MDB-de valyuta tenzimlenmesi üzre saziş layihesi qebul edilib
Sənəd mayın 23-də MDB hökumət başçıları şurasının Minskdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq
Müstəqil Dövlətlər Birliyi (MDB) iqtisadi şurasının iclasında «MDB ölkələrində valyuta tənzimlənməsi və valyuta nəzarəti siyasətinin əsas prinsipləri haqqında» saziş layihəsi qəbul edilib.
APA-nın yaydığı məlumata görə, bu sənəd mayın 23-də MDB hökumət başçıları şurasının Minskdə keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Saziş layihəsi şura tərəfindən bəyənildikdən və quruma üzv ölkələrin parlamentləri tərəfindən təsdiq edildikdən sonra, 2 il ərzində birlik dövlətlərinin rezidentləri arasında valyuta əməliyyatlarının aparılması sahəsində demək olar ki, bütün məhdudiyyətlər aradan götürüləcək.
Qeyd edək ki, bu məhdudiyyətlər idxal-ixrac əməliyyatları, qeyri-ticarət xarakterli köçürmələr və daşınmaz əmlakın alınması ilə bağlı valyuta əməliyyatlarına aiddir.
Hələlik şərh yoxdur.
Şərh yazın
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər

