Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq

Aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq

Bu barədə Milli Məclisin sosial siyasət məsələləri üzrə daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib

«Azərbaycanda aztəminatlı ailələrin ünvanlı sosial yardım alması asanlaşacaq». Bu barədə Milli Məclisin sosial siyasət məsələləri üzrə daimi komissiyasının sədri Hadı Rəcəbli bildirib. H.Rəcəblinin sözlərinə görə, bununla bağlı edilən dəyişikliklərdən biri yardımın verilməsi üçün sənədlərin qəbulu proseduru ilə bağlıdır.

Belə ki, vətəndaşın unvanlı yardım almaq üçün ayın hansı günündə müraciət etməsindən asılı olmayaraq, yardım həmin ayın 1-dən təyin olunacaq. 2-ci dəyişiklik isə, unvanlı sosial yardım alan şəxslərin təqdim etdikləri sənədlərinin müddəti ilə bağlıdır. Əvvəllər sənədlər hər 6 aydan bir dəyişdirilirdisə, yeni dəyişikliklərdən sonra bu müddətin 1 ilədək uzadılması gözlənilir. Bundan başqa, unvanlı sosial yardımın məbləğinin azaldılması və ya verilməsinin dayandırılmasına səbəb ola biləcək hallar barədə məlumat verilmədiyi təqdirdə, həmin ailə 2 il müddətində yardım almaq hüququndan məhrum edilirdisə, yeni qaydalarda həmin müddətin 1 ilə qədər azaldılması nəzərdə tutulub. Komissiyada hesab edirlər ki, ailə üzvünün təsadüfi səhlənkarlığı ucbatından həqiqətən aztəminatlı olan ailənin 2 il müddətində unvanlı sosial yardımdan məhrum edilməsi düzgün deyil.

 www.anspress.com

 

May 15, 2008 - Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Hələlik şərh yoxdur.

Şərh yazın