Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Ölkədə Taxıl Fondunun yaradılması ilə bağlı qaydalar hazırlanır

Kənd Təsərüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirib ki, fondun yaradılmasını özündə əks etdirən qaydaların çoxu hazırdır

Ölkədə Taxıl Fondunun yaradılması ilə bağlı qaydalar hazırlanır. Yaxın zamanlarda Taxıl Fondunun yaradılması məsələsi öz həllini tapacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib. O bildirib ki, artıq fondun yaradılmasını özündə əks etdirən qaydaların bir çoxu hazırdır: «Nazirlər Kabinetinin bununla bağlı xüsusi qərarı qəbul edilib. Həmçinin, bununla bağlı mərkəzi icra orqanlarında, xüsusilə nazirliklərdə sənədlər, qərarlar, qaydalar hazırlanır. O qaydalara müvafiq olaraq Azərbaycanda təxminən istehsal olunan taxılın 17-18 faizi ehtiyat fonduna qoyulacaq».

daha artıq oxu »

May 26, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Bakıda azərbaycanlı və ərəb iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək

Bakıda azərbaycanlı və ərəb iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək

Tədbir çərçivəsində iki ölkənin iş adamlarının təkbətək görüşləri nəzərdə tutulub

Bu gün Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri xanım Lübnə Bin Xalid əl-Qasimi də iştirak edəcək. Ümumilikdə isə biznes-foruma 10-dan artıq ərəb şirkətinin təmsilçisi qatılacaq. Bunlar əsasən, energetika, tikinti, sənaye, mühəndislik, investisiya, informasiya texnologiyaları, səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərdir. Tədbir çərçivəsində iki ölkənin iş adamlarının təkbətək görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, biznes forumun iştirakçıları bu səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib

 

 

May 26, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

China quake toll ‘could reach 50,000’

By Geoff Dyer in Beijing and Jamil Anderlini in Beichuan County

Published: May 15 2008 14:05 | Last updated: May 15 2008 19:27

The death toll from Monday’s earthquake in China could reach as high as 50,000 people, the State Council said on Thursday, as rescue workers still struggled to reach some of the worst affected areas.

daha artıq oxu »

May 16, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Büdcə vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsinə ilin ikinci yarısında başlanacaq

Büdcə vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsinə ilin ikinci yarısında başlanacaq

Kreditə ev almaq istəyənlər borca görə ən yaxşı halda 14 faiz ödəyəcəklər

Büdcə vəsaitləri hesabına ipoteka kreditlərinin verilməsinə ilin ikinci yarısında başlanacaq. Amma adi ipotekaya dəyişikliklər olacaq. Bubarədə Milli Bankın rəhbəri Elman Rüstəmov belə deyib. O bəyan edib ki, kreditlərin faizi mərkəzi bankın uçot

daha artıq oxu »

May 16, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd rayonlarının inkişafı nazirini qəbul edib

Prezident İlham Əliyev İsrailin kənd təsərrüfatı və kənd rayonlarının inkişafı nazirini qəbul edib

Görüşdə Azərbaycanla İsrail arasında iqtisadi sahədə, o cümlədən kənd təsərrüfatı sahəsində əməkdaşlığın mümkün perspektivləri barədə fikir mübadiləsi aparılıb

daha artıq oxu »

May 16, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

“Büdcə gəlirlərinə edilən 3091 mln manatlıq artımın 2700 milyonunu Dövlət Neft Fondundan edilən transferlər təşkil edib”

“Büdcə gəlirlərinə edilən 3091 mln manatlıq artımın 2700 milyonunu Dövlət Neft Fondundan edilən transferlər təşkil edib”

Milli Büdcə Qrupu bu gün 2008-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsiylə bağlı dəyirmi masa keçirib

Milli Büdcə Qrupu (MBQ) bu gün 2008-ci ilin dövlət büdcəsinə əlavə və dəyişikliklər edilməsiylə bağlı dəyirmi masa keçirib. MBQ İdarə Heyətinin sədri İnqilab Əhmədov bildirib ki, hökumət ilin ilk yarısı başa çatmamış cari ilin dövlət büdcəsinin gəlir və xərclərinin

daha artıq oxu »

May 16, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Bu gün Bakıda beynəlxalq kənd təsərrüfatı məhsulları və qida sərgisi öz işinə başlayacaq

Bu gün Bakıda beynəlxalq kənd təsərrüfatı məhsulları və qida sərgisi öz işinə başlayacaq

Sərgidə 23 ölkədən 72 şirkət öz məhsullarını nümayiş etdirəcək

Bu gün Bakıda beynəlxalq kənd təsərrüfatı məhsulları və qida sərgisi öz işinə başlayacaq. Sərgidə 23 ölkədən 72 şirkət öz məhsullarını nümayiş etdirəcək.
daha artıq oxu »

May 15, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

İşsizliyə görə ödənilən müavinətlərin məbləği artırıla bilər

İşsizliyə görə ödənilən müavinətlərin məbləği artırıla bilər

Bununla bağlı təkliflər yaxın günlərdə hökumətə təqdim ediləcək

Bu ilin 2-ci yarısında işsizliyə görə ödənilən müavinətlərin məbləği artırıla bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı təkliflərdə müavinətin minimum məbləğinin minimum əmək haqqına uyğunlaşdırılması nəzərdə tutulur. Nazirlikdən verilən məlumata görə, təkliflər yaxın günlərdə hökumətə təqdim ediləcək.
daha artıq oxu »

May 15, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq

Aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq

Bu barədə Milli Məclisin sosial siyasət məsələləri üzrə daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib

«Azərbaycanda aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq». Bu barədə Milli Məclisin sosial siyasət məsələləri üzrə daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib. H.Rəcəblinin sözlərinə görə, bununla bağlı edilən dəyişikliklərdən biri yardımın verilməsi üçün sənədlərin qəbulu proseduru ilə bağlıdır.
daha artıq oxu »

May 15, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

“Abşeron” sığorta şirkətinin fəaliyyəti məhdudlaşdırılıb

“Abşeron” sığorta şirkətinin fəaliyyəti məhdudlaşdırılıb

Qanun pozuntularına yol verən şirkətin nəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə fəaliyyəti dayandırılıb.Maliyyə Nazirliyi “Abşeron” sığorta şirkətinin lisenziyasını məhdudlaşdırıb. Nazirlik tərəfindən aparılan yoxlama zamanı məlum olub

daha artıq oxu »

May 15, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet