Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Texnikabank» «Moody’s» ve «Fitch» agentliklerinden reytinq alıb

Posted by maliyye Fevral 9, 2008

«Texnikabank» «Moody’s» və «Fitch» agentliklərindən reytinq alıb«Fitch»in rəyinə əsasən, «Texnikabank»ın maliyyə göstəriciləri 2004-2007-ci illərdə güclü olub«Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) «Moody’s» və «Fitch» beynəlxalq reytinq agentliklərindən reytinq alıb. Bu barədə APA-ya «Texnikabank» SKB-nin mətbuat xidmətindən məlumat verilib.

«Moody’s» agentliyi Azərbaycan bankına stabil proqnozla B2/NP/E+ reytinqi («B2» uzunmüddətli depozit reytinqi, «NP» qısa müddətli depozit reytinqi, «E+» maliyyə gücü reytinqi) verilib. «Reytinqlərdə Azərbaycanın 4-cü ən iri bankı olan «Texnikabank»ın sürətlə genişlənən yerli bazarda böyümək üçün güclü potensialı, ələxsus da bankın 2005-ci ildən bəri diqqətini artırdığı fiziki şəxslərlə iş (riteyl) bazarında güclü potensialı nəzərə alıb. «Texnikabank» yerli bank sektorunda üz payını artıraraq 2006-2007-ci illərdə güclü bazar müvqeyini qoruyub və 2007-ci il 30 sentyabr tarixinə aktivlərinin həcminə görə ölkədə 4-cü, kreditlərin və depozitlərin həcminə görə isə 3-cü ən iri bank olub», – deyə «Moody’s» agentliyinin rəyində bildirilir. Digər beynəlxalq reytinq agentliyi – «Fitch» isə «Texnikabank»a stabil proqnozla B-/ B / D/E/5 reytinqi («B-» emitentin uzunmüddətli defolt reytinqi, «B-» emitentin qısamüddətli defolt reytinqi, «D/E» – fərdi reytinq, «5» – dəstək reytinqi) verib. «Fitch»in rəyinə əsasən, «Texnikabank»ın maliyyə göstəriciləri 2004-2007-ci illərdə güclü olub. Ötən ilin 9 ayı ərzində həm riteyl, həm də korporativ seqmentin təsiri ilə bankın kredit portfeli 180 % artıb: «Aktivlərin adekvatlıq dərəcəsi normativə uyğun olub, 2007-ci ilin III rübünün sonuna problemli kreditlər ümrmi kredit portfelinin cəmi 1,3%-ni təşkil edib. Bank yüksək gəlirliyə və yüksək keyfiyyətli kredit portfelinə malikdir».
/APA/
© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

Bir Cavab to “Texnikabank» «Moody’s» ve «Fitch» agentliklerinden reytinq alıb”

  1. Naxchiboy said

    Emeye hormet. Tesekkur Yuksel Imanov

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: