Dolların ucuzlaşması davam edir
![]()
Qızılın və neftin qiyməti isə artır
Dünyanın valyuta birjalarında dolların ucuzlaşması davam edir. Ötən günün sonuna olan vəziyyətə görə, 1 avro 1,58 dollara qədər bahalaşıb.
Dolların ucuzlaşması fonunda qızılın və neftin qiyməti artıb. Birjalarla qiymətli metalın 1 unsiyası və ya 31 qramı 952 dollara, neftin 1 bareli və ya 159 litri isə 106 dollar 87 sentə satılıb.
Analitiklər dolların bundan sonra da ucuzlaşacağını proqnozlaşdırır
Azerbaycanın qlobal kredit reytinqi artıb
![]()
Ölkə dünya ölkələri arasında kredit reytinqinə görə 80-ci yerdən 77-ci yerə yüksəlibAzərbaycanın qlobal kredit reytinqi 5,5 bal artıb. İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, 2007-ci ildə Azərbaycan dünya ölkələri arasında kredit reytinqinə görə 80-ci yerdən 77-ci yerə yüksəlib.
Maliyyə böhranı yaşayan bəzi inkişaf etmiş ölkələr isə bu sihayıda geriləyib. Məsələn, son yarım ildə Birləşmiş Ştatların kredit reytinqi 0,3 bal azalıb. Nazirlikdə hesab edirlər ki, Azərbaycan qlobal meyillərə davam gətirə bilib və sabit ölkə kimi reytinq cədvəlində irəliləyib.
Ümumiyyətlə isə cədvəldə İsveçrə liderlik edir. Sonuncu yerdə isə Zimbabve qərarlaşıb. Qiymətləndirmə dünyanın 174 ölkəsi arasında aparılıb.
World Bank urges Islamabad to act swiftly
![]()
World Bank urges Islamabad to act swiftlyBy Farhan Bokhari in Lahore Published: March 27 2008 16:36 | Last updated: March 27 2008 16:59
The World Bank on Thursday urged Pakistan to take rapid action to avert an economic crisis as Yusuf Raza Gilani, the newly elected prime minister, consulted with his advisers to prepare a package of economic incentives for poorer Pakistanis hit by the fallout from increases in oil and food prices.
“Azerbaycan boru kemeri layihelerinin reallaşdırılması üçün kifayet qeder qaza malikdir”
Metyu Brayza: “Türkiyə-Yunanıstan-İtaliya qaz kəməri Xəzər qazının Avropaya tədarükü üzrə «Cənub axını» layihəsindən üstün olacaq”
«Azərbaycan Türkiyə-Yunanıstan-İtaliya və «Nabukko» kimi boru kəməri layihələrinin reallaşdırılması üçün kifayət qədər qaza malikdir». Amerika Birləşmiş Ştatlarının dövlət katibinin Avropa və Asiya işləri üzrə müavinin müşaviri Metyu Brayza belə deyib.
Rusiyada esas erzaq mehsullarının qiymeti tenzimlenecek
Ərzaq məhsullarının qiymətindəki sıçrayışlar sovet təcrübəsinə istinad etməyi zəruri edib
Dünyada baş verən qlobal bahalaşma və ərzaq məhsullarının qiymətindəki sıçrayışlar Rusiyada sovet dövründə olduğu kimi qiymətlərin tənzimlənməsi məsələsini gündəmə gətirib. Artıq Rusiyanın iqtisadi inkişaf və ticarət nazirlikləri qiymətləri dövlət tərəfindən tənzimlənən malların siyahısını hazırlayıb.
Kend teserrüfatında bu il ümumi mehsul istehsalı 3,8 faiz artıb
Mart ayının 1-nə kimi Azərbaycanda 29,9 min hektarda yazlıq bitkilər əkilibYanvar-fevral aylarında Azərbaycanın kənd təsərrüfatında ümumi məhsul istehsalı 3,8 faiz artıb. Keçən ilin müvafiq dövrü ilə müqayisədə tərəvəz və əsas heyvandarlıq məhsullarının istehsalında artım qeydə alınıb. Bu dövrdə bitkiçilik məhsullarının istehsalında 4,3 faiz, heyvandarlıq məhsullarının istehsalında isə 3,8 faiz artım qeydə alınıb.Statistika Komitəsindən verilən məlumata görə, mart ayının 1-nə kimi Azərbaycanda 29,9 min hektarda yazlıq bitkilər, o cümlədən 8,3 min hektar sahədə kartof, 5,7 min hektarda isə tərəvəz əkilib.
Bu il Azerbaycanda istehsal olunan senaye mehsullarının hecmi 13 faizden çox artıb
![]()
Bu il Azərbaycanda istehsal olunan sənaye məhsullarının həcmi 13 faizdən çox artıb Ümumilikdə neft sektorunda sənaye istehsalının artımı 12,4 faiz, qeyri-neft sektorunda isə 15,6 faiz təşkil edib
2008-ci ilin yanvar-fevral aylarında Azərbaycanda sənaye istehsalının həcmi 4 milyard 62,8 milyon manat təşkil edib ki, bu da ötən ilin analoji dövründən 13,3 faiz çoxdur. Bu barədə məlumatı dövlət statistika komitəsi verib.
Eli Abbasov Belarusa Azerbaycanın kosmik proqramına qoşulmağı teklif edib
Nazir qeyd edib ki, Azərbaycanın peyk proqramında Amerika, Ukrayna və Rusiya müəssisələri də iştirak edir
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Belarus hökumətinə Azərbaycanın kosmik proqramına qoşulmaq təklifini edib. Azərbaycanlı nazir bu təklifi Minskdə Belarusun rabitə və informasiya naziri Nikolay Panteleylə görüşündə bildirib.
Iceland unexpectedly raises rates to 15%
Iceland unexpectedly raises rates to 15%By Robert Cookson in London Published: March 25 2008 09:59 | Last updated: March 25 2008 12:01Iceland’s central bank accelerated its effort to combat inflation on Tuesday by raising the main lending rate by 1.25 percentage points to 15 per cent.
Ankara yaxınlığında “Nabucco” layihesinin reallaşması üçün şebeke qurulacaq
Yeni inşa olunacaq infrastruktur üçün maliyyə vəsaitini Avropa İttifaqı ayıracaq Türkiyə ilə Avropa ittifaqı arasında “Nabucco” layihəsinin reallaşması üçün Ankara yaxınlığında şəbəkə qurulması barədə razılıq əldə edilib. Azərbaycan qazının anbarlara vurularaq oradan da Avropaya nəql olunacağı şəbəkə Ankara yaxınlığındakı Ahiboz yaşayış məntəqəsi ərazisində yaradılacaq. Yeni inşa olunacaq infrastruktur üçün maliyyə vəsaitini Avropa ittifaqı özü ayıracaq. Türkiyə və Avropa ittifaqı iri qaz ixracatçısı Türkmənistanın da bu layihədə iştirakına nail olmağa çalışırlar. Qeyd edək ki, ötən gün Türkmənistan prezidenti Qurbanqulu Berdimuhammadov bununla bağlı Ankarada danışıqlar aparıb.
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər
