Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

“Azerbaycan yaxın vaxtlarda Ümumdünya Ticaret Teşkilatına üzv olacaq”

Posted by maliyye Fevral 7, 2008

Heydər Babayev: “Artıq ticarət təşkilatına 30 dan çox qanunvericilik aktının yeni layihəsi təqdim olunub”    Azərbaycan yaxın vaxtlarda Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olacaq. Bu barədə Ümumdünya Ticarət Təşkilatına üzvülüklə bağlı komissiyanın rəhbəri iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. H.Babayev konkret vaxtın deyilməsinin çətin olduğunu bildirsə də, qanunvericiliyin uyğunlaşdırılması prosesinin son mərəhələdə olduğunu qeyd edib: «Artıq ticarət təşkilatına 30 dan çox qanunvericilik aktının yeni layihəsi təqdim olunub. Azərbaycan tərəfi yeni gömrük tarifləri ilə bağlı təkliflərini də danışıqlar apardığı ölkələrə göndərib. İki tərəfli danışıqlara gəldikdə isə, Türkiyə ilə protokol imzalayan Azərbaycan Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri və Omanla da müvafaiq sənədi imzalamağa çox yaxındır».     Nazir bildirib ki, Amerika Birləşmiş Ştatları və Avropa Birliyi ölkələri ilə isə danışıqlar ləng gedir. Buna səbəb isə Azərbaycanın ÜTT-yə inkişaf etməkdə olan ölkə kimi üzv qəbul olmaq istəyidir. Bu ölkələr isə Azərbaycanın inkişaf etmiş ölkə statusunda qəbulunun tərəfdarıdırlar. Qeyd edək ki, Azərbaycan inkişaf etməkdə olan ölkə statusu ilə üzv olarsa, onda bir çox əlavə güzəştlər əldə edə bilər. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir   

7 Cavab to ““Azerbaycan yaxın vaxtlarda Ümumdünya Ticaret Teşkilatına üzv olacaq””

  1. Biznes said

    Salam .sizce UTT-ye uzv olmagimiz ne derecede mumkundu?

  2. Mumkundu Sadece olaraq bu bize ne derecede serf edecek onu sorushun.

  3. Naxchiboy said

    FIkrimce gec bele qalmishiq. Neftimiz iletaniniriq dunyada mence choxdan uzv olmali idik.

  4. Qurbetci said

    Bizim bu teshkilata bu gune qeder uzv olmamagimiz hokumetin yaritmaz siyaseti ile baglidir. Hemin teshkilata bu gun 151 olke(!), o cumleden Ermenistan ve Gurcustan da daxildir. Azerbaycana qanunvericiliyin tekmilleshdirilmesi, monopoliyalarin aradan qaldirilmasi, iqtisadiyyatin liberallashdirilmasi hokumete serf etmediyinden indiye kimi meseleye ciddi yanashmayiblar.

  5. Qurbetci said

    bilirem, yuxaridaki yazimi qrupa vermeyeceksiniz, yazdigimi siz de oxusaniz yeter

  6. Naxchiboy said

    ~`ChaKeRx`~
    Serf etmese bu uzvluluk kimin neyine lazim?🙂

  7. Adrenaline said

    Salam.Birincisi bu teskilata uzv olmaq hec vaxt gec deyil.Duzdur ne qeder tez uzv olsaq o qeder yaxshidir.Mence Azerbaycanin bu teskilata uzv olsini gecikdiren esas amil memur maraqlaridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: