Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Şimal-cenub beynexalq neqliyyat dehlizi ile bağlı danışıqlar başlayır

Posted by maliyye Fevral 3, 2008

  Şimal-cənub beynəxalq nəqliyyat dəhlizi ilə bağlı danışıqlar başlayır

Şimal-cənub beynəxalq nəqliyyat dəhlizinin tikintisilə bağlı danışıqlar bu yaxınlarda Bakıda baş tutacaq. Rusiya-Azərbaycan-İran, sonra da Hindistana kimi gedib çıxacaq dəmir yolunun tikiləcək 8,3 km-i Azərbaycan ərazisinə düşür. Üç ölkə –Rusiya, İran və Azərbaycan arasında aparılan danışıqlara əsasən nəqliyyat qovşağının Azərbaycan ərazisində olan hissəsində hər birinin uzunluğu 1050 metr olacaq 4 stansiya inşa olunacaq. Bunun ardınca gömrük, sərhəd, pasport rejimi məntəqələri və Astara çayı üzərində 101 metr uzunluğunda körpünün inşası nəzərdə tutulur. Layihənin dəyərinin 50%-ni İran, 50%-ni isə Azərbaycan ödəyəcək. Dövlət Dəmir Yol İdarəsindən verilən məlumata görə, hazırda hər iki dövlətlə məktublaşmalar aparılır və bu yaxınlarda layihə üzərində konkret iş aparılacaq. Qeyd edək ki, şimal-cənub beynəlxalq nəqliyyat dəhlizi haqqında razılaşma 2000-ci ildə Rusiya, İran və Hindistan arasında əldə olunub. Azərbaycan isə bu müqaviləyə 2005-ci ildə qoşulub.

Mənbə: www.lidertv.com

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: