Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

PALMALİ Serbiyanın gemiçilik şirketi üzre keçirilen tenderin qalibi olub

Posted by maliyye Fevral 5, 2008

 

PALMALİ Serbiyanın gəmiçilik şirkəti üzrə keçirilən tenderin qalibi olubSerbiyanın Özəlləşşdirmə üzrə Agentliyi “Jugoslovensko Recno Brodarstvo” gəmiçilik şirkətinin 70 faizlik kapitalının satışı üzrə keçirilən tenderin nəticələrini açıqlayıb2007-ci ilin dekabr ayında Serbiyanın Özəlləşşdirmə üzrə Agentliyi “Jugoslovensko Recno Brodarstvo” gəmiçilik şirkətinin 70 faizlik kapitalının satışı üzrə keçirilən tenderin nəticələrini açıqlayıb. Tenderdə Almaniya, Macarıstan, Bolqarıstan, Rusiya, Serbiya, Rumıniya, İsveçrə, Kipr və s. ölkələrdən olan 12 iri gəmiçilik şirkəti iştirak edib. 12 şirkət arasında tenderin qalibi PALMALİ şirkəti olub.
Özəlləşdirmə üzrə Agentlik yanvarın 30-da adı çəkilən gəmiçilik şirkətinin alınması haqda müqavilənin imzalanması üzrə danışıqlara dəvət məktubunu PALMALİ şirkətinə göndərib. Tenderə çıxarılan «Jugoslovensko Recno Brodarstvo» şirkətinin əsası 1947-ci ildə Belqrad şəhərində qoyulub. Hazırda 210 ədəd gəmisi olan şirkət Dunay çayı üzrə daşımaların 90 faizinə nəzarət edir.
Qeyd edək ki, PALMALİ Şirkətlər Qrupu Aralıq, Baltik, Xəzər və Qara dəniz hövzələrində yük daşınmalarını həyata keçirir. Şirkət həmçinin Rusiyanın daxili sularında yük daşınmaları üzrə liderdir. Palmali Şirkətlər Qrupuna daxil olan Palmali – Rusiya Şirkəti 2007-ci il üçün Rusiyanın ən yaxşı gəmiçilik şirkəti seçilib.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Bakı-Tiflis-Ceyhan kəməri vasitəsilə nəql olunan neftin Ceyhan limanından daşınmasını da PALMALİ şirkəti həyata keçirir. Bundan əlavə, PALMALİ Ceyhan limanından dünyanın bütün nöqtələrinə daşınacaq xam neftin və neft məhsullarının razılaşdırılan həcminin bölünməsi və istismarına məsuliyyət daşıyır.
PALMALİ şirkəti həmçinin 2008-ci ildə Türkiyədə gəmiqayırma zavodu tikməyi planlaşdırır./ANS PRESS/
© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir Cavab to “PALMALİ Serbiyanın gemiçilik şirketi üzre keçirilen tenderin qalibi olub”

  1. behruz said

    LAP YAXSI ELEYIB. OZUNDE MUBARIZ ALIB….

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: