Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Ölkədə Taxıl Fondunun yaradılması ilə bağlı qaydalar hazırlanır

Kənd Təsərüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev bildirib ki, fondun yaradılmasını özündə əks etdirən qaydaların çoxu hazırdır

Ölkədə Taxıl Fondunun yaradılması ilə bağlı qaydalar hazırlanır. Yaxın zamanlarda Taxıl Fondunun yaradılması məsələsi öz həllini tapacaq. Bu barədə Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Sabir Vəliyev məlumat verib. O bildirib ki, artıq fondun yaradılmasını özündə əks etdirən qaydaların bir çoxu hazırdır: «Nazirlər Kabinetinin bununla bağlı xüsusi qərarı qəbul edilib. Həmçinin, bununla bağlı mərkəzi icra orqanlarında, xüsusilə nazirliklərdə sənədlər, qərarlar, qaydalar hazırlanır. O qaydalara müvafiq olaraq Azərbaycanda təxminən istehsal olunan taxılın 17-18 faizi ehtiyat fonduna qoyulacaq».

S.Vəliyev qeyd edib ki, bu sahədə işlər qısa müddətdə həllini tapacaq. Onun sözlərinə görə, Taxıl Fondunun yaradılması ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün şərait yaradacaq. «Belə fond qiymətlərin nizamlanmasına da müsbət təsir göstərəcək. Xaricdən də taxıl gətirilməsinə heç bir məhdudiyyət qoyulmayacaq».

Yeri gəlmişkən, ötən il ölkəyə 1 milyon 411 min ton buğda gətirilib. Təkcə bu ilin üç ayı ərzində 300 min ton buğda idxal olunub. /ANS TV/

 

 

May 26, 2008 - Yazan maliyye | Iqtisadi Xeberler | | No Comments Yet

Hələlik şərh yoxdur.

Şərh yazın