Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

“British Petroleum” dünya üzre 5000 emekdaşını işden çıxardığını elan edib

Posted by maliyye Fevral 6, 2008

  “British Petroleum” dünya üzrə 5000 əməkdaşını işdən çıxardığını elan edibDünyanın üçüncü neft nəhənginin bu addımı atmasına səbəb, şirkətin gəlirlərinin azalması olub Böyük Britaniyanın ən iri neft şirkəti və dünyanın ən iri neft şirkətlərindən biri olan “British Petroleum” bütün dünya üzrə 5000 əməkdaşını işdən çıxardığını elan edib. Gələcəkdə inzibati apparatın 20%-ə qədər ixtisar edilməsi planlaşdırılır, bu barədə bu gün Londonun “Times” qəzeti xəbər yayıb.
Buna səbəb gəlirin azalmasıdır. Neftin bir barrelinin təxminən 100 dollar təşkil etməsinə baxmayaraq, keçən il dünyanın üçüncü neft nəhənginin xalis gəliri 22% – 11,3 milyard avroya qədər azalıb. Bu zaman dünyanın ən iri neft şirkəti Amerikanın “Exxon Mobile” şirkəti 2007-ci ildə üç dəfə artıq (28 mlrd. avro), İngiltərə-Hollandiyanın “Shell” şirkəti isə, demək olar ki, iki dəfə çox (19,7 milyard avro) gəlir əldə edib.
Enerji daşıyıcılarının qiymətinin artması BP üçün neft hasilatının artırılmasına əlverişli şərait yaradıb. Lakin marketinq şöbələri və xammal emalı üzrə biznes şirkətə ziyan vurub. Şirkət rəhbəri Toni Şeyvord səbəblərdən biri kimi Amerika neft emalı zavodlarının etibarsızlığını göstərib. Bununla belə, BP ilin yekunlarına görə, dividendləri 31% artıra bilib.
Qeyd edək ki, Azərbaycanda BP üç ən iri enerji layihəsinin – “Azəri-Çıraq-Günəşli” neft yatağı, “Şahdəniz” qaz yatağı və Bakı-Ceyhan neft kəmərinin operatorudur. Azərbaycanda bu şirkətdə ümumilükdə 2000-ə yaxın adam işləyir, onlardan 1500-ü ölkə vətəndaşlardır.
BP-Azerbaijan-ın mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı ştatların ixtisarı haqqında məlumatı şərh edərkən bildirib ki, gözlənilən ixtisarlar Azərbaycan layihələrinə aid olmayacaq./Turan/
© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: