Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

«Qazprom» Ukraynaya qazın ixracını dayandıra biler

Posted by maliyye Fevral 8, 2008

«Qazprom» Ukraynaya qazın ixracını dayandıra bilərUkraynadan vaxtı keçmiş borclarını tam ödəməsini tələb edilir Rusiyanın «Qazprom» şirkəti Ukraynaya qazın ixracını dayandıra bilər. Səbəb Ukraynanın həmin şirkətə 1 milyard dollar civarında olan borcudur. Xatırladaq ki, Rusiyanın əsas qaz inhisarçısının 2006-cı ilin yanvarında Ukraynaya qaz ixracını dayandırması, boru kəmərləri Ukrayna ərazisindən keçdiyindən bir neçə gün ərzində qərbi Avropa ölkələrinin qaz təchizatının azalmasına səbəb olmuşdu.
«Qazprom»-un sözcüsü Sergey Kupriyanov Kiyevin bu məsələyə ciddi yanaşmalı olduğunu bildirib. O bildirib ki, əgər qaz təchizatı davam edəcəksə, onda Ukrayna tərəfinin yubanmadan bu məsələdə qanuni baza yaratmasını, müvafiq müqavilə və sənədləri imzalamasını və vaxtı keçmiş borclarını tam ödəməsini tələb edirlər. «Əgər bazar ertəsinə qədər məsələ həllini tapmasa, «Qazprom» qarşı tərəfə köməyini davam etdirməyəcək və Rusiya qazının Ukraynaya nəqli dayandırılacaq».
Qeyd edək ki, Ukrayna qazın əsas hissəsini «Qazprom»-un boru kəmərlərindən keçməklə Mərkəzi Asiyadan alır. Lakin bu il Kiyev Mərkəzi Asiyadan qaz təchizatının azalması ilə əlaqədar olaraq Rusiya qazını almaq məcburiyyətində qalıb.
Ukraynanın baş naziri Yuliya Timoşenko jurnalistlərə verdiyi müsahibədə bu məsələnin öz həllini tapacağını bildirsə də, təfərrüatlara aydınlıq gətirməyib. Bəzi analitiklər Moskvanın qaz şantajını Ukraynanı NATO-ya meyllənməsi ilə əlaqələndirirlər. Bütün bu məsələlərin prezident Viktor Yuşşenkonun Rusiyaya gələn həftə edəcəyi səfəri zamanı müzakirə ediləcəyi bildirilir./ANS PRESS/
© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: