Köşə yazısı
2008-ci ilin yanvar-fevral aylarında Azərbaycanın 107 ölkə ilə aparılmış ticarət (idxal-ixrac) əməliyyatlarının həcmi 2 milyard 132.1 milyon ABŞ dolları məbləğində olmuşdur. Xarici ticarət dövriyyəsinin 1 milyard 197.8 milyon dollarını (56.2 faizini) ölkədən ixrac olunmuş mallar, 934.3 milyon dollarını (43.8 faizini) ölkəmizə idxal edilmiş mallar təşkil etmiş, 263.5 milyon dollarlıq müsbət saldo yaranmışdır. Yəqin Dövlət Gömrük Komitəsinin bu məlumatını oxuyan kimi bəzi sadəlövh tələbələr elə başa düşəcəklər ki, müsbət saldoya nail olmağımızın əsas səbəbkarı hökümət və onun yeritdiyi uğurlu iqtisadi siyasətdir. Ancaq apardığım təhlil bunun tam əksini söyləməyə əsas verir.
Bu ilki hərbi xərclər 320 miliyon manat artırılacaq
«2008-ci ilin dövlət büdcəsinə dəyişiklik haqqında» qanun layihəsi artıq parlamentə daxil olub
Azərbaycanın 2008-ci il dövlət büdcəsinə nəzərdə tutulan dəyişikliklər çərçivəsində bu ilki hərbi xərclər 320 miliyon manat artırılacaq. «2008-ci ilin dövlət büdcəsinə dəyişiklik haqqında» qanun layihəsi artıq parlamentə daxil olub.
Küçələrdə reklam yerləşdirilməsinə dair yeni qaydalar təsdiqlənib
Küçələrdə reklam yerləşdirilməsinə dair yeni qaydalar təsdiqlənib
Bundan sonra küçə reklamlarına dair tarifləri və icra hərəkətlərini hökumət tərəfindən yaradılan xüsusi komissiya müəyyən edəcək
Nazirlər Kabineti küçələrdə reklam yerləşdirilməsinə dair yeni qaydaları təsdiqləyib. Bundan sonra küçə reklamlarına dair tarifləri və icra hərəkətlərini hökumət tərəfindən yaradılan xüsusi komissiya müəyyən edəcək. Belə ki, həmin komissiya reklam tariflərini zonalar üzrə müəyyənləşdirəcək və bununla da, mərkəzi rayonların reklam tarifləri digər yerlərlə müqayisədə çox olacaq.
2008-ci ilin dövlət büdcəsi 40 faiz artırılacaq
Büdcəylə bağlı qanun layihəsi mayın 2-də keçiriləcək parlament iclasında müzakirə olunacaq
Azərbaycanın 2008-ci il büdcəsi yaxın vaxtlarda 40 faizə qədər artırılacaq. “Büdcə sənədinə dəyişiklik haqqında” qanun layihəsi parlamentin mayın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.
Dünya Bankı Azərbaycanın təhsil bölməsinə 25 milyon dollar kredit ayırıb
35 il müddətinə, illik 0,75 faizlə ayrılacaq kredit təhsil sistemində islahatların davam etdirilməsinə yönəldiləcək
Dünya Bankının Direktorlar Şurası təhsil sistemində islahatların davam etdirilməsi üçün Azərbaycana 25 milyon dollar məbləğində kreditin verilməsini təsdiqləyib. Bu barədə «İnterfaks-Azərbaycan» agentliyinə Dünya Bankının Bakı nümayəndəliyindən məlumat verilib.
ARDNŞ-in Gürcüstandakı yanacaqdoldurma məntəqələrinin sayı 30-a çatdırılacaq
Bu ilin sonuna kimi 19 yanacaqdoldurma məntəqəsi istismara veriləcək
Gürcüstanda Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) törəmə şirkəti olan «Sokarenerji Corciya» şirkətinə məxsus yanacaqdoldurma məntəqələrinin sayı gələn ilə kimi 30-a çatdırılacaq. Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev məlumat verib.
Microsoft brushes off economic worries
By Chris Nuttall in San Francisco
Published: April 24 2008 22:35 | Last updated: April 24 2008 23:22
Microsoft on Thursday brushed off broader economic worries to give a confident projection of double-digit growth over the next year, although short-term weakness in sales of its core Windows product sent its shares sliding in after-hours trading.
Son bir ildə Azərbaycanda qiymətlər 23,37 faiz artıb
İqtisadi Tədqiqatlar Mərkəzi inflyasiyanın əsas səbəbinin inhisarçılıq, korrupsiya və idxal mallarının bahalaşması olduğunu bildirir
Son bir ildə Azərbaycanda qiymətlər 23,37 faiz artıb. Ölkədə alternativ inflyasiyanı hesablayan İqtisadi Tədqiqatlar Mərkəzinin məlumatına görə, mart ayında qiymətlər 5,34 % artıb. İqisadi Tədqiqatlar Mərkəzinin hesablamalarına görə, ötən ay bahalaşmanın əsas səbəbi ərzaq malları olub. Burada qiymətlər 8,19 % artıb. Ən çox bahalaşan isə ət məhsulları olub, ət məhsulları bir ayda 18 faiz artıb.
daha artıq oxu »
Fransada «Aerobus» müəssisələrinin yüzlərlə işçisi tətilə başlayıb
İşçilər şirkətin yenidən qurulması adı altında zavodların satılmasına etiraz edirlər
Avropanın avikonserni «Aerobus»un Fransada yerləşən müəssisələrinin yüzlərlə işçisi tətillərə və etiraz aksiyalarına başlayıb. Verilən məlumata görə, işçilər şirkətin yenidən qurulması adı altında zavodların satılmasına etiraz edirlər.
daha artıq oxu »
Qərb ölkələrinin mağazalarında düyünün satışına məhdudiyyətlər qoyulub
Londonda bəzi mağazalar müştərilərə iki kisədən çox düyü satmırlar
Ərzaq məhsulları ilə bağlı problemlər artıq özünü Qərb ölkələrində də göstərməyə başlayıb. Artıq Böyük Britaniyada və Amerikada mağazalarda düyünün satışına məhdudiyyətlər qoyulub.
daha artıq oxu »
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər










