Ölkədə Taxıl Fondunun yaradılması ilə bağlı qaydalar hazırlanır
Kənd Təsərüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirib ki, fondun yaradılmasını özündə əks etdirən qaydaların çoxu hazırdır
Ölkədə Taxıl Fondunun yaradılması ilə bağlı qaydalar hazırlanır. Yaxın zamanlarda Taxıl Fondunun yaradılması məsələsi öz həllini tapacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib. O bildirib ki, artıq fondun yaradılmasını özündə əks etdirən qaydaların bir çoxu hazırdır: «Nazirlər Kabinetinin bununla bağlı xüsusi qərarı qəbul edilib. Həmçinin, bununla bağlı mərkəzi icra orqanlarında, xüsusilə nazirliklərdə sənədlər, qərarlar, qaydalar hazırlanır. O qaydalara müvafiq olaraq Azərbaycanda təxminən istehsal olunan taxılın 17-18 faizi ehtiyat fonduna qoyulacaq».
Bakıda azərbaycanlı və ərəb iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək
Bakıda azərbaycanlı və ərəb iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək
Tədbir çərçivəsində iki ölkənin iş adamlarının təkbətək görüşləri nəzərdə tutulub
Bu gün Bakıda Azərbaycan və Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarının iştirakı ilə biznes-forum keçiriləcək. Tədbirdə Birləşmiş Ərəb Əmirliklərinin xarici ticarət naziri xanım Lübnə Bin Xalid əl-Qasimi də iştirak edəcək. Ümumilikdə isə biznes-foruma 10-dan artıq ərəb şirkətinin təmsilçisi qatılacaq. Bunlar əsasən, energetika, tikinti, sənaye, mühəndislik, investisiya, informasiya texnologiyaları, səhiyyə sahələrində fəaliyyət göstərən şirkətlərdir. Tədbir çərçivəsində iki ölkənin iş adamlarının təkbətək görüşləri də nəzərdə tutulub.
Qeyd edək ki, biznes forumun iştirakçıları bu səhər Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər


