Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Öten ay esas tikinti materiallarının qiymeti bahalaşıb

Posted by maliyye Fevral 9, 2008

Ötən ay əsas tikinti materiallarının qiyməti bahalaşıb“Mövsüm yaxınlaşdıqca tikintinin daha da genişləndirilməsi materialının qiymət artımına gətirib çıxaracaq”    Bu ilin yanvar ayında əsas tikinti materiallarının qiyməti bahalaşıb. Bu barədə Əmlak Bazarı İştirakçıları İctimai Birliyindən məlumat verilib. Birliyin tikinti bazarında apardığı araşdırmalar zamanı məlum olub ki, 47 adda tikinti məhsulundan 17-də qiymət artımı qeydə alınıb. Yanvarda cəmi 1 növ tikinti materialının- asma tavanın qiyməti 1,1 faiz azalıb.    Birliyin hesablamalarına görə, yanvar ayında ən çox bahalaşma səki daşında ( 4,8 faiz), mərmərdə (4,6 faiz), diktdə (2,9), sementdə (2,6), və şiferdə (2,6) baş verib. Ötən ilin yanvar ayı ilə müqayisədə isə daha çox tələb olunan tikinti materialları bahalaşıb. Bir ildə künyə 42,1 faiz, laminant parket 23,8, çınqıl 22,1, mərmər 21,4, armatur 13,2, qranit 12,1 mişar daşı 11,4 faiz, kərpic 10,2 faiz, sement isə 5,3 faiz bahalaşıb. 3 tikinti məhsulunun qiyməti isə əksinə bu bir il ərzində aşağı düşüb. Alkapon üzlük 0,4 faiz, plastik qapı pəncərə materialları üçün profillər 1,1 faiz və hələedici məhlulalr isə 6,3 faiz ucuzlaşıb.

    Əmlak Bazarı İştirakçıları Birliyinin sədri Elman Əsədov bildirib ki, tikinti mallarının bu qədər bahalaşmasının əsas səbəbi ötən ilin yanvar ayında enerji daşıyıcılarının qiymətinin bahalaşması səbəb olub: «Tikinti materialları əsasən xaricdən gətirilir. Benzinin bahalaşmasından sonra nəqnliyyat xərcləri də artıb, bu isə belə məhsulları bahalaşdırıb». Elman Əsədov bildirib ki, tikinti məhsullarının qiymətinin artımı bundan sonra da davam edəcək: «8-10 faiz arasında artım müşahidə olunacağı gözlənilir. Mövsüm yaxınlaşdıqca tikintinin daha da genişləndirilməsi materialının qiymət artımına gətirib çıxaracaq».

    Qeyd edək ki, ekspertlər bu mövsümdə hündürmərtəbəli binalara nisbətən fərdi yaşayış evlərinin tikintisinin daha çox artacağını proqnozlaşdırırlar. /ANS TV/

 © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir Cavab to “Öten ay esas tikinti materiallarının qiymeti bahalaşıb”

  1. Naxchiboy said

    nece deyerler cesaretin var dur ev remont ele🙂

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: