Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Vahid Pencere Sistemi

Posted by maliyye Fevral 1, 2008

İqtisadiyyat / 01.02.2008 19:13

«Bir pəncərə» sisteminin tətbiqindən sonra şirkət yaradanların sayı 30 faiz artıb  

Ekspertlər bildiriblər ki, növbəti aylarda sahibkarların qeydiyyatı daha da sürətlənəcək    «Bir pəncərə» sisteminin tətbiqindən sonra şirkət yaradanların sayı 30 faiz artıb. Vergilər Nazirliyindən ANS TV-yə verilən məlumata görə, biznesin qeydiyyata alınması üçün «Bir pəncərə» sisteminin tətbiqindən indiyədək 3300 -dən çox sahibkar qeydiyyata alınıb. Yanvarda 600-ə qədər 572 hüquqi şəxs qeydiyyatdan keçib. Bu da ötən ilin yanvarı ilə müqayisədə 30 faiz çoxdur. Nazirlikdə deyirlər ki, növbəti aylarda sahibkarların qeydiyyatı daha da sürətlənəcək.    Xatırladaq ki, əvvəllər dövlət qeydiyyatı üçün sahibkarlar 15 prosedurdan keçməli idi. Bundan başqa,iş adamları müxtəlif orqanlara 33 sənəd təqdim etməli və bununçün orta hesabla 72 gün vaxt itirməli idi. Yeni sistemə görə, prosedurların sayı 5-dək azalıb, Qeydiyyat müddəti 3 günə düşüb. Mütəxəssislərin fikrincə, «Vahid pəncərə» sisteminin tətbiqi Azərbaycanda yaradılan hüquqi şəxslərin sayının artırmalıdır. İlin sonuna qeydiyyatdan keçənlərin sayının 15 minə çatması gözlənilir. Xatırladaq ki, ötən il 5 min sahibkar dövlət qeydiyyatına alınıb. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: