Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Öten il Azerbaycanın xarici ticaret dövriyyesi 15 faiz artıb

Posted by maliyye Fevral 4, 2008

Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsi 15 faiz artıbAzərbaycanın ticarət tərəfdaşlarının sayı artararaq 137-ə çatıb və ticarət əməliyyatlarında Avropa ölkələrinə üstünlük verilib 2007-ci ildə Azərbaycan 137 ölkə ilə ticarət sahəsində qarşılıqlı surətdə faydalı əməkdaşlıq edərək 11,8 milyard məbləğində idxal-ixrac əməliyyatı aparıb. Qeyd edək ki, xarici ticarət dövriyyəsinin 6,1 milyard dollarının ölkədən ixrac olunmuş mallar 5,7 milyard dollarını isə ölkəmizə idxal olunmuş mallar təşkil edib. Dövlət statistika komitəsindən verilən məlumata görə, idxal- ixrac əməliyyatının böyük hissəsi Avropa ölkələri ilə aparılıb.Belə ki, MDB ölkələri ilə idxal-icrac əməliyyatının həcmi 25,5 faiz olduğu təqdirdi Avropa Birliyi ilə 47, 4 faizdir. Bundan başqa Azərbaycan Asiya, Amerika, Afirika ölkələri ilə də idxal-ixrac əməliyyatları həyata keçirib. Ümumillikdə ölkəmiz ən az ticarət əməliyyatını okeaniya ölkələri ilə edib. Bunun isə həcmi cəmi 0,1 faizdir. Xarici ticarət əməliyyatlarının 82,2 faizi Türkiyə, Rusiya, İtaliya, İran, Amerika Birləşmiş Ştatları, Böyük Britaniya və digər dövlətinlərin hesabını formalaşdırır.

Dövlət gömrük komitəsinin məlumatına görə, ötən il ölkəmizin xarici dövlətlərlə apardığı ticarət əməliyyatları zamanı Azərbaycana daha çox avtomobil, neft istehsalı avadanlıqları idxal olunub. Ölkəmizdən xaricə ixrac olunan məhsullara gəldikdə isə bu neft və neft məhsulları, qara metal, və konservləşdirilmiş kənd təsərrüfatı məhsulları olub./ANS TV/ © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: