Lenkeranda PALMALİ-nin süd zavodu fealiyyete başlayıb

Lənkəranda PALMALİ-nin süd zavodu fəaliyyətə başlayıbSon texnalogiyalarla təchiz olunmuş zavod gündə 100 tondan artıq südü emal etmək imkanına malikdir
Palmali şirkəti tərəfindən Lənkəran şəhərində inşa olunmuş süd emalı zavodu PAL SÜD ticarət nişanı adı altında süd məmulatlarının istehsalına başlayıb. Bu barədə ANS PRESS-ə PALMALİ Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, son texnalogiyalarla təchiz olunmuş zavod gündə 100 tondan artıq südü emal etmək imkanına malikdir.
Lənkəran və ətraf rayonlarda tədarük olunan xam süd zavodun müasir labaratoriyasında mikrobioloji və kimyəvi analizdən keçirilir və ondan keyfiyyətli məhsullar istehsal edilir. Keyfiyyəti yoxlanıldıqdan sonra süd pasterizə və sterilizə edilir və steril paketlərə qablaşdırılır. PAL SÜD ticarət nişanı altında zavod saxlanma müddəti 4 ay olan pasterizə olunmuş Uzun Ömürlü Süd, Bəyaz Pendir, Qatıq, Qaymaq, Ayran, Xama, Kərəyağı, Kəsmik olmaqla 25 çeşiddə süd məmulatları istehsal edəcək.
İlk vaxtlar daxili bazarın ehtiyacını ödəyəcək zavod yaxın illərdə istehsalı genişləndirərək xarici ölkələrə də hazır məhsul ixrac etməyi planlaşdırır. Bununla yanaşı, Palmali zavodu xammal ilə təchiz etmək üçün ətraf rayonlarda heyvandarlığın inkişafına yönələn tədbirlər də görür.
Süd zavodu ətraf rayonlardan 3000-ə yaxın fermer və şəxsi təsərrüfatlardan xam südü toplamaqla yanaşı 150-yə yaxın insanı işlə təmin etməyi palanlaşdırır./ANS PRESS/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
Şərhlər »
Şərh yazın
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər

Xebere gore minnetdaram,bu zavodun fealiyyete bashlamagi cox yaxshi oldu,hem xalq teserufati inkishaf edacak hemde ki yerli ehalinin bir hissesi ishle temin olunacaq
her halda dovlete xeyirdi.
Haydi Ireli Lenkeranin PAL SUDU
Mubariz muellim cox vetenperver insandir ve coxlarina numunedir.
PAL SUD turk ticaret markasidir. Eger bu adi TMK-dirsa, onda bele cox sevinmeye deymez. Qazanilan menfeet olkeden gedecek. Yox eger ticaret markasi Turkiyeden alinibsa, onda xaricde de taninan ticaret markasi milli mehsulun xaricde satisini rahatlasdiracaq
depoda işlayənlərin maaşını artırın!
cox ela. qeyri neft sektorumuz inkisaf edir.
salam kaw ki butun biznesmenler bele iwlerle mewgul olsunlar
butu lenkeran mubariz mellimle fexr edir sexsen ozu ile gorusmey menim ucun seref olardi o cur veten perver insanin fikirlerini bilmek menim ucun maraqli olardi
evvela salam.En azindan sevinmeye deyer ki olkede inkiwaf var.Yeqinki bu sud mehsullarina parashok qatilmir.yene saqolun.