Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Esas neft istehsalçıları dollarla hesablaşmalardan imtina ede biler

Posted by maliyye Fevral 9, 2008

  Əsas neft istehsalçıları dollarla hesablaşmalardan imtina edə bilərOPEK-in baş katibi Abdulla Əl Bədri bəzi üzv ölkələrin belə təkliflə çıxış etdiyini bildirib

    Əsas neft istehsalçıları dollarla hesablaşmalardan imtina edib avroya keçə bilər. Bu barədə OPEK-in baş katibi Abdulla Əl Bədri bildirib. O bildirib ki, qarşıdakı 10 ildə yeni hesablaşma sxeminin tətbiqi başa çatdırıla bilər. O, bəzi üzv ölkələrin belə təkliflə çıxış etdiyini xatırladıb və bu məsələyə ən yüksək səviyyədə baxılacağını istisna etməyib.

    Yeri gəlmişkən, ilk dəfə dollardan imtina barədə təkliflə İran və Venesuela hökumətləri çıxış edib. Hətta rəsmi Tehran neftin avro ilə satılmasına hazırlaşdığını bəyan edib. Bundan başqa OREK-ə üzv olmayan Rusiya neft-qaz birjalarında əməliyatları rublla aparacaq.

    Analitiklərin fikrincə, bu təkliflər reallaşsa, birjaların 60 faizi dollardan imtina edəcək. Maraqlıdır ki, OPEK baş katibinin bəyanatından dərhal sonra maliyyə birjalarında avro 50 sent bahalaşıb.

    OPEK rəsmilərinin bəyənatları təkcə bununla bitməyib. Birjalarda qara qızılın qiyməti 80 dollardan aşağı düşəcəyi halda, OPEK-in martda keçiriləcək sessiyasında hasilat kvotası azaldılacaq. «Blumberq» agentliyinin yaydığı məlumata görə, qiymət 85 dollardan yüksək olacağı təqdirdə isə kvotalar dəyişməz qalacaq. Kartel üzvləri hesab edir ki, neftin 1 barelinin 70 dollardan satılması onlar üçün səmərəli sayılmır. Ən son məlumatlara görə, London birjasında neftin bareli 91,94, Nyu-Yorkda isə 91,77 dollara satılır. Son 1 gündə qara qızıl 4 faizə yaxın bahalaşıb. /ANS TV/

 © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir Cavab to “Esas neft istehsalçıları dollarla hesablaşmalardan imtina ede biler”

  1. Naxchiboy said

    Gunumuze baxda. dollar, euro manat arasinda qalmishiq. Xebere gore tesekkur Yuksel Imanov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: