Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Yanvarda ölkenin böyük şeherlerinde qiymetler 5,7 % artıb

Posted by maliyye Fevral 7, 2008

Yanvarda ölkənin böyük şəhərlərində qiymətlər 5,7 % artıbƏn çox bahalaşma isə 10.3 faizlə paytaxt Bakıda qeydə alınıbYanvarda ölkənin böyük şəhərlərində ərzaq və kənd təsərrüfatı mallarının qiyməti orta hesabla 5,7 faiz artıb. Ən çox bahalaşma Bakıda qeydə alınıb. Bu artım
Bakıda 10,3,
 Naxçıvanda 5,1,
Gəncədə-7,3,
Lənkəranda-4,5,
Mingəçevirdə-6,
Qubada 1,8 faiz olub. İ
lin ilk ayında ən çox bahalaşan 10 faizlə qoyun əti olub. Toyuq əti 5, kərə yağı 3,7, süd və süd məhsulları isə orta hesabla 4 faiz bahalaşıb. Yanvarda ərzaq mallarının bahalaşmasını alıcılar da təsdiqləyirlər. Məsələn, son 2 həftədə şəkər tozu, qənd, un və kolbasa məmulatlarının qiyməti 5-10 faiz qalxıb.

Toyuq ətininin bahalaşmasına isə bu sahədə tətbiq olunan güzəştlərin ləğvi səbəb olub. Respublika Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev ANS-ə bildirib ki, əvvəllər bəzi avadanlıq və damazlıq yumurta idxal zamanı 18 faiz əlavə dəyər vergisindən gömrük rüsumundan azad edilmişdi. Yanvarın 15-dən bu güzəştlərin ləğvi bazarda qiymət artımına təsir edib. Kənd təsərrüfatı nazirliyi isə bu sahəyə güzəştlərin edilməsi ilə bağlı hökumətə təkliflər verib. Nazirlikdə deyirlər ki, mağaza və bazarlardan fərqli olaraq yarmarkalarda ciddi qiymət artımı baş vermir. Yarmarkalarda ərzaq mallarını bazarlarla müqayisədə 20-30 faiz ucuz almaq olar. Statistika komitəsi isə bu məlumatlara etiraz edərək, “yanvarda ərzaq malları 6 faizə qədər bahalaşa bilməz. Düzdür bəzi məhsullarda qiymət artimi bundan çox ola bilər. Ümumilikdə isə yanvarda ərzaq malları 2-3 faiz bahalaşa bilər” – deyib. /ANS TV/ 

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir Cavab to “Yanvarda ölkenin böyük şeherlerinde qiymetler 5,7 % artıb”

  1. Naxchiboy said

    hm. Bakida torpaqin sotu az qala Londondakindan baha olacaq.🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: