Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

«Microsoft» «Yahoo»-ya 44,6 milyard dollar teklif edib

Posted by maliyye Fevral 3, 2008

«Microsoft» «Yahoo»-ya 44,6 milyard dollar təklif edib 

«Microsot»un bu təklifi «Yahoo»-nun səhmlərinin 50 faiz bahalaşmasına, «Google» korporasiyasının səhmlərinin isə 8 faiz aşağı düşməsinə səbəb olub ABŞ-nın «Microsoft» şirkəti kəskin iqtisadi tənəzzül keçirən, internet aləminin simvolu sayılan «Yahoo»-nu almaq barədə təklif verib. Bunun üçün şirkət 44,6 milyard dollar təklif edib. Bununla da «Microsoft» «Google» korporasiyasının onlayn axtarış şəbəkəsi və reklam bazarlarında dominantlığına qarşı ilk cəsarətli addımını atmış olub. «Microsoft»-un təklifi «Yahoo»-nun 31 faiz səhm paketini əhatə edir. Reklamçıların qarşıdan gələn 3 ildə bu sahəyə qoyulan reklam xərclərini 2 dəfə artıracağını proqnozlaşdırırlar. Bu isə 2010-cü ildə 80 milyard dollarlıq onlayn reklam bazarının yaranması deməkdir. «Microsoft» bu istiqamətdə son illərdə xeyli iş görsə də, reklam bazarını əhəmiyyətli dərəcəcə genişləndirməyə nail olmayıb. «Yahoo»-nun internet saytı reklam baxımından irəlidə olsa da, korporasiyanın son 5 rübdə gəlirləri aşağı düşüb ki, bu da nəticədə 1000 nəfər işçinin ixtisar edilməsi planlarını ortaya çıxarıb.«Microsot»un bu bəyənatı «Yahoo»-nun səhmlərinin səhər birjasında demək olar ki, 50 faiz bahalaşmasına səbəb olub, Google korporasiyasının səhmləri isə 8 faiz aşağı düşüb. Xatırladaq ki, «Microsoft»-un ötən ilki təklifi «Yahoo»-nun keçmiş icrası direktoru Terri Semel tərəfindən rədd edilmişdi və o, səhmdarların təzyiqi ilə vəzifəsindən kənarlaşdırılmışdı. Son hesablamalara görə, «Microsoft» və «Yahoo» ABŞ-nın onlayn axtarış bazarının 33 faizinə nəzarət edə biləcək. /ANS TV/© 2007

Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: