Bu ilin birinci yarısında ölkədə 1030 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib
Bu ilin birinci yarısında ölkədə 1030 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib
Orta və iri dövlət müəssisələrinin bazasında isə səkkiz səhmdar cəmiyyət yaradılıb
Bu ilin 1-ci yarısında Azərbaycanda 1030 kiçik dövlət müəssisəsi və obyekti özəlləşdirilib, orta və iri dövlət müəssisələrinin bazasında isə səkkiz səhmdar cəmiyyət yaradılıb. Bu barədə Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənov məlumat verib.
Onun sözlərinə görə, 2006-cı ilin avqustunda özəlləşdirilməyə çıxarılan 149 müəssisə və sosial sahə obyekti yəni səhiyyə, təhsil, idman və mədəniyyət obyektləri özəlləşdirilib. Bundan başqa, bu ilin 1-ci yarısında səhmdar cəmiyyətlərin səhmlərinin satışı üzrə 33 hərrac keçirlib.
Hərraclarda 90-a yaxın müəssisə realizə edilib. Bu il müəssisə və obyektlərin altında yerləşən 460 torpaq sahəsi özəlləşdirilib, obyektlər altındakı 150 torpaq sahəsi icarəyə verilib.
Kərəm Həsənov onu da qeyd edib ki, Dövlət Komitəsi hüquqi və fiziki şəxslərə dövlət əmlakının satışı və mülkiyyət hüququnun əldə edilməsi üzrə təxminən 1650 şəhadətnamə verib. Hesabat dövrü ərzində müəssisə və obyektlər üzrə 1300-ə yaxın texniki pasport, həmçinin, 2400 qeyri-yaşayış sahəsi planının konturları tərtib edilib.
www.anspress.com
Hələlik şərh yoxdur.
Şərh yazın
-
Arxivlər
- Avqust 2008 (2)
- İyun 2008 (4)
- May 2008 (16)
- Aprel 2008 (21)
- Mart 2008 (36)
- Fevral 2008 (106)
- Yanvar 2008 (7)
- Oktyabr 2007 (1)
-
Kateqoriyalar
-
RSS
Entries RSS
RSS şərhlər

