Bakıda Xezerin ekologiyasının müzakire edilmesi üçün Moskva ile videokörpü yaradılıb
Bakıda Xəzərin ekologiyasının müzakirə edilməsi üçün Moskva ilə videokörpü yaradılıbEkspertlər Xəzər dənizində yaranan ekoloji problemləri və bu problemlərin aradan qaldırılması üçün əməkdaşlıqdan danışıblarBu gün Bakıda “Xəzərin ekologiyasi problemlər və məsələnin həlli” mövzusunun müzakirə edilməsi üçün Moskva ilə videokörpü yaradılıb. Ekspertlər Xəzər dənizində yaranan ekoloji problemləri və bu problemlərin aradan qaldırılması üçün əməkdaşlıqdan danışıblar. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin ekoloji və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə ANS TV-yə bildirib ki, Xəzər dənizinin çirklənməsinin əsas səbəbləri dənizə axan çaylar və Xəzərdən neft və qazın çıxarılmasıdır. Belə ki, nazirlik Abşeron yarımadasında monitorinq aparıb və sahilkənarı əraziləri tətqiq edib. Belə qərara gəlinib ki, nümunə götürülmüş çirkli mənbələr modernləşdiriləcək və Xəzər dənizinə töküləcək bütün sular yalnız təmizləmədən sonra dənizə axıdılacaq. “Çirklənmə zonalarında çoxlu əhali yayşayır, orada evlər və bağlar var. Müasir sanitar qaydalara uyğun olaraq təmizlənməyən yerlərdə evlər tikilir. Birbaşa dənizə axan çoxlu drenajlar var. Bütün bunlar isə dənizi birbaşa və dolayısı ilə çirkləndirirlər”, deyə R. Səttarzadə qeyd edib./ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
1 şərh »
Şərh yazın
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər


Sizcede biraz gec qalmamishiq??