Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

“Xalq kompüteri” layihesinin işçi qrupu növbeti iclasını keçirecek

Bu layihə vasitəsilə əhalinin aztəminatlı təbəqələri uzunmüddətli kredit və aşağı faiz dərəcəsi ilə kompüter əldə edə biləcəkAzərbaycanda “Xalq kompüteri” layihəsi vasitəsilə əhalinin aztəminatlı təbəqələri uzunmüddətli kredit və aşağı faiz dərəcəsi ilə kompüter əldə edə biləcək. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, fevralın sonunda “Xalq kompüteri” layihəsinin işçi qrupu növbəti iclasını keçirəcək və layihənin müzakirəsinə başlayacaq. “Microsoft” xətti üzrə layihənin yeni rəhbəri Bakıya fevralın 20-dən sonra gələcək. İşçi qrupunun bundan əvvəlki görüşündə “Mikrosoft” və “İntel”in güzəştlər üzrə, Azərbaycan tərəfinin isə bazar vəziyyəti üzrə hökumətin gələcəkdə qəbul etməyi planlaşdırdığı ölçülər haqqında öz təkliflərini hazırlamalı olduğu qeyd edilib.

Bu il əhalinin aztəminatlı təbəqələrinə verilmək üçün 10 min kompüterin alınacağı istisna deyil. Bunun üçün nazirlikdə bazarın öyrənilməsi və əhali arasında layihənin reallaşdırılmasının vacibliyi dərəcəsini aşkara çıxarmaq üçün sorğu keçiriləcək. Layihənin icrası üç ilə başa çatacaq. Lakin bəzi düzəlişlərin edilməsi istisna edilmir. Qeyd edək ki, layihənin ümumi dəyəri hələlik müəyyən edilməyib. Son versiyası hazırlandıqdan sonra o, hökumətin müzakirəsinə veriləcək. Rabitə və informasiya nazirliyinin təqribi hesablamalarına görə, Azərbaycanda bu gün hər 100 nəfərə 3-4 kompüter düşür. Yeni “Xalq kompüteri” layihəsi uğurla reallaşdırılarsa, bu rəqəmi beş dəfədən çox artırmaq mümkün olacaq. © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Fevral 19, 2008 - Yazan maliyye | Iqtisadi Xeberler | | Şərhlər

Şərhlər »

  1. 100 nefere 3-4 komputer? menim butun tanishlarimda var. hmmm

    Comment by naxchiboy | Fevral 19, 2008

  2. Super-kompyuter savadsizligina yox deyak,muasir genclerin ekseriyyeti hec olmasa ofis proqramlarini ve interneti bilmelidir

    Comment by Ashraf | Fevral 20, 2008


Şərh yazın