Naxçıvanda yaşayış evleri ve torpaq bahalaşır
Yazan maliyye on Fevral 4, 2008
Naxçıvanda yaşayış evləri və torpaq bahalaşırEv alqı-satqısı ilə məşğul olanlar, buna səbəb kimi Muxtar respublikada qaz və işıq təminatının yaxşılaşmasını göstərirlərAzərbaycanda daşınmaz əmlakın bahalaşması Bakıdan sonra bölgələrdə də sürətlənməyə başlayıb. Gediş gəlişin çətin olduğu Naxçıvanda da evlərin qiyməti qalxır. Naxçıvanda ev alqı-satqısı ilə məşğul olanlar bildirir ki, Muxtar respublikada qaz və işıq təchizatı yaxşılaşandan burda evlərə tələbat son 1 ildə 30 faizə qədər qalxıb. İndi Naxçıvanda 2 otaqlı mənzil 30-40 min manata satılır. Alqı-satqı ilə məşğul olanlar deyir ki, Naxçıvanda evləri əsasən ucqar kəndlərdən gələnlər alır. Naxçıvanda mənzillər bahalaşandan torpaqların da qiyməti kəskin artıb. Son 2 ildə burada torpağın sotunun qiyməti 2-3 dəfə artıb. İndi Naxçıvanda torpağın orta qiyməti 2 min dollardır./ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
