Yazan maliyye on Aprel 19, 2008

Məqsəd bölgələrdə olan iş adamlarına fond kapital bazarı haqqında ətraflı məlumat verməkdir
Bakı Fond Birjası və Azərbaycanda ixracın və investisiyaların təşviqi fondu Lənkəran şəhərində “Fond bazarını bizimlə öyrənin və qazanın” kompaniyası çərçivəsində qiymətli kağızlar üzrə regional konfrans keçirilib.
Read the rest of this entry »
Kateqoriyası: Iqtisadi Xeberler | Leave a Comment »
Yazan maliyye on Aprel 19, 2008

Bankın zərərinin əsas səbəbi hesabdan 15 milyard dollar aktiv silməsi ilə bağlıdır
Amerikanın iri banklarından biri olan “Sitiqrup” (Citigroup) 2008-ci ilin birinci rübündə 5,11 milyard dollar təmiz zərərə uğradığını bildirib. Halbuki 2007-ci ilin birinci rübündə bank 5 milyard dollar təmiz gəliri olduğunu bəyan etmişdi.

Bankın zərərinin əsas səbəbi 15 milyard dollar aktiv silməsi ilə bağlıdır. Bu baxımdan, bank dünya üzrə kredit böhranında ən çox zərər çəkmiş şirkətdir. İri miqyaslı zərər bankın rəhbərliyinin dəyişməsinə səbəb olub. Dekabr ayında bankın rəhbəri Çarlz Prins bankın rəhbəri vəzifəsindən gedib və onu Mirkant Bandit əvəz edib.
Bundan başqa, bankın 6 min işçisi ixtisara düşüb. Daha 9 min nəfəri də bu cür tale gözləyir. Bütövlükdə, dünya üzrə “Sitiqrup” bankın 370 min işçisi var
Kateqoriyası: Iqtisadi Xeberler | Leave a Comment »
Yazan maliyye on Aprel 19, 2008

Bu məqsədlə Belarus tərəfindən Gəncə avtomobil zavoduna investisiya qoyulacaq
Yaxın aylarda Gəncə avtomobil zavodunda «Belarus» markalı traktorların istehsalı üçün birgə müəsissə yaradılacaq. Müəssisənin istehsala tam hazır vəziyyətə gətirilməsi üçün 3 ay vaxt lazımdır. Belarusun Azərbaycandakı səfiri Nikolay Paskeviç deyib ki, burada buraxılan traktorlar qonşu ölkələrə də satılacaq.
Read the rest of this entry »
Kateqoriyası: Iqtisadi Xeberler | Leave a Comment »