Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azerbaycanda ilk defe olaraq biokütle enerjisinden istifade edilecek

Müəllif maliyye on Fevral 8, 2008

Azərbaycanda ilk dəfə olaraq biokütlə enerjisindən istifadə ediləcəkLahiyə Qubanın Xınalıq kəndi ərazisində həyata keçiriləcək Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda qeyri-neft sektoru sahəsində alnertiv enerjinin istehsalı ilə bağlı rəsmi Bakıyla tərəfdaşlıq etməkdə maraqlıdır. Bu Avropa Yenidənqurma Bankının nümayəndələri ilə Azərbaycan Sənaye və Energetika nazirinin müavini Gülməmməd Cavadovla görüşdə məlum olub. Bankın təbii ehtiyatlar departamentinin rəis müavini Olvan Baldu bildirib ki, onun təmsil etdiyi qurum Azərbaycan hökuməti ilə alternativ enerji proqramlarının həyata keçirilməsində yaxından iştirak etmək və həmin proqramların hazırlanmasından texniki yardım göstərmək niyyətindədir.

Qeyd edək ki, hazırda Azərbaycan alternativ enerji sahəsində dünyanın bir sıra nüfuzlu şirkətləri ilə əməkdaşlıq edir. Belə ki, Koreyanın STX şirkəti ilə əldə olunan razılaşmaya əsasən Qobustan ərazisində ümumi dəyəri 40 milyon dollar olan külək elektrik stansiyasının tikintisinə başlanacaq. Qeyd edək ki, Azərbaycan günəş enerjisindən istifadə üzrə Almaniya, kiçik su elektrik stansiyalarının tikintisi ilə bağlı Norveç şirkətləri ilə əməkdaşlıq edir.

Əlavə edək ki, bu yaxınlarda Qubanın Xınalıq kəndi ərazisində Azərbaycanda il dəfə olaraq biokütlə enerjisindən istifadə layihəsinin icrasına başlanacaq. Gələcəkdə isə bu layihələrin respublikanın digər bölgələrində də həyata keçirilməsi nəzərdə tutulub. Qeyd edək ki, Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda müxtəlif sahələr üzrə 80 layihə həyata keçirir və bu günə kimi həmin layihələr üzrə ölkə iqtisadiyyatına 720 milyon dollar həcmində investisiya yatırıb. © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

About these ads

2 Cavab to “Azerbaycanda ilk defe olaraq biokütle enerjisinden istifade edilecek”

  1. Naxchiboy dedi ki

    Gozel ideyadir ama bes Mingechevir SES bize bes etmir??

  2. SHEMSI dedi ki

    eledir<bu haqqda eleve melumat olsa international@box.az a yazin da.zehmet olmasa.menin ucun vacibdir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Connecting to %s

 
İzlə

Hər yeni yazı üçün e-poçt qutunuza göndəriş alın.

%d bloqqer bunu bəyənir: