Dollar indiye qeder görünmeyen hedde qeder ucuzlaşıb

Dolların ucuzlaşması nəticəsində neftin və qızılın qiyməti görünməmiş həddə çatıb
Maliyyə bazarında dollar indiyə qədər görünməyən həddə qədər ucuzlaşıb. İndi birjalarda 1 avro 1 dollar 50 sentdən də baha dəyişdirilir. Dolların ucuzlaşmasına Amerika Mərkəzi Bankının uçot dərəcələrini yenidən azaldacağı barədə xəbərlər səbəb olub.

İsrailin sığorta mütexessisleri Bakıya gelecek

Səfər zamanı Azərbaycandan İsrailə köçənlərə pensiya verilməsi məsələsi müzakirə olunacaqMartın ortalarında İsrail Milli Sığorta İnstitutunun nümayəndələri Bakıya səfər edəcək. Onlar Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi ilə danışıqlar aparacaq. Məlumatı jurnalistlərə İsrailin Azərbaycandakı səfiri Artur Lenk verib. Müzakirələr Azərbaycandan İsrailə köçmüş vətəndaşlara pensiyaların ödənilməsi ilə bağlı olacaq.

“İslam maliyyesi ve onun Azerbaycanda perspektivleri” mövzusunda seminar keçirilib

Seminarda İslam iqtisadiyyatının digər iqtisadiyyatlara tətbiqi məsələsi müzakirə olunubBu gün Bakıda Azərbaycan İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Marketinq Cəmiyyəti və İslam İnkişaf Bankının təşkilatçılığı ilə “İslam maliyyəsi və onun Azərbaycanda perspektivləri” mövzusunda beynəlxalq seminar keçirilib. Seminarda İslam iqtisadiyyatının digər iqtisadiyyatlara tətbiqi məsələsi müzakirə olunub.

Dünya birjalarında avronun mezennesi rekord hedde çatıb

Bu vəziyyət neftə də öz təsirini göstərib və bir barel neftin qiyməti 100 dolları keçib
Dünyanın maliyyə birjalarında Avropanın vahid valyutası avronun məzənnəsi növbəti dəfə rekord vürub. Belə ki, birjalarda 1 avro tarixində ilk dəfə 1,5 dollara dəyişdirilib. Rekord göstərici əvvəlcə Asiya, onun ardınca isə, Avropada qeydə alınıb. Belə vəziyyət neftin qiymətinə də öz təsirini göstərib. [...]