Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Dunya Banki: Azerbaycan islahatlarin daha feal aparildigi olkelerdendir

Posted by maliyye Yanvar 31, 2008

    

     Azərbaycan Dünya Bankının iqtisadi islahatların daha fəal həyata keçirildiyi ölkələrin reytinqində 12-ci yerdədir. Bu barədə Business Doing-2008 hesabatının müəllifi Simeon Dyankov (Simeon Djankov) bazar ertəsi Bakıda Azərbaycan üzrə hesabatın təqdimatı zamanı bəyan edib.“Hesabatın nəticələri üzrə Azərbaycan fəal şəkildə iqtisadi islahatlar aparan ölkələr arasında 12-ci yerdə qərarlaşıb. İslahatlar sahəsində ilk onluğa Misir, Xorvatiya, Qana, Makedoniya, Gürcüstan, Kolumbiya, Səudiyyə Ərəbistanı, Genuya, Çin və Bolqarıstan daxildir”, – deyə S.Dyankov bildirib.
Onun sözlərinə görə, ümumilikdə Azərbaycan Business Doing-2008 reytinqində 96-cı yerdədir. Hesabatın müəllifləri Azərbaycanda aparılan islahatların respublikanın biznesin təşkili və aparılması vəziyyəti üzrə ən yaxşı 25-yə daxil olmağına imkan verəcəyinə ümid edirlər.
“Reytinqin hazırlanması zamanı Azərbaycanda 2 məqam müsbət sayılıb. Bunlar biznesin qeydiyyata alınma müddətinin 50 gündən 25 günə qədər azaldılması və vergi sistemində yaxşılaşmadır. Biz yaxın 1-2 il ərzində Azərbaycanın biznesin qeydiyyata alınması sistemində yaxşılaşmaya nail olmasını gözləyirik və bu proses 7 gün çəkə bilər. Ölkə hökuməti vergi sistemində mənfəət vergisini 24%-dən 22%-ə qədər azaldıb və vergi bəyannamələri sistemini fəal şəkildə tətbiq edir”, – deyə o qeyd edib.
S.Dyankov vurğulayıb ki, DB vergi dərəcələrinin azaldılması, sərhəd ticarət sisteminin inkişafı, gömrük sistemində problemlərin aradan qaldırılması prosesinin də davam etdirilməsi daxil olmaqla, Azərbaycanın vergi sistemində islahatların davam etdiriləcəyini gözlədiyini vurğulayıb.
Hesabatın müəllifi onu da qeyd edib ki, ölkə hökumətinin investisiya mühitinin yaxşılaşması sahəsində nəzərdə tutduğu planların həyata keçirildiyi halda Azərbaycan artıq gələn il Business Doing reytinqində 20-30 pillə irəliləyə bilər.
Azərbaycanı digər MDB ölkələri ilə müqayisə edən DB eksperti vurğulayıb ki, “respublika reytinqdə regionun neft hasil edən ölkələri arasında mövqeyini yaxşılaşdıran yeganə ölkədir”. “Bir il ərzində Rusiya bu reytinqdə 10, Qazaxıstan 15 pillə aşağı düşüb. Bu, neft sektorundan böyük gəlir əldə edən ölkələrin iqtisadi islahatlar zamanı fəallığının azalması ilə əlaqədardır”, – deyə o qeyd edib.
S.Dyankov əlavə edib ki, Ermənistan reytinqində 35-ci pillədən 39-cu pilləyə düşüb. “Ermənistan 10 ildən artıq müddət qabaq islahatlar aparıb və o zaman daha fəal islahatlar aparan ölkə hesab olunurdu. Lakin bu gün ölkə reytinqdə mövqeyini itirir. Digər tərəfdən isə Gürcüstan fəal qaydada islahatlar aparır və 3,5 il ərzində bu istiqamətdə böyük irəliləyişlərə nail olub”, – deyə o vurğulayıb.
S.Dyankov onu da bildirib ki, DB reytinqin tərtibatı zamanı istifadə olunan indikatorların sayını genişləndirməyi planlaşdırır. Xüsusilə infrastrukturun səviyyəsi kimi indikatorların nəzərə alınması, o cümlədən hökumətlə özəl sektor arasında həyata keçirilən alqı-satqı haqqında sövdələrin qiymətləndirilməsi nəzərdə tutulur.
Busness Doing – 2008 hesabatı 10 komponent əsasında hazırlanıb.
Azərbaycan Business Doing – 2008 hesabatında biznesin yaradılması komponenti üzrə 64-cü (əvvəlki hesabatda – 96-cı yer), lisenziyalaşdırma üzrə – 159 (162), işçilərin işə götürülməsi üzrə – 80 (66-cı yer), daşınmaz əmlakın qeydiyyata alınması üzrə – 56 (59), vergilərin ödənilməsi üzrə – 141 (136), investorlara dəstək üzrə – 107 (118), kredit cəlb etmə üzrə – 26 (21), müqavilələrin yerinə yetirilməsi üzrə – 30 (34), biznesin bağlanması üzrə – 75 (70), transsərhəd ticarətin inkişafı üzrə 173 (158) yeri tutub.

Mənbə:

www.iqtisadiiay.net

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: