Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Avropa Komissiyası «Nabukko»nun tikintisinin hüquqi rejimini sadeleşdirib

nabucco.jpgAvropa Komissiyası «Nabukko»nun tikintisinin hüquqi rejimini sadələşdiribKomissiya kəmərinin Avstriya hissəsinin tikintisinə üçüncü tərəflərin cəlb edilməsinə icazə verib    Avropa Komissiyası «Nabukko» qaz kəməri tikintisinin hüquqi rejimini sadələşdirib. Komissiya «Nabukko» qaz kəmərinin Avstriya hissəsinin tikintisinə üçüncü tərəflərin cəlbinə icazə verib. Avropa İttifaqının məlumatına görə, komissiya Avstriyanın energetika idarəsindən gələcək qaz kəmərinin yerləşməsinin təhlükəsizliyi üzrə əlavə tədbirlər görməyi tələb edib. Avropa İttifaqının energetika üzrə komissarı Andris Piebalqs bildirib ki, «Nabukko» konsorsiumu Avropa komissiyasından üçüncü tərəflərin boru kəmərinin tikintisinə cəlbi barədə ümumi qaydaların təsirindən Bolqarıstanı, Rumıniyanı və Macarıstanı azad etməyi xahiş edib.    daha artıq oxu »

Fevral 12, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Bu il emlak komitesinin serencamında olan müessiseler herraca çıxarılacaq

Bu il əmlak komitəsinin sərəncamında olan müəssisələr hərraca çıxarılacaqBu barədə Dövlət Əmlak Komitəsinin sədr müavini Rüstəm Şahbazov məlumat verib

Bu il özəlləşmə məqsədilə Dövlət Əmlakının İdarə Olunması üzrə Komitəsinin sərəncamında olan müəssisələrin demək olar ki, hamısı hərraca çıxarılacaq. Bu, təqribən 170-180 səhmdar cəmiyyətini əhatə edəcək. Bu barədə Dövlət Əmlak Komitəsinin sədr müavini Rüstəm Şahbazov məlumat verib. Onun sözlərinə görə, əhalidə olan özəlləşdirmə paylarının müddətinin 2010-cu ilədək artırılması onun tamamilə dövriyyədən çıxması üçün kifayət edəcək. Özəlləşdirilməsi nəzərdə tutulan müəssisələrin vaxtında hərraca çıxarılması isə çeklərdən istifadəni artıracaq. /ANS TV/

 © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir

Fevral 12, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Bu il regionlarda layihelerin icrasına 1,15 milyard manat ayrılacaq

heydar_babayev.jpg

Bu il regionlarda layihələrin icrasına 1,15 milyard manat ayrılacaqHeydər Babayev: «2008-ci ildə 12 rayonda olimpiya idman komplekslərinin tikintisinə başlanılacaq»“2007-ci ildə makroiqtisadi sabitliyin qorunması, dinamik inkişafın davam etdirilməsi, məşğulluğun artırılması, bank sisteminin inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, əmək haqqı və pensiyaların artırılması istiqamətində ardıcıl tədbirlər həyata keçirilib”. Bunu İqtisadi İnkişaf naziri Heydər Babayev «Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı»nın icrasının dörd illik yekunlarına həsr olunmuş konfransdakı çıxışında deyib. daha artıq oxu »

Fevral 12, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

OPEK-e üzv ölkeler dollardan imtina edecek

OPEK-ə üzv ölkələr dollardan imtina edəcəkBu birliyə üzv olan ölkələr öz valyuta ehtiyatlarının 25 faizini Amerika dolları ilə saxlayır Neft ixrac edən ölkələr birliyi OPEK neftin satışını dollarla deyil, avro ilə həyata keçirə bilər. Bu barədə OPEK-in baş katibi Abdullah əl-Bədri məlumat verib. Onun sözlərinə görə, yeni alqı-satqı sistemi yaxın 10 il ərzində tətbiq oluna bilər. Qeyd edək ki, bəzi ərəb ölkələri artıq ABŞ-ı dollarından imtina etmək niyyətindədir. Məsələn, Küveyt höküməti xaricdən idxal olunan inflyasiyanın qarşısını almaq məqsədi ilə artıq öz milli valyutasının dollara bağlılığına son qoyub. Ekspertlərin fikrincə, tezliklə Birləşmiş Ərəb Əmirlikləri də eyni addımı atacaq. Qeyd edək ki, Fars körfəzi ölkələrinin demək olar ki, hamısı OPEK-in üzvüdür və öz valyuta ehtiyatlarının təqribən 25 faizini Amerika dolları ilə saxlayır./ANS TV/

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Fevral 12, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Azerbaycanda irinominallı eskinaslar buraxılacaq

milli_bank.jpgAzərbaycanda irinominallı əskinaslar buraxılacaqBundan başqa, dəmir 1 manatlıqların da buraxılması bildiriləcək

Azərbaycanda irinominallı əskinaslara tələbat olsa, dövriyyəyə 200 manatlıqlar buraxılacaq. Milli bankın idarə heyətinin sədri Elman Rüstəmov bildirib ki, hökumət bu prosesə texniki baxımdan hazırdır. 50 və 100 manatlıqlara tələbat artsa, yeni əskinasların buraxılması məsələsinə baxılacaq. Onun sözlərinə görə, prosesə 2009-cu ildən sonra başlanıla bilər. Bundan başqa, dövriyyəyə dəmir 1 manatlıqların da buraxılması nəzərdə tutulur. Amma bu halda kağız 1 manatlıqlar dövriyyədən çıxarılmayacaq. Artıq bu məsələ ilə bağlı təkliflər hazırlanıb və müzakirələr gedir. /ANS TV/

 © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Fevral 12, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Bu ilin yanvarında qiymetler orta hesabla 2,5 faiz artıb

Bu ilin yanvarında qiymətlər orta hesabla 2,5 faiz artıbStatisitika Komitəsinin sədri Arif Vəliyevin sözlərinə görə, yanvarda ən çox yağ, süd, ət bahalaşıb    2008-ci ilin yanvarında Azərbaycanda qiymətlər orta hesabla 2,5 faiz artıb. Ötən ay ən çox bahalaşan ərzaq olub, ərzaq 3,2 faiz artıb. Hesabat dövründə qeyri-ərzaq malları üzrə istehlak qiymətləri indeksi 1,5 faiz, xidmətlər üzrə isə 1,8 faiz təşkil edib. Bu barədə Statisitika Komitəsinin sədri Arif Vəliyev məlumat verib. O bildirib ki, yanvarda ən çox yağ, süd, ət və ət məhsulları, eləcə də meyvə-tərəvəz bahalaşıb. /ANS TV/

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir

Fevral 12, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet