İlham Əliyev əmək pensiyaları ilə bağlı sərəncam imzalayıbƏmək pensiyalarının sığorta hissəsi 2007-ci ildə qeydə alınan inflyasiyaya uyğun artırılacaq Prezident İlham Əliyev əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Dövlət Sosial Müdafiə Fondu əmək pensiyalarının sığorta hissəsini və ya 60 manatdan çox olan hissəsini 2007-ci ildə qeydə alınan inflyasiyaya uyğun artıracaq. Başqa sözlə, pensiyanın 60 manatdan çox olan hissəsi 16,8 faiz artırılacaq.
Pensiya istehlak qiymətləri indeksinin səviyyəsi nəzərə alınmaqla, 2008-ci il yanvarın 1-nə bütün növ əmək pensiyaları üzrə aylıq pensiya məbləğlərinin sığorta hissəsinin artırılması tapşırılıb. Bununla yanaşı, fond fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirməlidir. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
1 şərh var
RSS şərhlər TrackBack Identifier URI
Şərh yazın


Yashlilara hormet