Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azərbaycan Gürcüstana qaz nəqlini bərpa edib

GOGC vg Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış müqaviləyə görə, Azərbaycan qazı 2008-ci ilin sonunadək qonşu ölkəyə nəql olunacaq

Azərbaycan Gürcüstana sutkada 1,5 milyon kubmetr təbii qaz nəqlini bərpa edib. Məlumatı «İnterfaks» agentliyi Gürcüstan Neft və Qaz Korporasiyasının (GOGC)  ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Tamara Şoşiaşviliyə istinadən yayıb. O deyib ki, GOGC vg Azərbaycan Dövlət Neft Şirkəti arasında bağlanmış müqaviləyə görə, Azərbaycan qazı 2008-ci ilin sonunadək qonşu ölkəyə nəql olunacaq. Gürcüstan Neft və Qaz Korporasiyasının xidmət rəhbəri ölkələr arasında qaza görə razılaşdırılmış qiymət barədə məlumat verməyib. /ANSPRESS/

 

 

May 10, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Azərbaycanda yeni iri neft-qaz emalı kompleksi tikiləcək

Yeni kompleksin ilkin ümumi dəyəri 20 milyard avrodur

Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) 2009-cu ildə Bakıya yaxın Səngəçal sahilində yeni neft-qaz emalı, neft-kimya kompleksi və gübrə istehsalı üzrə müəssisənin tikintisinə başlayacaq. Kompleksin ilkin ümumi dəyəri təqribən 20 milyard avrodur. Bu barədə ARDNŞ-ın yüksək vəzifəli nümayəndəsi məlumat verib. Nümayəndə bildirib ki, kompleks yaradılarkən dünyada istifadə edilən ən müasir avadanlıq və emal texnologiyası tətbiq ediləcək.
daha artıq oxu »

May 10, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Neftin qiyməti növbəti dəfə ən yüksək həddə çatıb

Opek isə neft hasilatını artırmamaqda hələ də qərarlıdır

Dünya bazarında xam neftin qiyməti növbəti dəfə rekord həddə çataraq, bir barrel üçün 126 dollar olub. Ümumiyyətlə isə, ötən illə müqayisədə qara qızılın qiyməti iki dəfə artıb. Neft ixrac edən ölkələr birliyi isə bəyan edir ki, neft hasilatını artırmağa ehtiyac yoxdur. İş adamları yanacaq çatışmazlığından ehtiyatlanır. Goldman Sachs bankının proqnozlarına görə, iki il ərzində neftin bir barreli 150-200 dollara çatacaq.
daha artıq oxu »

May 10, 2008 Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet