi Avropa Birliyi ilə 47, 4 faizdir. Bundan başqa Azərbaycan Asiya, Amerika, Afirika ölkələri ilə də idxal-ixrac əməliyyatları həyata keçirib. Ümumillikdə ölkəmiz ən az ticarət əməliyyatını okeaniya ölkələri ilə edib. Bunun isə həcmi cəmi 0,1 faizdir. Xarici ticarət əməliyyatlarının 82,2 faizi Türkiyə, Rusiya, İtaliya, İran, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər dövlətinlərin hesabını formalaşdırır.

Dövlət gömrük komitəsinin məlumatına görə, ötən il ölkəmizin xarici dövlətlərlə apardığı ticarət əməliyyatları zamanı Azərbaycana daha çox avtomobil, neft istehsalı avadanlıqları idxal olunub. Ölkəmizdən xaricə ixrac olunan məhsullara gəldikdə isə bu neft və neft məhsulları, qara metal, və konservləşdirilmiş kənd təsərrüfatı məhsulları olub./ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Fevral 4, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet