Bu gün Tehranda EKO-ya üzv ölkelerin deniz idareleri rehberlerinin iclası keçirilecek
Sayca 4-cü olan iclasda tranzit və qarşılıqlı yükdaşımalar prioritet məsələlər olacaq
Bu gün Tehranda İqtisadi Əməkdaşlıq Təşkilatı-EKO-ya üzv ölkələrin dəniz idarələri rəhbərlərinin iclası keçiriləcək. «Azərtac»ın məlumatına görə, sayca 4-cü olan iclasda prioritet məsələlər tranzit və qarşılıqlı yükdaşımalar olacaq. İranın limanlar və gəmiçilik təşkilatının direktor müavini Əlirza Sateyi bildirib ki, iqtisadi əməkdaşlıq təşkilatına üzv ölkələrdən açıq dənizə çıxışı olmayanların dünyanın başqa yerlərinə dənizlə yük daşımaları üçün yardıma ehtiyacı var. İclasda, həmçinin, dənizdə xilasetmə-axtarış əməliyyatlarının və ətraf mühitin çirklənməsinin qarşısını almaq sahələrində regional əməkdaşlıq məsələləri də müzakirə olunacaq. Toplantıda birgə dəniz nəqliyyat şirkətlərinin yaradılması və onların fəaliyyətinə dair məsələlər də müzakirə obyekti olacaq. Tədbirdə Azərbaycanı Dövlət Dəniz Adminstrasiyasının nümayəndəsi təmsil edəcək./ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər

