Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

ABŞ-ın maliyye bazarlarında böhran davam edir

Posted by maliyye Fevral 8, 2008

ABŞ-ın maliyyə bazarlarındakı böhran dalğası yenidən güclənib. Dünən ölkədəki işgüzar fəallıq indeksi 44,6 punkt aşağı düşüb. “CNN Money”nin məlumatına görə, indeksin 50 punktdan yuxarı olması Birləşmiş Ştatlarda işgüzar fəallığın inkişafını, 50 punktdan aşağı olması isə fəallığın azalmasını göstərir.
ABŞ-ın əsas fond birjalarında isə indekslər dünən yenə aşağı səviyyədə qərarlaşıb. Belə ki, “General Electric Co.”nun səhmləri 3,5%, Birləşmiş Ştatların telekommunikasiya nəhəngi “AT&T İnc.”in qiymətli kağızları isə 3,8% ucuzlaşıb.
Bu arada beynəlxalq “Fitch Ratings” bildirib ki, ABŞ-ın ən böyük qiymətli kağız sığortaçısı “MBİA İnc.”in hazırda AAA (ən yüksək səviyyə) olan reytinqini aşağı sala bilər. Bu məlumatdan sonra ABŞ-ın ən böyük maliyyə və investisiya şirkətlərinin səhmləri ucuzlaşıb. “Citibank İnc.” investisiya bankının səhmləri 7,4%, “Merill Lynch & Co.”nun qiymətli kağızları isə 5,6% dəyər itirib.

Mənbə: http://www.economy.gov.az/ İqtisadi İnkişaf Nazirliyi

Bir Cavab to “ABŞ-ın maliyye bazarlarında böhran davam edir”

  1. Naxchiboy said

    Abs Abs yenede Abs. ele dovletdir ki iqtisadiyyatinda kicik bir gerileme olan kimi butun dunya olkelerine oz tesirini gosterir

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: