Ölkənin iri un istehsalçılarından olan «Fatoğlu» ASC fəaliyyətini dayandırdı
«Fatoğlu» istehsal etdiyi taxılın 95 faizə qədərini Qazaxıstandan idxal edirdi
Taxıl qıtlığı ilə üzləşən ölkənin iri un istehsalçılarından biri olan «Fatoğlu» şirkəti fəaliyyətini müvəqqəti dayandırıb. Şirkətin baş mühasibi İlham Xəlilov «Azadlıq» radiosuna bildirib ki, onların buğda ehtiyatı qurtardığı üçün dayanmağa məcbur olublar. Əsasən Qazaxıstandan taxıl gətirdiklərini deyən Xəlilovun sözlərinə görə, onlar alternativ yollar axtarırlar. Baş mühasib şirkətin fəaliyyətinin dayanmasının unun qiymətinə təsirini istisna etmir. Amma deyir ki, onlar beş-on günə öz fəaliyyətlərini bərpa etmək niyyətindədilər. İlham Xəlilov qeyd edib ki, şirkətin fəaliyyətinin dayanması işçilərin əmək haqqına təsir etməyəcək.
daha artıq oxu »
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər

