Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Müasir iqtisadi şəraitdə pul-kredit siyasətinin rolu və əhəmiyyəti

Posted by maliyye Oktyabr 30, 2007

SSRİ dağıldıqdan sonra Azərbaycan tam hüquqlu bir dövlət kimi dünya iqtisadiyyatına daxil oldu. Bu zaman dövlətin qarşısında duran ən əsas məsələlərdən biri də milli təsərüfatın idarə edilməsi idi. Ümumiyyətlə, keçid dövrü ölkələrində iqtisadiyyatın inkişafı iqtisadiyyatı tənzimləmə metodlarından birbaşa asılıdır. Bazar iqtisadiyyatlı ölkələrdə bu məqsədə əsasən pul-kredit siyasətinin köməyilə çatılır. Çünki, keçid dövrü ölkələrinin ən aktual problemi inflyasiyadır. Pul-kredit siyasəti də inflyasiyanın tənzimlənməsinin ideal metodudur. Ona görə də belə demək olar ki, pul-kredit siyasətinin keçirilməsi ölkəni iqtisadi böhrandan çıxmağa kömək edir. İEÖ-lərdə pul-kredit siyasəti daha aktiv formada tətbiq olunur. Tarixi olaraq bu siyasət iqtisadiyyatı idarə etmək üçün istifadə olunan ilk metodlardan biridir.

Pul-kredit siyasəti iqtisadi siyasətin yeganə aləti deyil. Ancaq bazar iqtisadiyyatında bu siyasətin fəaliyyəti çox böyük məsuliyyət daşıyır. Pul-kredit siyasəti istənilən iqtisadi sistemin əsas hissəsi sayılır. Pul-kredit siyasəti dedikdə istehsal prosesləri və konyukturanın idarəedilməsi məqsədilə monetar hakimiyyət tərəfindən pul-kredit sferasında yürüdülən siyasət başa düşülür.

Hər bir bazar iqtisadiyyatına doğru irəlliləyən ölkə kimi Azərbaycanda da pul-kredit siyasətini səmərəli həyata keçirmək prioritet məsələlərdən biridir. Bu siyasəti Azərbaycan respublikasının mərkəzi bankı olan Milli Bank həyata keçirir.Ölkədə pul-kredit siyasəti “Milli bank haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanun 10 dekabr 2004-cü ildə Azərbaycan respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmışdır.

Bu kurs işində pul-kredit siyasətinə keçməzdən əvvəl pul və kredit anlayışlarının iqtisadiyyatda yeri və rolu haqqında haqqında qısa məlumat verilmişdir. Sonra isə pul-kredit siyasətinin əsas məqsəd və vəzifələri, alətləri, hüquqi bazası, tarixi, dünya təcrübəsi və Azərbaycanda əsasən 2006-cı il üzrə pul-kredit siyasətinin analizi verilmişdir. Mövzunun izahı zamanı cədvəl, sxem, qrafik və diaqramlardan istifadə edilmişdir, hüquqi sənədlərdən sitatlar gətirilmişdir.

1.Bazar iqtisadiyyatı şəraitində pul və kreditin əhəmiyyəti

İctimai əmək bölgüsünün yaranması pulun da yaranmasını zəruri etdi. Demək olar ki, ele o vaxtdan pul iqtisadiyyatın ən önəmli amilinə çevrildi. Ölkəndə hansı iqtisadi sistemin mövcud olmasından asılı olmayaraq, iqtisadiyyatın idarə edilməsi pul amilini nəzərə almadan qeyri-mümkün olmuşdur. Bazar iqtisadiyyatının idarə olunmasında isə pul bilavasitə iştirak edir. Lakin iqtisadiyyatı tənzimləmə metodlarından asılı olaraq, iqtisadiyyatın idarə edilməsində pul bəzən birbaşa, bəzən də dolayı yolla iştirak edir.

Ümumiyyətlə, pulun iqtisadiyyatda, insanların həyatında əhəmiyyətini anlamaq üçün pulun funksiyalarına baxmaq kifayətdir. Pulun 1-ci funksiyası dəyər ölçüsüdür. Pul ilkin yarandığı dövrlərdə özünü dəyər ölçüsü kimi göstərirdi. Çünki, pulun yaranmasına zərurət mübadilənin çətinləşməsi idi. İnsanlar əmtəələrini dəyişmək üçün vahid dəyər ölçüsü olan pulu yaratdılar. Bu gün də pul deyəndə birinci onun dəyər ölçüsü olması ağıla gəlir. İkinci funksiya tədavül vasitəsi funksiyasıdır. Əmtəələrin alqı-satqı prosesi tədavül vasitəsi kimi pula ehtiyac doğurur.Bu onunla bağlıdır ki, dəyər ölçüsü funksiyası vasitəsilə əmtəənin pulla ifadəsi hələ onun satışı demək deyildir. Əmtəənin qiyməti yalnız alqı-satqı (Ə-P-Ə) prosesində,əmtəəninpula real mübadiləsi zamanı reallaşır. Pul bu funksiyada əmtəələrin tədavülünə xidmət edir, ondan satın alınan əmtəələrin ödənilməsi üçün istifadə edilir, onların alqı-satqısı prosesində vasitəçi rolunu oynayır. Bu funksiyanın xüsusiyyəti ondan ibarətdir ki, əmtəənin alıcıya verilməsi və onun dəyərinin ödənilməsi eyni vaxtda baş verir. Pulun bu funksiyası birinci funksiya ilə oxşardır. Fərq isə ondan ibarətdir ki, dəyər funksiyasında pul bilavasitə iştirak etməyə bildiyi halda, tədavül funksiyasında pul əmtəələrin tədavülündə bilavasitə iştirak etməlidir. Pulun üçüncü funksiya pulun tədiyyə vasitəsi funksiyasıdır. Bəzən pulun hərəkəti ilə əmtəələrin hərəkəti ilə eyni vaxta düşməyə bilər. Bu zaman pulun tədiyyə vasitəsi funksiyasına ehtiyac yaranır. Bu funksiya bazar iqtisadiyyatinda daha qabarıq iştirak edir. əmtəələrin istehsal vaxtı ilə tədavül vaxtı üst-üstə düşmədiyindən, təsərrüfat subyektlərinin vəsait çatışmamazlığı yaranır. Nəticədə kredit yaranır. . Tədiyə vasitəsi kimi fəaliyyət göstərən puldan əmtəələrin kreditə satışında, pul ssudalarının verilməsində və ödənilməsində, fəhlə və qulluqçulara əmək haqqlarının ödənilməsində, əhaliyə pensiyə, yardım və təqaüdlərin verilməsində və s.istifadə edilir. Pulun dördüncü funksiyası yığım funksiyasıdır. Pul dedikdə, insanların əmtəələri almaq üçün bir vasitə olmasından başqa həm də ictimai sərvətin yaradıcısı kimi də başa düşülür. Ona görə də insanlar onu yığılmağa səy göstərirlər. Dəfinə yaradılması üçün pul tədavüldən götürülür, yəni alqı-satqı əməliyyatı kəsilir. Lakin pulun sadə yığımı və saxlancı sahibinə əlavə gəlir gətirmir. Kapitalizmdə sahibkara pulu saxlamaq əlverişli deyildir onu mənfəət əldə etmək üçün dövrüyyəyə buraxır. Lakin bununla belə pulun dəfinə kimi yığılması da zəruridir. Çünki, məhz pul ehtiyyatlarının yaradılması ayrı-ayrı təsərrüfatçılıq subyeklərində yaranan pozuntuların, cəmiyyət miqyasında yaradılmış ehtiyatlar isə xalq təsərrüfatında baş vermiş disproporsiyaların aradan qaldırılmasını təmin edir. Nəhayət, pulun axırıncı-beşinci funksiyası dünya pulu funksiyasıdır. Pulun bu funksiyası bəzi ölkələrin valyuta vahidlərinin dünyanın bir çox ölkələrində əsasən tədavül, mübadilə və yığım vasitəsi kimi qəbul olunmasıdır.Ölkələr arasında və yaxud müxtəlif ölkələrin hüquqi və fiziki şəxsləri arasındakı qarşılıqlı münasibətlərdə təzahür edir. Xarici ticarət əlaqələri, beynəlxalq borclar, xarici partnyorlara xidmət göstərilməsi dünya pulunun meydana gəlməsinə səbəb olmuşdur.

Pul tədavülünün tənzimlənməsi məqsədilə onun öyrənilməsinə yönəldilən pul kütləsinin həcmini və strukturunu əks etdirən göstəricilərdən istisadə olunur. Bu göstəricilər pul aqreqatları adlanır. Məcmu pul kütləsi pul kütləsi aqreqatlarından ibarətdir. İEÖ-lərdə isə pul aqreqatları aşağıdakı kimi təsniatlaşdırılır:

M1= tədavüldəki nəğd pullar və cari bank hesablarındakı vəsaitlər.

M2=M1+ kommersiya banklarının 4 ilə qədər olan əmanətləri

M3=M2+ixtisaslaşdırılmış kredit idarələrinin əmanətləri

M4=M3+iri kommersiya banklarının depozit sertifikatları.

Azərbaycanda isə pul kütləsi aqreqatları aşağıdakı kimi təsnifləşdirilir:

M0= bank sistemindən kənar nağd pul, yəni dövriyyədə olan nəğd pul;

M1=M0+ kommersiya banklarında əhalinin və müəssisələrin depozitləri, y

ni; M0+tələbolunanadək əmanət və depozitlər

M2=M1+ əmanət banklarında müddətli əmanətlər;

M3=M2+ bankların depozit sertifikatları; dövlət istiqraz vərəqələri, xarici valyuta ilə depozitlər.

Azərbaycanda pul aqreqatlarının dinamikasını aşağıdakı cədvəldə görmək olar:

il

M3

o cümlədən

M2

o cümlədən

SDV-də
depozitlər

M1

o cümlədən

Manatla
müddətli
depozitlər

M0

Manatla
tələbolunanadək
depozitlər

1995

259,9

191,5

185

120,5

64,5

6,5

68,4

1996

309

240,8

234,7

173,1

61,7

6,1

68,2

1997

412,7

311,3

307,6

234,1

73,5

3,7

101,5

1998

342,6

243,7

240,5

185,2

55,3

3,2

98,9

1999

398

280,9

278

227,2

50,8

2,9

117,1

2000

509,7

325,8

315,5

270

45,5

10,3

183,9

2001

686,8

351,1

337,5

293,8

43,7

13,6

335,7

2002

785,2

405,2

393,4

333,7

59,7

11,8

380

2003

1018,8

518,4

499,8

408,2

91,6

18,6

500,4

2004

1503

683,6

657,3

477,8

179,5

26,3

819,4

2005

1684,2

740,8

703,9

516,3

187,7

36,8

943,4

2006

2465,9

1272,8

1142,9

806,3

299,9

129,8

1193,9

CƏDVƏL 1.

Cədvəldən göründüyü kimi Azərbaycanda pul kütləsi ildən-ilə kəskin surətdə artır. Əgər bu artım istehsala əsaslanmasa, böyük həcmdə inflyasiya baş verər.

Pulla bağlı olan anlayışlardan biri də pul tədavülü anlayışıdır. Tədavül dedikdə, pulun nəğd və nəğdsiz formada hərəkəti başa düşülür. Göründüyü kimi pul tədavülü 2 yerə bölünür: nəğd və nəğdsiz pul tədavülü. Nəğd pul tədavülü dövriyyədə olan nəğd pulun hərəkətidir. Nəğd pul dövriyyəsi hüquqi şəxslər, fiziki şəxslər, hüquqi və fiziki şəxslər, əhali ilə dövlər orqanları və s. subyektlər arasında baş verir. Nəğd pul dövranını qısaca olaraq aşağıdakı sxemdə görmək olar:

Milli bankın Milli bankın kommersiya banklarının

ehtiyyat fondu Hesablaşma-kassa mərkəzlərində əməliyyat kassaları

dövriyyə kassaları

hesablaşama-kassa artıq Kommersiya bankları artıq Müəsssisə və təşkiatların

mərkəzləri kassaları və əhalı

SXEM 1.

Nağdsız pul tədavülü nağd puldan istifadə etmədən kredit idarələrində açılmış hesablar üzrə pul vəsaitlərinin bir hesabdan silinib, digər hesaba yazılmasından ibarət hesablaşmalardan ibarətdir. XIX əsrin axırlarına qədər nağd pul ödənişləri üstünlük təşkil edirdisə, müasir şəraitdə nağd pul ödənişlərinin xüsusi çəkisi çıx aşağıdır. ABŞ-da 10 %-ə qədərdir, Azərbaycanda isə 75%-ə qədərdir. Bu prosesə təsir edən əsas amil bazar iqtisadiyyatının aranması olmuşdur. Nağdsız pul dövriyyəsinin həcmi ölkədə mal kütləsindən, qiymət səviyyəsindən, maliyyə sistemi vasitəsilə həyata keçirilən bölgü və yenidən bölgü münasibətlərindən asılıdır. Nəğd və nəğdsiz pul tədavülü arasında qarşılıqlı əlaqə vardır. Belə ki, Nağd pul bankdakı hesaba daxil olduqda, öz formasını dəyişərək nağdsız pula çevrilir. Bankdakı hesabdan nağd pul alındıqda isə nağdsız pul formasını dəyişərək nağd pula çevrilir.

Ümumiyyətlə,Pulun iqtisadiyyatda rolu aşağıdakılardan ibarətdir.

§ Beynəlxalq və daxili ticarətin həyata keçirilməsində vasitə kimi,

§ İctimai həyatda kapital rolunu oynayır,

§ ÜMM-n bölgüsü və yenidən bölgüsü aləti kimi,

§ İnflyasiyanın tənzimlənməsi aləti kimi,

§ Monetar (pul-kredit) siyasət aləti vasitəsi kimi,

§ İqtisadiyyatda tələb və təklif arasında tarazlığın yaradılması aləti kimi

Müasir bazar iqtisadiyyatı şəraitində pul kimi kredit anlayışı da böyük əhəmiyyətə malikdir. Bazar sistemindən əvvəlki, iqtisadi sistemlərdə kredit geniş yayılmamışdır. Bazar iqtisadiyyatında nəğdsiz pulun xüsusi çəkisinin artımına zərurət yarandığından kreditin də geniş vüsət alması zəruri oldu.

KREDİT – qaytarılmaq və faiz ödənilmək şərtilə pul və ya əmtəə formasında verilən borca deyilir. Kredit iqtisadiyyatda spesifik rol oynayır; o nəinki istehsalın fasiləsiz hərəkətini təmin edir, həmçinin onu daha da sürətləndirir. Kredit tədavül xərclərinin azalmasına kömək edir.

Kreditin aşağıdakı funksiyaları var:

a) Pul vəsaitlərinin mərkəzləşməsi və təmərgüzləşməsinin sürətlənməsi.

b) Pul vəsaitlərinin yenidən bölgüsü

c) Kredit alətlərinin və əməliyyatlarının yaradılması

d) Məcmu pul dövriyyəsinin həcminə nəzarət olunması

e) Nəğd pulların yerləşdirilməsi

f) Pulların yığılması

Kreditin əsas prinsipləri: Təminatlılıq, qaytarılma, müddətlilik, məqsədlilik

Müasir dövrdə kreditin aşağıdakı formaları var.

Dövlət krediti – zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir.

Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında verilən kreditdir.

Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təhcizatçılar tərəfindən alıcılara verilən kredit növüdür.

İstehlak krediti – əhaliyə istehlak mallarının alınması və məişət xidmətlərinin ödənilməsi üçün verilən kreditdir.

İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir.

Kommunal krediti – kommunal təsərüfatın və mənzil tikintisinin ehtiyacları üçün verilən kreditdir.

Kənd təsərüfatı krediti – kənd təsərüfatının inkişafı üçün nəzərdə tutulmuş kredit növüdür.

Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir.

Kredit siyasəti müəyyən iqtisadi və siyasi məqsədlərə çatmaq üçün Mərkəzi bank və dövlət tərəfindən pul-kredit sferasında həyata keçirilən tədbirlər sistemidir. Onun əsas məqsədi kreditin və pul tədavülünün vəziyyətinə tə’sir etməklə təsərüfat konyukturasını tənzimləməkdir.

Hal-hazırkı keçid dövründə biznesin inkişafında kreditin rolu əvəzedilməzdir. Milli iqtisadiyyatın yenidən qurulduğu bir zamanda ölkənin öz istehsalı olan malların xüsusi çəkisinin yüksək olması vacibdir. Buna da yalnız yerli müəssisələrin sürətli inkişafı nəticəsində nail olmaq olar. Yeni yaranan müəssisələrin vəsait çatışmamazlığını nəzərə alsaq, kreditin zəruriliyini aydın görmək olar. Beləliklə, yeni yaranmış müəssisələrin əsas və dövriyyə fondlarının maliyyələşməsi, yeni biznesin yaradılmasındakı maliyyə problemlərin aradan qaldırılmasının yeganə yolu bank kreditləridir. Bu prosesdə həm dövlət, həm banklar, həm də kredit alan tərəf maraqlıdır. Bank kredit vasitəsilə maliyyələşmə prosesi apararaq ölkə iqtisadiyyatının inkişafına kömək edir. Həm də öz sərbəst vəsaitlərini dövriyyəyə buraxaraq mənfəət əldə edir. Kredit alan subyekt isə öz təsərrüfatını quraraq həm mənfəət əldə edir, həm də vergi ödəməklə ölkədə sosial bərabərsizliyin aradan qaldırılmasında iştirak edir.

Hal-hazırda bütün bazar iqtisadiyyatlı ölkələr kimi azərbaycanda da kredit qoyuluşlarının həcmi gündən-günə artmaqdadır. Buna aşağıdakı diaqramda görmək olar:

Diaqram 1.


2.Müasir iqtisadiyyatın tənzimlənməsində pul-kredit siyasətinin rolu və əhəmiyyəti

İqtisadiyyatın davamlı inkişafı dövlətin strateji maraqları baxımından sosial-iqtisadi proseslərə müdaxiləsini obyektiv zərurətə çevirdiyindən fəal tənzimləmə siyasətindən bilavasitə asılıdır. Bu tədbirlər sistemini aşağıdakı kimi təsnifləşdirmək olar:

· Qanunvericilik təminatı və hüquqi tənzimlənmə

· Gəlirlərin bölgüsündə ədalətlilik

· Qiymət siyasəti

· Maliyyə tənzimlənməsi

· Pul-kredit siyasəti

· Vergi tənzimlənməsi

· Xarici ticarət siyasəti

Bunlar hamısı birlikdə dövlət siyasəti adlanır. Göründüyü kimi dövlət siyasətinin bir hissəsi də pul-kredit siyasətidir. Pul-kredit siyasəti – istehsalın həcminin,inflyasiyanın səviyyəsini,məşğulluğun və qiymətlərinin səviyyəsini sabit saxlamaq üçün pul təklifindəki dəyişiklərdən ibarətdir. Ona görə də, inflyasiyanin hər gün artma təhlükəsi olan keçid dövrü ölkələrində pul-kredit siyasətini düzgün həyata keçirtmək daha vacibdir.

Pul-kredit tənzimlənməsi aşağıdakı obyektlərə yönəldilir.

· İnflyasiyanın qarşısını almaq

· Ölkənin valyutasının digər valyutalara nəzərən məzənnəsini müəyyən etmək

· Valyuta siyasətini həyata keçirmək

· Tədiyyə balansını tənzimləmək

Pul-kredit siyasətinin əsas ideyası iqtisadiyyatda tam məşğulluğu təmin etmək və inflyasiya olmayan bir səviyyəyə çatmağa kömək etməkdir. Pul-kredit siyasəti əsasən iqtisadiyyatı stabilləşdirmək üçün istifadə edilən pul təklifindəki dəyişikliklərdən ibarətdir. Pul-kredit siyasəti iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya kreditin stimullaşdırılmasına və pul emissiyasına(kredit ekspansiyası),ya da kredit verilməsinin məhdudlaşdırılmasına (kredit restriksiyasına) yönəldilir. Böhran dövründə Mərkəzi Bank kredit verilməsinin artırılması və faiz normasının azaldılması ilə konyukturanı canlandırmağa çalışır. Əksinə, yüksəliş dövründə isə qiymətlər qalxdığına və iqtisadiyyatda dispriporsiyalar artdığına görə Mərkəzi Bank kreditin verilməsini azaldır.

Pul-kredit siyasətinin əsas vəzifələrinə aşağıdakılar aiddir:

1)İqtisadi konyukturanıtənzimləmək və infilyasiya ilə mübarizə aparmaq.

2)Milli valyutanın məzənnəsini aparıcı dövlətlərin dönərli valyutalarına nisbətən tənzimləmək.

3)Ölkənin müsbət tədiyə balansına nail olmaq.

Dövlət tərəfindən həyata keçirilən pul-kredit siyasətini reallaşdırmaq üçün onun aşağıdakı istiqamətlərini seçirlər:

1)Dövriyyədə olan pul kütləsini tənzimləmək və infilyasiyanın səviyyəsini müəyyən etmək.

2)Dövlət üçün vacib sayıla bilən iqtisadi sabitliyə nailolmada pul-kredit siyasətinin müəyyən vaxt üçün zəruri olan metodlarının seçilməsi və tətbiqi.

3)Dövlətin cari və gələcək dövr üçün pul-kredit siyasəti sahəsində strategiyanın müəyyənləşdirmək.

4)Hər il üçün pul-kredit siyasətində tətbiq edilən tədbirlərin istiqamətlərini və müddətini dövlətin idarəedici hakimiyyət orqanları tərəfindən təsdiqləmək.

Pul-kredit siyasəti hər şeydən əvvəl investisiya xərclərinə – bununla da istehsalın və qiymətlərin səviyyəsinə – təsir göstərir. Aşağıdakı qrafik investisiya sahəsindəki dəyişikliklərin istehsala və qiymətlərin səviyyəsinə necə təsir göstərəcəyini əks etdirir.[1]

Diaqram 2.

Bu əyrinin demək olar ki, horizantal –Keynsçilər – hissəsində «ucuz pullar siyasəti» əsasən istehsalın həcminə və məşğulluğa təsir göstərir. Ancaq qiymətlərin ümumi səviyyəsinə təsir göstərmir. Vertikal – Klassiklər – hissədə isə «ucuz pullar siyasəti» yersizdir, çünki o inflyasiya yaradacaq, XMM-un və məşğulluğun səviyyəsi isə çox az artacaq. «Bahalı pullar siyasəti» isə əmək haqqı norması və qiymətlərin səviyyəsinin azalması planında qeyri-elastikdir.

Əgər iqtisadiyyat depressiya vəziyyətindədirsə və əyrinin horizantal – Keyns kəsiyi ilə xarakterizə olunursa, onda «ucuz pullar siyasəti» məcmu tələb əyrisini AD1-dən AD2-yə yönəldəcək. Bu da istehsalın həcminə və məşğulluğa güclü təsir göstərəcək, amma qiymətlərin səviyyəsinə heç cür təsir göstərməyəcək.

Əksinə əgər iqtisadiyyat tam məşğulluq və ya ona yaxın bir vəziyyətdədirsə, onda məcmu tələbin artırılması XMM-un və məşğulluğun səviyyəsinə çox zəif təsir göstərər ya da heç bir təsir göstərməz. Ancaq o qiymətlərin artımını təmin edəcək. Bunu qrafikdə, əyrinin vertikal hissəsində məcmu tələbin AD3-dən AD4-ə keçidində görə bilərik. Qrafikdən görünür ki, burada heç bir «ucuz pullar siyasəti»ndən söz gedə bilməz. Bu siyasət çox yüksək inflyasiya yarada bilər.

Təsəvvür edək ki, iqtisadiyyat işsizlik və qiymətlərin kəskin şəkildə enməsi ilə toqquşub. Bu zaman pul təklifini artırmaq üçün gərək kommersiya banklarının ehtiyat normalarını çoxaltmaq lazımdır. Bu halda pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçirilməlidir:

1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları almalıdır. Bu obliqasiyaların alınması ehtiyat normalarının çoxalmasına səbəb olacaq.

2. Ehtiyat normaları azaldılmalıdır ki, avtomatik olaraq əsas ehtiyatlar əlavə ehtiyatlar sırasına keçsin və pul multiplikatorunun ölçüsü artsın.

3. «Uçot norması» azaldılmalıdır ki, kommersiya banklarında öz ehtiyatlarını çoxaltmaq məqsədilə federal ehtiyat banklarından borc götürməyə maraq oyansın.

Bu siyasətin əsas məqsədi krediti ucuz və asan etməkdir.Bu da birgə xərclərin və məşğulluğun həcmini qaldırır.

İndi isə təsəvvür edək ki, iqtisadiyyatda inflyasiya hökm sürür. Dövlət gərək pul təklifini azaltsın. Bunun üçün bankların ehtiyat normalarını azaltmaq lazımdır. Ona görə də pul-kredit siyasəti aşağıdakı qaydada həyata keçirilməlidir:

1. Federal ehtiyat bankları açıq bazarda qiymətli kağızları satmalıdır ki, ehtiyat normaları azalsın.

2. Ehtiyat normalarının artırılması avtomatik olaraq kommersiya banklarını əlavə ehtiyatlardan azad edir və pul multiplikatorunun ölçüsünü azaldır.

3. «Uçot normasının artırılması bankların federal bankdan borc götürməyə olan marağını azaldır.

Bu siyasətin əsas məqsədi inflyasiyanı dayandırmaq və xərcləri azaltmaq üçün pul təklifini məhdudlaşdırmaqdır.

Ümumiyyətlə pul-kredit siyasətini iki qrupa ayırmaq olar:

Ø Sərt pul-kredit siyasəti

1. qiymətli kağızların alınması

2. aşağı faiz dərəcəsi

3. aşağı məcburi ehtiyyat norması

Ø Yumşaq pul-kredit siyasəti

1. qiymətli kağızların satılması

2. yuxarı faiz dərəcəsi

3. yuxarı məcburi ehtiyyat normaları

Pul-kredit siyasətini adətən ölkənin mərkəzi bankı həyata keçirir.Məsələn, ABŞ da Federal Ehtiyat Bankları, B.Britaniyada İngiltərə bankı, Almanyada Almaniya Federal Bankı,Azərbaycanda isə Milli Bank.

ABŞ-da pul siyasətini Federal ehtiyat sistemi ilə pul dövriyyəsinə nəzarət edən orqan birlikdə həyata keçirir. Bu orqan ölkədəki bütün kredit təşkilatlarının fəaliyyətinə nəzarət edir. Bu orqanlarla yanaşı ayrı-ayrı ştatların bank departamentləri və depozit sığortasının federal şirkəti də fəaliyyət göstərir.

B.Britaniyada mərkəzi bank olan İngiltərə bankı ilə yanaşı ixtisaslaşmış kredit idarələri olan diskont evləri fəaliyyət göstərir. Diskont evlərinə İngiltərə bankı ilə kredit institutları arasında vasitəçi rolunu oynayan 8 institut aiddir. Yalnız bu institutlar Mərkəzi Bankda təkrar maliyyələşməni həyata keçirə bilər. Bu ölkədə digər kredit institutları Mərkəzi bankda təkrar maliyyələşmə ilə məşğul ola bilməz.

Almaniyada Federal bank milli kredit sistemi ilə əlaqəni özünün filial şəbəkəsi ilə yanaşı, böyük banklar vasitəsilə həyata keçirir. Bu ölkədə Federal bankın filiallarının əsas vəzifəsi kommersiya banklarının minimum ehtiyat normalarına nəzarət etmək, ərazidə yerləşən kredit institutlarının nəğd vəsaitlə təmin edilməsi və milli krilinq mərkəzləri funksiyasının icrasıdır. Bu filiallar Mərkəzi bankla kredit institutları arasında vasitəçi rolunu oynayır.

Azərbaycanda pul-kredit siyasətini Mərkəzi bank olan Milli bank həyata keçirdir. Milli bank öz siaysətini ərazi-zona idarələri(sayı 10 dur), kammersiya bankları və ixtisaslaşdırılmış maliyyə-kredit qurumları vasitəsilə həyata keçirdir. “Milli Bankı haqqında” Azərbaycan Respublikasının qanunu ilə tənzimlənir. Bu qanunun 5-ci fəsli(maddə 28-35) “Pul siyasəti” adlanır və tamamilə pul-kredit siyasətinə həsr edilib.

Maddə 28.Pul siyasəti

1. Milli Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır.

2. Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən Milli Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini, Milli Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir.

Pul-kredit siyasətini həyata keçirtmək üçün pul-kredit siyasətinin alətlərindən istifadə olunur. Bu alətlər müxtəlif ölkələr üçün müxtəlif sayda ola bilər. Bu alətləri Azərbaycan Respublikası timsalında izah edək. Bu alətlər Milli Bankı haqqında” Azərbaycan Respublikasının qanununun 29-cu maddəsində göstərilmişdir.

Maddə 29.Pul siyasətinin alətləri

1. Pul siyasəti aşağıdakı alətlər vasitəsilə həyata keçirilir:

1. açıq bazarda əməliyyatların aparılması;

2. faiz dərəcələrinin müəyyənləşdirilməsi;

3. kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi;

4. kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;

5. depozit əməliyyatlarının aparılması;

6. bank əməliyyatlarının məhdudlaşdırılması;

7. beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri.

2. Milli Bank bu Qanunla müəyyən edilmiş məqsəd və funksiyalarına uyğun olaraq bu Qanunun 29.1-ci maddəsində göstərilənlərdən özünün məqbul hesab etdiyi alətləri tətbiq edir.

1. Açıq bazarda əməliyyatların aparılması

Bu metodun işləmə mexanizmi odur ki, Mərkəzi bank dövlətin qiymətli kağızlarını, bankların kredit öhdəliklərini alıb-satmaqla məşğul olur. Bu qiymətli kağızlara aşağıdakılar aiddir: xəzinə vekselləri, faizsiz xəzinə öhdəlikləri, dövlət istiqrazları, sənaye istiqrazları, birinci dərəcəli qısamüddətli qiymətli kağızlar.Bazar iqtisadiyyatı ölkələrində dövlət iqtisadiyyata birbaşa deyil, dolayı təsir etmək istədiyindən bu metoda daha çox can atırlar.

İqtisadiyyatın canlanması üçün Mərkəzi bank qiymətli kağızlara olan tələbi artırır. O, ya kursu müəyyənləşdirir və qiymətli kağızları istənilən təklif olunan həcmdə alır, ya da eyni tipli qiymətli kağızların müəyyən bir hissəsini təklifin məzənnəsindən asılı olamayaraq əldə edir. Yəni tədavüldə pul azlıq təşkil edərsə, Milli bank dövlət istiqrazlarını almaqla tədavül əlavə pul buraxır. Əgər tədavüldə pul artıqlıq təşkil edərsə, Milli bank dövlət istiqrazlarını satmaqla tədavüldəki artıq pulu yığır. Bunu 2 yolla edir. Ya məzənnəni müəyyənləşdirməyə nail olduqdan sonra istədiyi qədər qiymətli kağız təklif etməklə, ya da əlavə olaraq müəyyən miqdarda qiymətli kağız təklif etməklə.

Bu metod dövlətin uçot siyasətinin səmərəliliyini artırmaq üçün tətbiq edilir. Açıq bazar siyasətinin əsas xüsusiyyəti ondan ibarətdir ki, Mərkəzi bank dövlətin qiymətli kağızlarının alınıb-satılmasını bazar kursu ilə deyil, əvvəlcədən müəyyən olunmuş kursla həyata keçirir. Faiz dərəcələri isə onların müddətliliyindən asılı olaraq, mərkəzi bank tərəfindən diferensiallaşdırılmış şəkildə müəyyən edilir. Bu zaman Mərkəzi bankın pul bazarına və kapital bazarına təsiri ondan ibarətdir ki, o açıq bazarda faiz dəyışməklə kredit institutları üçün dövlətin qiymətli kağızlarını alıb-satmasına müsbət şərait yaradır və onların likvidliyinin artırılmasına təsir edir. Açıq bazarda əməliyyatlar bir tərəfdən Mərkəzi bankla, digər tərəfdən kredit təşkilatları arasında həyata keçirilir və bu əməliyyatlar diskont siyasətini nisbətən qısamüddətli konyuktur dəyişikliklərinə daha çıx adaptasiya olunur. Ümumiyyətlə, bu metod daha çıx büdcə defisitinin artdığı şəraitdə tətbiq olunur.

Azərbaycanda açıq bazar siyasəti “Milli bank haqqında” Azərbaycan Respublikası qanunun 30-cu maddəsilə tənzimlənir:

Maddə 30.Açıq bazarda əməliyyatlar

1. Milli Bank açıq bazarda aşağıdakı əməliyyatları apara bilər:

1. bu Qanunun 16-ci maddəsinin tələblərini nəzərə almaqla dövlətin buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;

2. özünün buraxdığı qiymətli kağızlarla alqı-satqı və digər əməliyyatlar;

3. xarici valyuta ilə alqı-satqı və digər əməliyyatlar.

2. Pul siyasətinin həyata keçirilməsi məqsədi ilə buraxılan Milli Bankın borc qiymətli kağızlarının buraxılışı və dövriyyəsi qaydaları qanunvericiliklə müəyyən edilir.

Faiz dərəcələrinin müəyyənləşdirilməsi

Bu metoda diskont və ya yenidən maliyyələşdirmə siyasəti də deyilir. Milli kommersiya banklarının yenidən maliyyələşdirmə şərtlərinin dəyişdirilməsi, valyuta məzənnəsinin və tədiyyə balansının tənzimlənməsi məqsədilə bu metoddan istifadə edilir. Mərkəzi bank kommersiya və dpvlət banklarına kredit verir və bu kreditə görə sabit faiaz tələb edir. Uçot dərəcəsi birbaşa olaraq həm milli valyutanın məzənəsinə, həm də kommersiya və dövlət bankları tərəfindən kredit bazarında təyin edilən kreditə görə faizə təsir edir. Bu yolla dövlət kreditorların sayına, alınan kreditlərin məbləğinə və s. dolayı təsir edir. Uçot dərəcələrinin artırılması iqtisadi fəallığın azalmasına səbəb olur və adətən inflyasiyaya nəzarət edilməsi üçün həyata keçirilir. Bu zaman pul bazarında kredit və depozitlər üzrə dərəcələrin yüksəlməsi qiymətli kağızlar təkilfinin yüksəlməsinə, tələbin aşağı düşməsinə səbəb olur. Uçot dərəcələrinin azaldılması isə iqtisadi fəallığı stimullaşdırmaqla, iqtisadi inkişafa səbəb olur. Bu zaman Kommersiya banklarının kredit potensialı yüksəlir, verdikləri kreditlərə görə faizlər aşağı düşür. Ümumiyyətlə, uçot dərəcəsindən asılı olaraq, pul kredit siyasətini 2 yerə bölmək olar: Ucuz və baha. Bunu daha yaxşı başa düşmək üçün Keynsin pul kredit sisteminin şərhindən istifadə edək.

«Ucuz pullar» siyasəti

«Baha pullar» siyasəti

Problem: işsizlik və depressiya

Problem: inflyasiya

FES obliqasiyaları alır, ehtiyat və uçot normasını aşağı salır.

FES obliqasiyaları satır, ehtiyat və uçot normasını çoxaldır..

Pul təklifi çoxalır.

Pul təklifi azalır.

Faiz tarifi çoxalır.

Faiz tarifi azalır.

İnvestisiya xərcləri çoxalır.

İnvestisiya xərcləri azalır.

Real XMM artır.

İnflyasiya azalır.

Cədvəl 2.

Azərbaycanda diskont siyasəti “Milli bank haqqında” Azərbaycan Respublikası qanunun 31-cu maddəsilə tənzimlənir:

Maddə 31.Faiz dərəcələrinin müəyyənləşdirilməsi

1. Milli Bank uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini müəyyənləşdirir.

2. Milli Bank uçot dərəcəsini müəyyənləşdirərkən ölkədəki mövcud makroiqtisadi durumu və maliyyə bazarının vəziyyətini nəzərə alır.

3. Milli Bank öz əməliyyatları üzrə faiz dərəcələrini pul bazarının likvidlik vəziyyətini nəzərə alaraq özünün açıq bazar, yenidənmaliyyələşdirilmə və depozit əməliyyatları üzrə faiz dərəcələrini təsbit etməklə və ya hərraclarda tələb və təklif əsasında müəyyənləşdirir.

4. Milli Bank müəyyən etdiyi uçot dərəcəsini və öz əməliyyatları üzrə faiz dərəcələrini dərc etdirir.

Məcburi ehtiyat normaları

Kommersiya bankları Mərkəzi bankda minimum ehtiyat saxlamaq məcburiyyətindədir. Bu metod vasitəsiylə, Mərkəzi bank kommersiya banklarının kredit vermə imkanları azaldır, banklar arasında sağlam rəqabəti təmin edir, bankların likvidliyini sığortalayır, müştərilərin əmanətlərinə zəmanət verir, bankların vəsaitlərinə nəzarət edir. Bu zaman saxlanılan vəsaitə görə Milli banka nə vəsait ödənmir, nə də banklardan vəsait alınmır.

Məcburi ehtiyatlar siyasətindən istifadədə müxtəlif ölkələrdə müxtəlif xüsusiyyətlər müşahidə olunur. Almanyada Mərkəzi bank kredit institutlarından faizsiz minimum ehtiyatlar tələb etmək ixtiyarına malikdir. Faizsiz ehtiyatları Mərkəzi bankda saxlamaqla əlaqədar zərərin əvəzi olaraq kommersiya banklarında bəzi imtiyazlar verilir. Hollandiyada isə kredit təşkilatlarının kassadakı nəğd ehtiyatlarının həddi Mərkəzi bank və kommersiya banklarının razılaşması ilə müəyyən edilir.

Azərbaycanda məcburi ehtiyatlar siyasəti “Milli bank haqqında” Azərbaycan Respublikası qanunun 32-cu maddəsilə tənzimlənir:

Maddə 32.Məcburi ehtiyatların müəyyənləşdirilməsi

1. Milli Bank kredit təşkilatlarına məcburi ehtiyatlar saxlamaq barədə göstəriş verə bilər. Ehtiyatlar depozitlərin faizi nisbətində müəyyən edilir və Milli Bankda saxlanılır. Tələb olunan ehtiyatların norması, hesablanması və saxlanması qaydası Milli Bankın İdarə Heyəti tərəfindən müəyyən edilir.

2. Məcburi ehtiyatlar təmin edilmədikdə Milli Bank ehtiyatı təmin etməyən kredit təşkilatına və onun inzibatçılarına qarşı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati tənbeh tədbirlərini tətbiq edə bilər.

Milli valyutanın məzənnəsinin təyini və tənzimlənməsi

Valyuta tənzimlənməsi geniş anlayış olub, milli valyutanın əsas xarici valyutalarla nisbətini, xarici valyutanın ölkə daxilində dövriyyəsinin beynəlxalq hesablaşmaları, valyutada məcburi olan ödəmələr sistemini və s.-ni əks etdirir. Hər milli valyuta digər valyutalara nisbətən pul dəyərinə malikdir ki, buna valyuta kursunun (məzənnəsinin) təyin edilməsi, ticarət əməliyyatları həyata keçirmək üçün, dünya bazar qiymətləri ilə daxili milli bazar qiymətlərini müqayisə etmək üçün, müəssisə və və təşkilatıların hesablarının xarici valyutada yenidən qiymətləndirilməsi üçün vacib sayılır. Bazar iqtisadiyyatında dövlət tərəfindən həyata keçirilən belə tənzimləmələr valyuta siyasətində əks olunur. Valyuta siyasətinin 2 forması mövcuddur:

1)Sturuktur valyuta siyasəti – Dünya valyuta sistemində sturuktur dəyişikliklərin həyata keçirilməsinə yönəldilən uzunmüddətli tədbirlər məcmusudur. O, valyuta islahatları formasında reallaşdırılır.

2)Cari valyuta siyasəti – Bu, operativ olaraq valyuta məzənnəsinin tənzimlənməsinə, gündəlik valyuta əməliyyatlarının, valyuta bazarının və qızıl bazarının tənzimlənməsinə yönəldilən qısamüddətli tədbirlər məcmusudur.

Valyuta siyasətinin aşağıdakı metodları var:

1)Diskont valyuta siyasəti.

2)Deviz valyuta siyasəti metodları.

Diskont valyuta siyasəti metodu Mərkəzi bankın təyin etdiyi uçot dərəcəsini milli valyutanın məzənnəsinə təsirini əks etdirir. Yəni dərəcə yüksək olduqda milli valyutaya tələb artır və milli valyutanın dəyəri xarici ölkələrin valyutalarına artır və əksinə, yəni dövlət uçot dərəcəsinin köməyilə ölkəyə kapital axınını tənzimləyir. Bununlada tədiyə balansının vəziyyətinin və milli valyuta kursunun (yaxşılaşmasına) yüksəlməsinə səbəb olur.

Deviz valyuta siyasəti milli valyuta məzənnəsinə dövlət orqanlarının xarici valyuta alıb-satması yolu ilə təsiri metodudur. Milli valyutanın məzənnəsini artırmaq məqsədilə mərkəzi bank xarici valyutanı satır və əksinə milli valyutanın məzənnəsini azaltmaq məqsədilə xarici valyutanı alır.

Bank əməliyyatlarının məhdudlaşdırılması

Azərbaycanda bank əməliyyatlarinin məhdudlaşdirilmasi “Milli bank haqqında” Azərbaycan Respublikası qanunun 35-cu maddəsilə tənzimlənir:

Maddə 35.Bank əməliyyatlarının məhdudlaşdırılması
Pul siyasətinin həyata keçirilməsi məqsədilə istisna hallarda qanunvericiliyə müvafiq olaraq Milli Bank kredit təşkilatları tərəfindən aparılan ayrı-ayrı əməliyyatları müvəqqəti məhdudlaşdıra, o cümlədən onların əməliyyatları üzrə faiz dərəcələrinin aşağı və yuxarı hədlərini müəyyənləşdirə bilər.

Mərkəzləşmiş kreditlərin verilməsi

Dövlət iqtisadiyyatda müəyyən sturuktur dəyişiklikləri aparmaq üçün və bəzi sahələri inkişaf etdirmək üçün mərkəzləşdirilmiş şəkildə aşağı faizli, uzunmüddətli və yaxud digər güzəştli şərtlərlə kreditlər verirlər. Verilən kreditlər yalnız verilən idarənin, təşkilatın, müəssisənin və s.-nin baş idarəsinə verilir. Çox vaxt belə kreditlər ipoteka ilə müşayət olunur.

Mərkəzıəşdirilmiş kreditlər üzrə faiz dərəcələrini Milli bank müəyyən edir. Eyni zamanda Milli bank kredit əməliyyatları üzrə faiz dərəcələrini müəyyən etmədən də kredit verə bilər. Bankın faiz siyasətində məqsəd bazarda formalaşan faiz dərəcələrinə təsir etməklə manatı müəyyənləşdirməkdir. Milli bankın mərkəzləşdirilmiş kredit resursları üzrə faiz dərəcələri kredit hərraclarında müəyyənləşdirilir.

Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi

Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi “Milli bank haqqında” Azərbaycan Respublikası qanunun 33-cu maddəsilə tənzimlənir:

Maddə 33.Kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi

1. Pul siyasətinin həyata keçirilməsi məqsədilə Milli Bank tərəfindən kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi həyata keçirilir. Bu zaman verilən kreditlər dövlət qiymətli kağızları, dövlətin və digər etibarlı emitentlərin qarantiyaları və zaminliyi, xarici valyuta, qızıl, müxtəlif formada qiymətli metallar və digər aktivlərlə təmin olunmalıdır. Belə kreditlər 6 aydan çox olmayan müddətə verilir və həmin müddətə uzadıla bilər.

2. Yenidən maliyyələşdirilmənin forma, qayda və şərtlərini Milli Bankın İdarə Heyəti müəyyən edir.

3. Kreditlər yalnız milli valyutada (manatla) kredit təşkilatlarının baş idarələrinə verilir.

Depozit əməliyyatları

Depozit əməliyyatları “Milli bank haqqında” Azərbaycan Respublikası qanunun 34-cu maddəsilə tənzimlənir:

Maddə 34.Depozit əməliyyatları
Milli Bank özünün müəyyən etdiyi şərtlərlə və qarşılıqlı razılaşma əsasında kredit təşkilatlarından depozitlər cəlb edə bilər.

3.Azərbaycanda pul-kredit siyasəti

Azərbaycan SSRİ-nin tərkibindən ayrılıb müstəqil olduqdan sonra artıq özünün tənzimləmə metodlarını hazırlamalı idi. Lakin həmin dövrdə aparılan kortəbii tənzimləmə nəticəsində Azərbaycanda böhranın dərinləşməsinə, inflyasiya və işsizliyin səviyyəsinin artmasına gətirib çıxartmışdır. Ona görə də Azərbaycanda aparılan makro iqtisadi siyasətin qarşısında duran əsas problemlər əsasən inflyasiyanın azaldılması, büdcə kəsrinin ləğv edilməsi, vergiqoyma sisteminin yenidən işlənməsi, məşğulluğun yüksək səviyyəsinin əldə edilməsi, Milli Bankın dünyanın inkişaf etmiş ölkələrinin Mərkəzi bankları səviyyəsinə çatdırılması kimi məsələlərdir.

Ölkəmizin iqtisadiyyatının tənzimlənməsində pul-kredit siyasətinin həyata keçirilməsi vasitəsi kimi mühüm rol oynayır. Pul-kredit siyasətinin başlıca istiqamətləri “Milli bank haqqında” Azərbaycan Respublikası qanunun 28-ci maddəsilə tənzimlənir və aşağıdakılardır.

1. Milli Bank qarşıdakı il üçün dövlətin pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq Azərbaycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi informasiya vasitələrində ictimaiyyətə açıqlayır. .

2. Pul-kredit siyasətinin başlıca istiqamətlərində Azərbaycan Respublikasının maktoiqtisadi və makromaliyyə vəziyyəti təhlil edilir, pul-kredit siyasətinin və bank sisteminin inkişafının əsas istiqamətləri əks etdirilir. Pul-kredit siyasətinin başlıca istiqamətlərində inflyasiyanın səviyyəsinin azaldılması və manatın xarici dönərli valyutalara nisbətən məzənnəsinin möhkəmləndirilməsi kimi əsas vəzifələrin yerinə yetirilməsi üçün aşağıdakılar nəzərdə tutulur.

· Qarşıdakı il üçün pul-kredit siyasətinin məqsəd və vəzifələrinin, bunlara nail olmaq yollarının müəyyənləşdirilməsi

· İnflyasiyanın proqnozlaşdırılan səviyyəsinə nail olmaq üçün pul kütləsi həcminin və strukturunun tənzimlənməsi

· Daxili aktivlərin və ehtiyat pulun maksimum və xarici ehtiyatların minimum səviyyəsinin təmin olunması tədbirləri

· Ölkənin tədiyə qabiliyyətinin sabitliyi və valyuta bazarının tənzimlənməsi üçün valyuta ehtiyatlarının zəruri səviyyəsinin müəyyənləşdirilməsi

· Həyata keçirilən pul-kredit siyasətinə uyğun olaraq bank işinin təkminləşdirilməsi tədbirləri

3. Pul-kredit siyasətinin başlıca istiqamətlərində onun həyata keçirilməsi vasitələri əsaslanmalıdır.

4. Pul siyasətinin əsas istiqamətlərini açıqlayarkən Milli Bank cari ildə həyata keçirilən pul siyasətinin yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və vəzifələrini, Milli Bankdan asılı olan və asılı olmayan amilləri də əks etdirməklə onların həyata keçirilməsi yollarını göstərir.

Respublikamızın iqtisadiyyatının tənzimlənməsində pul-kredit siyasəti mühüm əhəmiyyət kəsb edir və onun həyata küçirilməsi metodları aşağıdakılardan ibarətdir.

1. Mərkəzləşdirilmiş kredit əməliyyatları üzrə faiz dərəcələrinin müəyyənləşdirilməsi.

2. Məcburi ehtiyat normalarının müəyyənləşdirilməsi.

3. Sərbəst bazarda qiymətli kağızlarla bank əməliyyatlarının aparılması.

4. Kredit təşkilatlarına mərkəzləşdirilmiş kreditlərin verilməsi.

5. Valyuta müdaxiləsi və mübadilə məzənnələri siyasətinin həyata keçirilməsi.

6. Bank əməliyyatlarının məhdudlaşdırılması.

1994-cü ilin II yarısından etibarən Milli Bank tərəfindən yürüdülən pul-kredit siyasətində əyişikliklər edildi. Bu vaxta qədər aparılan pul-kredit siyasəti çoxrəqəmli inflyasiyaya səbəb olmuşdur. Bu vaxtdan yeni siyasət yeridilənə qədər faiz dərəcəsi monetar siyasətdə və maliyyə resurslarının bölüşdürülməsində xüsusi rola mail olmuşdur. Həmin il inflyasiyanın 1880% olduğu bir şəraitdə kredit faizi 50-100% olmuşdur. Bunda sonra 1994-cü ilin iyul ayında mərkəzləşmiş kredit resurslarına görə faiz dərəcəsi 100%-dən 150%-ə, Dekabrda 200%-ə, 1995-ci ilin yanvarında 250%-ə qaldırıldı. Faiz dərəcəsinin dinamikasını aşağıdakı qrafikdə görmək olar:

Diaqram 3.

2006-cı il ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı, qəbul edilmiş sosial-iqtisadi proqramların müvəffəqiyyətli icrası, qlobal iqtisadi sistemə fəal şəkildə inteqrasiya prosesləri pul-kredit və məzənnə siyasətinin adekvatlığının yüksəldilməsini, bank-maliyyə sektorunda aparılan islahatların daha da sürətləndirilməsini zəruri etmişdir. Azərbaycan Respublikası Milli Bankı tərəfindən ölkəmizdə makroiqtisadi sabitliyin təmin edilməsinə, iqtisadi tərəqqinin təminatına, işsizliyin azaldılmasına, inflyasiyanın məqbul səviyyədə saxlanılmasına, yönəlmiş pul-kredit siyasəti yeridilmişdir. Ümumiyyətlə, Azərbaycanda pul-kredit siyasətinin əsasını inflyasiyanın idarə olunması təşkil edir. Bu isə ölkədə iqtisadi inkişaf proseslərinin sürətlənməsinə, sosial-iqtisadi durumun, daha da yaxşılaşmasına, yerli istehsalçıların mənafelərinin qorunmasına imkan verməkdədir. Aralıq məqsədlər isə M-2 pul aqreqatlarının tənzimlənməsi və valyuta məzənnəsinin tənzimlənməsidir. 2006-cı ildə inflyasiya 8.3% təşkil etmişdir. İnflyasiyanın 77.2%-i monetar, 22.8%-i qeyri-monetar faktorların payına düşür. Müqayisə üçün, 2005-ci ildə monetar faktorların inflyasiyadakı payı 36.5% olmuşdur. Monetar faktorların payının artması pula fiskal tələbin əhəmiyyətli genişlənməsi hesabına baş vermişdir.

Milli Bank ölkənin pul-kredit sisteminin təaliyyətinin tənzimlənməsində açıq bazar əməliyyatları, yenidən maliyyələşdirmə əməliyyatları, lombard və overnayt kreditləşməsi, mərkəzləşdirilmiş kreditlərin verilməsi, məcburi ehtiyat normalarının səviyyəsinə nəzarət kimi alətlərdən istifadə edir. 2006-cı ildə açıq bazar əməliyyatları digər alətlərlə müqayisədə prioritet xarakter almışdır. Pul kütləsinin inflyasyon potensiala malik hissəsini sterilizasiya etmək üçün Milli Bank özünün qısamüddətli notlarından istifadəni davam etdirmişdir. Bu dövrdə notların yerləşdirilməsi üzrə Milli Bank tərəfindən 53 auksion keçirilmişdir. Emissiyanın ümumi həcmi 1097,9 mln. AZN, yerləşdirilmiş notların həcmi isə 830,3 mln. AZN təşkil etmişdir. Milli Bankın qısamüddətli notları üzrə orta ölçülmüş gəlirlilik artaraq, dövrün əvvəlində keçirilmiş ilk auksiondakı 11,29%-dən sonuncu auksionda 14,17%-dək yüksəlmişdir. Hesabat dövrünün sonuna dövriyyədə olan notların həcmi 112,6 mln. AZN təşkil etmişdir. Notlar üzrə təkrar bazarın həcmi 126,2 mln. AZN təşkil etmişdir.

Bankların qısamüddətli likvidliyini tənzimləmək məqsədilə il ərzində aparılmış REPO əməliyyatlarının (1, 3 və 7 günlük) həcmi 50,2 mln. AZN təşkil etmişdir. 1 günlük REPO əməliyyatları üzrə orta faiz dərəcəsi 4%, 3 günlük əməliyyatlar üzrə 7%, 7 günlük əməliyyatlar üzrə isə 8% təşkil etmişdir. Hesabat dövrü ərzində əks- REPO əməliyyatlarının (1 günlük) həcmi 42,5 mln. AZN təşkil etmişdir.Əks-REPO əməliyyatları üzrə orta faiz dərəcəsi isə 13%-16% səviyyəsində olmuşdur.

2006-cı ildə uçot dərəcəsi 1 dəfə dəyişdirilmiş, iyul ayının 3-də 9%-dən 9.5%-ə yüksəldilmişdir. Uçot kifayət qədər təsirli olmasa da, onun dəyişdirilməsi inflyasiya gözləmələrinin müəyyən qədər azalmasına imkan vermişdir. Pul kütləsinin əsasən xarici faktorların təsiri nəticəsində əhəmiyyətli genişlənməsi şəraitində Milli Bank yenidənmaliyyələşdirmə əməliyyatlarını pul proqramında nəzərdə tutulandan az həcmdə həyata keçirmişdir. Milli Bank effektiv və adekvat pul siyasəti yeritmək üçün yeni kreditləşdirmə alətlərinin tətbiqinin genişləndirilməsini davam etdirmişdır. Belə alətlərə misal olaraq lombard və overnayt kreditləəməsi mexanizmlərini göstərmək olar. Dövr ərzində 1,7 mln. AZN məbləgində lombard krediti verilmişdir.Milli Bankın likvidliyin idarə edilməsi üzrə əməliyyatlarının həcmi və faiz dərəcələrini aşağıdakı cədvəldə görmək olar:

CƏDVƏL 3.

Milli Bankın Idarə Heyəti 2006-cı ilin fevralından etibarən müddəti 1 ildən artıq olan depozitlərin məcburi ehtiyata cəlb olunması praktikasının bərpası barədə qərar qəbul etmişdir. 2003-cü ildən etibarən müddəti 1 ildən artıq olan depozitlər üzrə məcburi ehtiyatların 0% səviyyəsində müəyyən edilirdi. Burada əsas məqsəd iqtisadiyyata uzunmüddətli kredit qoyuluşlarının maliyyə mənbələrinin genişləndiriılməsindən ibarət olmuşdu. Ötən 2 ilin təhlilləri göstərmişdir ki, bu qaydanın tətbiqi uzunmüddətli kreditlərin artımına müəyyən təkan vermişdir. Lakin, son vaxtlar yığıma meyllilik əmsalının əhəmiyyətli yüksəlməsi, eləcə də digər alternativ maliyyə mənbələrinin genişlənməsi şəraitində məcburi ehtiyat normasından azadolmalar hesabına uzunmüddətli kredit qoyuluşlarının artım tempi azalmağa başlamışdır. Bundan başqa ölkədə iqtisadi artımın əhəmiyyətli sürətlənməsi, xüsusilə neft gəlirlərinin sıçrayışlı artımı və bu gəlirlərin geniş istifadəsi iqtisadiyyatda uzunmüddətli maliyyə mənbələrinin daha da genişlənməsinə gətirib çıxaracaqdır. Məhz bu amilləri nəzərə alaraq Milli Bank məcburi ehtiyat normalarına dair qərar qəbul etmiş və bu qərar özünü tamamilə doğrultmuşdur. Belə ki, son iki ayda uzunmüddətli depozitlərin yenidən məcburi ehtiyat normalarına cəlb olunması ciddi sterilizasiya effekti vermişdir.

Yuxarıda qeyd etdiyimiz kimi, pul-kredit siyasətinin alətlərindən biri də valyuta məzənnəsinin tənzimlənməsidir.Milli Bank valyuta bazarında tələb və təklifi tənzimləmək yolu ilə manatın məzənnəsinə təsir etmişdir.2006-cı ildə Milli Bank üzən-tənzimlənən valyuta kursunun tətbiqini davam etdirmişdir. Bunu obyektiv əsası kimi üzən-tənzimlənən valyuta kursunun tətbiqinin ölkəmizin xarici bazarlarda baş verən iqtisadi böhranlardan, müxtəlif xammalların qiymətlərinin kəskin artıq-azalmasından yarana biləcək neqativ təsirlərinə qarşı güclü sığortalanma vasitəsi kimi çıxış etməsini göstərmək olar. Bundan əlavə üzən-tənzimlənən valyuta kursu mexanizmi Milli Bank üçün ölkə iqtisadiyyatının pulla təminatı ilə yanaşı, əhəmiyyətli maliyyə kanalı rolunu oynayır. Bu baxıman da valyuta kursu siyasətinin əsas vəzifəsi manatın məzənnəsinin kəskin, iqtisaditarazlığı pozan tərəddüdlərinin qarşısının alınması, ölkənin qızıl-valyuta ehtiyatlarının tələb edilən səviyyədə saxlanılmasından ibarətdir. İl ərzində Milli Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olmuş və 1002.2 mln. $ təşkil etmişdir. Məhz Milli Bankın valyuta bazarına aktiv alışyönlü müdaxilələri manatın məzənnəsinin kəskin möhkəmlənməsinin qarşısını almışdır. Milli Bankın sərəncamında olan valyuta ehtiyatlarının həcmi 2006-cı ilin sonuna ilin əvvəli ilə müqayisədə (961,71 mln. ABŞ dolları) 2 dəfə və ya 1005.6 mln. ABŞ dolları artaraq 1967,3 mln. ABŞ dollarına catmışdır. 2006-cı ildə iqtisadi artımın daha da sürətlənməsi şəraitində pul tələbinin artımı davam etmişdir. Dekabr ayının yekunu üzrə manatla pul bazası ilin əvvəli ilə müqayisədə 2.3 dəfə artmış və 1599.5 mlnə AZN təşkil etmişdir. Geniş mənada manatla pul kütləsi (M-2) isə 2.7 dəfə artaraq 2137.7 mln. AZN-ə çatmışdır. İl ərzində qeyri-neft iqtisadiyyatının pulla təminatı göstəricisi – monetləşmə əmsalı 16% bəndi yüksəlmişdir.

Bank sisteminin pul yaratmaq qabiliyyətini xarakterizə edən göstəricilərin yaxşılaşması müşahidə edilmişdir. Belə ki, pul multiplikatoru (manatla geniş pul kütləsinin manatla pul bazasına nisbəti) 2006-cı ildə 15.2% artmışdır. Beləliklə, bank sistemi Milli Bankın yaratdığı hər 1 manat pul kütləsi müqabilində 1,3 manat yaratmışdır. Ölkədə bank infrastrukturunun sürətli inkişafı, xüsusən də mütərəqqi ödəniş sistemlərinin tətbiqi, iri və xırda ödənişlər üzrə banklararası elektron hesablaşmalar sisteminin yaradılması, plastik kart dövriyyəsinin genişlənməsi bank sisteminin pul yaratmaq qabiliyyətinin artmasına əlavə stimul verməkdədir.

“Milli Bankı haqqında” Azərbaycan Respublikasının qanununun 29-cu maddəsində göstərildiyi kimi pul-kredit siyasətinin alətlərindən biri də depozit əməliyyatlarıdır. 2006-cı ildə əmanət və depozitlərin həcmi 64.5% 2129.2 mln. AZN-ə çatmışdır. O cümlədən hüquqi şəxslərin depozitləri artaraq 1309.7 mln. AZN təşkil etmişdir. Fiziki şəxslərin əmanətləri 2006-cı ildə 65.7% artmış və 819.5 mlnə AZN təşkil etmişdir.Qeyri-rezident fiziki şəxslərin əmanət qoyuluşları da yüksək templə (57.4%) artmışdır. Əmanətlərin valyutalar üzrə struktur təhlili iqtisadi subyektlərin inamının artdıgını göstərir. Belə ki, 2006-cı ildə 2005-ci illə müqayisədə xarici valyuta ilə əmanətləri 29.7% artdıgı halda, manatla əmanətlər 4.5 dəfə artmışdır. Bu amil pul kütləsinin strukturunu yaxşılaşdırmaqla manatın dövriyyədə rolunun daha da möhkəmlənməsinə əlverişli zəmin yaradı. 2006-cı ildə depozitlər üzrə faiz dərəcələrində yüksəlmə edilmişdir. Belə ki, 2006-cı ilin dekabr ayında manatla depozitlər üzrə dərəcəsi 2005-ci ilin dekabrındakı 8.92%-dən 10.39%-ə, xarici depozitlər üzrə orta faiz dərəcəsi isə 10.19%-dən 11.58%-ə qalxmışdır.

2007-ci ilin axırına verilən proqnozlara görə 2007-ci ildə ölkədə iqtisadi artım tempinin 26%, o cümlədən qeyri-neft sektorunda 9% təşkil edəcəyi gözlənilir. 2006-cı ildə olduğu kimi, məcmu tələbin sürətlə genişlənməsi proqnozlaşdırılır. Daxili investisiyaların 33%, əhalinin gəlirlərinin 25%, orta aylıq əmək haqqının isə 25% artması baş verəcəkdir. 2007-ci ildə dövlət büdcəsi məcmu tələbin genişlənməsində mühüm amil olacaqdır. Büdcə xərclərinin 42% artımı, icmal büdcənin qeyri-neft kəsirinin qeyri-neft Ümumi Daxili Məhsula nisbətinin isə 2006-cı ildəki 33%-dən 2007-ci ildə 37%-dək artması proqnozlaşdırılır. Nəticədə 2007-ci ildə də əmtəə və xidmətlərə tələbin artım tempi əmtəə və xidmətlərin təklifinin artım tempini üstələyəcəkdir. Proqnozlara görə 2007-ci ildə əsasən neft sektorunun ixracının artması ilə bağlı tədiyə balansının cari hesabı üzrə profisitin 2.3 dəfə böyüyərək 9 mlrd. $-a çatması proqnozlaşdırılır. Bütün bunlar ölkədə pul kütləsinin artımı deməkdir. Deməli, ölkədə inflyasiyanın artmaması üçün səmərəli pul-kredit siyasəti həyata keçirilməlidir.

2007-ci il üçün də Milli Bankın pul siyasətinin əsas məqsədini baza inflyasiyanın birrəqəmli (8-9%) səviyyədə saxlanması təşkil edir.Bu məqsədin realizasiyası ilə yanaşı Milli Bank həm də qeyri-neft sektorunun strateji rəqabət üstünlüklərinin və ölkədə davamlı maliyyə sabitliyinin qorunması hədəflərini də dəstəkləyəcəkdir. 2007-ci ildə valyuta bazarında proqnozlaşdırılan iri həcmli valyuta təzyiqi şəraitində Milli Bank manatın məzənnəsinə və ölkənin strateji xarici ticarət şəraitinə neqativ təsirini neytrallaşdırmaq üçün valyuta bazarında aktiv sterilizasiya siyasəti həyata keçirəcəkdir. Azərbaycan Respublikası Prezidentinin 31 may 2005-ci il tarixli “Azərbaycan Respublikasında antiinflyasiya tədbirlərinin gücləndirilməsi haqqında” fərmanından irəli gələn vəzifələrin realizasiyası pul siyasəti hədəflərinin həyata keçirilməsində mühüm faktor olacaqdır. Belə ki, ölkədə iqtisadiyyatda maliyyə-fiskal intizamın gücləndirilməsi, əmtəə bazarlarında rəqabət şəraitinin yaxşılaşması, qeyri-neft ticari sektorunun əhəmiyyətli genişlənməsi və maliyyə-kapital bazarlarının inkişafının sürətlənməsi makroiqtisadi sabitliyin qorunub saxlanmasında mühüm amillər olacaqdır.Pul kütləsinin artım tempini məqbul səviyyədə saxlamaq üçün Mili Bank özünün əsas sterilizasiya aləti olan notların həcminin artırılmasını təmin edəcəkdir. Milli Bankın sterilizasiya siyasətinin makroiqtisadi səmərəsinin artırılmasında dövlət qiymətli kagızlar bazarının da genişlənməsi mühüm faktor olacaqdır. Eyni zamanda neft gəlirlərinin artması şəraitində ölkədən kapitalın çıxması rejiminin mərhələlər ilə sərbəstləşdirilməsi də makroiqtisadi sabitliyin qorunmasında mühüm rol oynaya bilər. Milli Bank 2007-ci ildə beynəlxalq standartlara uygun pul siyasətinin formalaşması və realizasiyası mexanizmlərinin təkmilləşdirilməsini diqqətdə saxlayacaqdır. Monetar idarəetmənin təşkilinin səmərəsinin artırılması istiqamətində proqram tədbirlər həyata keçiriləcəkdir. Pul siyasətinin alət arsenalının genişləndirilməsi məqsədilə qeyri-ənənəvi sterilizasiya alətlərinin tətbiqi potensialı və zəruriliyi qiymətləndiriləcəkdir. Pul siyasətinin həyata keçirilməsinin iqtisadi təhlil bazası genişləndiriləcək, makro, mikro və institusional mühitin monitorinqi və risqlərin qiymətləndirilməsi sistemi inkişaf etdiriləcək, əldə olunan nəticələr operativ monetar idaretmədə nəzərə alınacaqdır.

NƏTİCƏ

Bazar iqtisdiyyatlı ölkələrdə iqtisadiyyat özəlləşmə üzərində qurulduğuna baxmayaraq, dövlət iqtisadiyyata müəyyən dərəcədə müdaxilə etməlidir, yəni iqtisadiyyat dövlət tərəfindən tənzimlənməlidir. Bu tənzimlənmə metodlarından biri də gördüyümüz kimi pul-kredit siyasətidir. Bu siyasəti ölkənin Mərkəzi bankı yerinə yetirir. Pul-kredit siyasəti dedikdə, dar mənada Milli bankın iqtisadiyyatdakı pul təklifini tənzimləməsi başa düşülür. Bu siyasətin əsas məqsədi, ölkədəki inflyasiyanı nəzarət altında saxlamaq, işsizliyi aradan qaldırmaq, iqtisadiyyatın vəziyyətindən asılı olaraq ya kreditin stimullaşdırılmasına və pul emissiyasına(kredit ekspansiyası), ya da kredit verilməsinin məhdudlaşdırılmasına(kredit restriksiyasına) yönəldilir. Böhran dövründə Mərkəzi Bank kretit verilməsinin artırılması və faiz normasının azaldılması ilə konyukturanı canlandırmağa çalışır. Əksinə, yüksəliş dövründə isə qiymətlər qalxdığına və iqtisadiyyatda dispriporsiyalar artdığına görə Mərkəzi Bank kreditin verilməsini azaldır.

Amma, pul-kredit siyasəti yalnız makromaliyyə sabitliyi naminə deyil, istehsalın canlandırılması və sağlamlaşdırılmasına və bütövlükdə iqtisadi konyukturanın yaxşılaşdırılmasına kömək etməlidir. Manatın sabitliyinin və inflyasiyanın cilovlanmasını təmin edən sərt pul-kredit siyasəti elə aparılmalıdır ki, bu siyasətin iqtisadiyyata olan mənfi təsirini minimuma endirmək mümkün olsun. Bu gün iqtisadi islahatları uğurla aparmaq üçün sabit manat və inflyasiyanın aşağı olması vacibdir. Buna nail olmaq üçün möhkəm iqtisadiyyata söykənən əsl maliyyə sabitliyi olan mikromaliyyə sabitliyinin yaradılması zəruridir. Bunun üçün pul-kredit siyasəti iqtisadi siyasətin digər blokları ilə əlaqə aparmalı və bütövlükdə iqtisadiyyatın səmərəli fəaliyyət göstərməsinə xidmət etməlidir.

Beləliklə, 2007-ci ildə Milli Bank baza inflyasiyanın təkrəqəmli səviyyədə saxlanmasına və maliyyə sabitliyinin qorunmasına yönəlmiş pul-valyuta siyasət yeridməli,eyni zamanda ölkədə həyata keçirilən sosial-iqtisadi inkişaf proqramlarının realizasiyasına dəstək verməli və makroiqtisadi siyasətin koordinasiyasında fəal iştirak etməlidir.


ƏDƏBİYYAT SİYAHISI

Kitablar və jurnallar:

1. M.M.Bağırov – “Banklar və bank əməliyyatları” Bakı-2003

2. Azərbaycan Dövlət Iqtisad Universitetinin nəşri – “Pul, Kredit və banklar” Bakı-2000

3. A.H.Abbasov – “Azərbaycanda maliyyə bazarının formalaşması və bazar iqtisadiyyatında maliyyə-kredit sisteminin problemləri” Bakı-2003

4. “Economics” – McConnell & Brue

5. “Azərbaycan Respublikasının Milli bankı” Statistik bülleten 12/2006

6. “Maliyyə və Uçot”

7. “İqtisadiyyat və həyat”

8. “İqtisadi elmləri:Nəzəriyyə və Praktika”

9. Azərbaycan Dövlət Statistika Komitəsi ”Azərbaycan rəqəmlərdə” Bakı-2006

10. Azərbaycan Dövlət Statistika Komitəsi “Azərbaycanın statistik göstəriciləri” Bakı-2006

Məqalələr:

1. V.S.Şəfiyev “Kredit siyasətinin məqsədləri və onun bank üçün praktiki əhəmiyyəti” – Maliyə və uçot jurnalı №1/2006

2. R.Ə.Mustafayev “Azərbaycanda pul-kredit bazarının vəziyyəti və onun inkişaf meylləri” – Maliyə və uçot jurnalı №2/2006

3. S.A.Hacıyev “Maliyyə-pul nəzarəti- iqtisadiyyatı idarəetmənin mühüm vasitəsidir” – Maliyə və uçot jurnalı №8/2006

4. A.Ə.Abduləzimov “Müasir maliyyə sisteminin formalaşmasının nəzəri-metodoloji məsələləri” – Maliyə və uçot jurnalı №12/2006

5. F.H Əliyev “Makroiqtisadi tənzimlənmənin maliyyə mexanizminin təklilləşdirilməsinin bəzi məsələləri” İqtisad elmləri: nəzəriyyə və praktika

6. C.T.Musayev “İqtisadiyyatın maliyyə tənzimlənməsində vergi-büdcə siyasəti və onun təsirinin qiymətləndirilməsi” İqtisadiyyat və həyat jurnalı №5/2006

7. H.İ.Həşimov – “Pul-kredit siyasəti və vaxtı keçmiş borclar problemi”

8. R.Əsgərov – “Pul-kredit siyasətinin əsas istiqamətləri”

9. “2006-cı ilin yekunları üzrə pul siyasətinin yerinə yetirilməsi vəziyyəti haqqında” – Milli Bankın hesabatı

10. “Milli bank haqqında” Azərbaycan Respublikasının qanunu

11. “Banklar haqqında” Azərbaycan Respublikasının qanunu

İnternet saytları:

  1. www.azstat.org
  2. www.nba.az
  3. www.kitab.az
  4. http://www.uludil.gen.az/adr/016.php
  5. http://gateway.az/cgi-bin/cl2_gw/browse.cgi?lang=az&topic=000c04
  6. http://www.adb.org/Documents/Translations/Azeri/AZE-final-report.pdf
  7. www.makdis.pamukkale.edu.tr/Mak8.htm
  8. www.canaktan.org/ekonomi/yoksulluk/birinci-bol/aktan-piyasa-basarisiz.pdf
  9. www. en.wikipedia.org/wiki/Monetary_policy
  10. www.frbsf.org/publications/federalreserve/monetary/tools.ht

<!– /* Font Definitions */ @font-face {font-family:”MS Mincho”; panose-1:2 2 6 9 4 2 5 8 3 4; mso-font-alt:”MS 明朝”; mso-font-charset:128; mso-generic-font-family:roman; mso-font-format:other; mso-font-pitch:fixed; mso-font-signature:1 134676480 16 0 131072 0;} @font-face {font-family:”\@MS Mincho”; panose-1:0 0 0 0 0 0 0 0 0 0; mso-font-charset:128; mso-generic-font-family:roman; mso-font-format:other; mso-font-pitch:fixed; mso-font-signature:1 134676480 16 0 131072 0;} /* Style Definitions */ p.MsoNormal, li.MsoNormal, div.MsoNormal {mso-style-parent:””; margin:0in; margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:12.0pt; font-family:”Times New Roman”; mso-fareast-font-family:”MS Mincho”; mso-ansi-language:RU; mso-fareast-language:RU;} @page Section1 {size:8.5in 11.0in; margin:1.0in 1.25in 1.0in 1.25in; mso-header-margin:.5in; mso-footer-margin:.5in; mso-paper-source:0;} div.Section1 {page:Section1;} /* List Definitions */ @list l0 {mso-list-id:103696079; mso-list-type:hybrid; mso-list-template-ids:-562546252 68747279 68747289 68747291 68747279 68747289 68747291 68747279 68747289 68747291;} @list l0:level1 {mso-level-tab-stop:162.65pt; mso-level-number-position:left; margin-left:162.65pt; text-indent:-.25in;} ol {margin-bottom:0in;} ul {margin-bottom:0in;} –>
/* Style Definitions */
table.MsoNormalTable
{mso-style-name:”Обычная таблица”;
mso-tstyle-rowband-size:0;
mso-tstyle-colband-size:0;
mso-style-noshow:yes;
mso-style-parent:””;
mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;
mso-para-margin:0in;
mso-para-margin-bottom:.0001pt;
mso-pagination:widow-orphan;
font-size:10.0pt;
font-family:”Times New Roman”;
mso-ansi-language:#0400;
mso-fareast-language:#0400;
mso-bidi-language:#0400;}

Müasir iqtisadi şəraitdə pul-kredit siyasətinin rolu və əhəmiyyəti

1. Giriş ………………………………………………………………………………………..3

2. Bazar iqtisadiyyatı şəraitində pul və kreditin əhəmiyyəti………………….4

3. Müasir iqtisadiyyatın tənzimlənməsində pul-kredit

siyasətinin rolu və əhəmiyyəti……………………………………………………………9

4. Azərbaycanda pul-kredit siyasəti…………………………………………………..17

5. Nəticə………………………………………………………………………………………..23

6. Ədəbiyyat siyahısı……………………………………………………………………….24

<!– /* Font Definitions */ @font-face {font-family:”MS Mincho”; panose-1:2 2 6 9 4 2 5 8 3 4; mso-font-alt:”MS 明朝”; mso-font-charset:128; mso-generic-font-family:roman; mso-font-format:other; mso-font-pitch:fixed; mso-font-signature:1 134676480 16 0 131072 0;} @font-face {font-family:”\@MS Mincho”; panose-1:0 0 0 0 0 0 0 0 0 0; mso-font-charset:128; mso-generic-font-family:roman; mso-font-format:other; mso-font-pitch:fixed; mso-font-signature:1 134676480 16 0 131072 0;} /* Style Definitions */ p.MsoNormal, li.MsoNormal, div.MsoNormal {mso-style-parent:””; margin:0in; margin-bottom:.0001pt; mso-pagination:widow-orphan; font-size:12.0pt; font-family:”Times New Roman”; mso-fareast-font-family:”MS Mincho”; mso-ansi-language:RU; mso-fareast-language:RU;} @page Section1 {size:8.5in 11.0in; margin:1.0in 1.25in 1.0in 1.25in; mso-header-margin:.5in; mso-footer-margin:.5in; mso-paper-source:0;} div.Section1 {page:Section1;} –>
/* Style Definitions */
table.MsoNormalTable
{mso-style-name:”Обычная таблица”;
mso-tstyle-rowband-size:0;
mso-tstyle-colband-size:0;
mso-style-noshow:yes;
mso-style-parent:””;
mso-padding-alt:0in 5.4pt 0in 5.4pt;
mso-para-margin:0in;
mso-para-margin-bottom:.0001pt;
mso-pagination:widow-orphan;
font-size:10.0pt;
font-family:”Times New Roman”;
mso-ansi-language:#0400;
mso-fareast-language:#0400;
mso-bidi-language:#0400;}
Müəllif:Mahmudov Anar

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: