Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Hökumet inflyasiyanı bir reqemli hedde saxlamaq isteyir

Posted by maliyye Fevral 6, 2008

  Hökumət inflyasiyanı bir rəqəmli həddə saxlamaq istəyirHeydər Babayev: «Dünyada gedən bahalaşma səngisə, 2008-ci ildə Azərbaycanda inflyasiyanı 1 rəqəmli həddə saxlamaq mümkün olacaq»    «Dünyada gedən bahalaşma səngisə, 2008-ci ildə Azərbaycanda inflyasiyanı 1 rəqəmli həddə saxlamaq mümkün olacaq». Bunu İqtisadi İnkişaf Nazirliyinin kollegiya iclasında nazir Heydər Babayev deyib. Onun fikrincə, ötən il qeydə alınan bahalaşmada xarici amillərin rolu olub: «2008-ci ilin büdcə paketində isə qiymət artımının 11-13 faiz arasında dəyişəcəyi proqnozlaşdırılır».    Ötən il dünyada ərzağın orta hesabla 30 faiz bahlaşdığını deyən Heydər Babayevin sözlərinə görə, hədəf inflyasiyanı bir rəqəmli həddə saxlamaqdır. 2007-ci ildə baş verən inflyasiyaya ən çox enerji tariflərinin artırılması təsir göstərib. O bildirib ki, ötən ildən fərqli olaraq Tarif Şurası bu il ciddi dəyişikliyə əl atmayacaq: «Kommunal xidmətdə təkliflər var, baxırıq. Amma artırılmadan söhbət gedə bilməz. Əsas odur ki, keyfiyyət artırılsın. Sonra qiymətə baxılar».    Heydər Babayev 2008-ci ildə də regional inkişafın və investisiya layihələrinin prioritet istiqamət olacağını bildirib. Belə ki, sahibkarlara ayrılan güzəştli kreditin böyük hissəsi ötən illərdə olduğu kimi regionlardakı iş adamlarına veriləcək. Ən böyük layihələr isə dövlət vəsaiti hesabına həyata keçiriləcək: «Dövlət investisiya şirkəti gəmiqayırma zavodunun və Ələtdə elektrik stansiyasının inşası ilə bağlı Koreya şirkətləri ilə danaşaqları davam etdirir. Yodlaşdırılmış duz istehsalına isə hazırlıq görülür». /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir Cavab to “Hökumet inflyasiyanı bir reqemli hedde saxlamaq isteyir”

  1. Naxchiboy said

    bu derecede ki bahalashma gedir… hele ustelik torpaqlar helede bahalashir indiki gunde. Bu Inflasiya qarshisi alinmaz sheydi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: