Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

“Böyük yeddi”ler birge fealiyyet göstermeye qerar veribler

Posted by maliyye Fevral 10, 2008

senat-teze_10.jpg“Böyük yeddi”lər birgə fəaliyyət göstərməyə qərar veriblər Birləşmiş Ştatlar yerli tələbatın artırılmasını tələb etsə də, Avropa dövlətləri iqtisadiyyatlarının güclü olduğunu deyiblərBirləşmiş Ştatlar, Yaponiya, Almaniya, Fransa, Kanada, Britaniya və İtaliya təmsilçiləri neft ixrac edən dövlətləri hasilatı artırmağa və Çin hökumətini pul vahidinin qiymətləndirilməsini sürətləndirməyi tələb ediblər. ‘Böyük yeddilik’ qarşısında Birləşmiş Ştatlardakı ipoteka bazarındakı gərginliyi aradan qaldırmaq, maliyyə bazarındakı böhran, neft və ərzaq mallarında qiymət artımı və proqnozlaşdırılan yüksək inflyasiya ilə mübarizə aparmaq tələbləri qoyulub. Sözü gedən problemləri aradan qaldırmaq üçün müxtəlif təkliflər irəli sürülüb. Birləşmiş Ştatlar yerli tələbatın artırılmasını tələb etsə də, Avropa dövlətləri iqtisadiyyatlarının güclü olduğunu və nizamlayıcı razılıqlara daha çox diqqət yetirdiklərini deyiblər. Tərəflər açıq olmağa və birlikdə işləməyə qərar veriblər. Birləşmiş Ştatların xəzinadarlığının rəhbərinin müavini Henri Polsn birjalardakı böhrana qətiyyətlə yanaşmağa çağırsa da, problemin tez zamanda həll olunmasının qeyri-mümkün olduğunu vurğulayıb. O, ipoteka kreditləri bazarında yaranmış böhrana, enerji daşıyıcılarının qiymətinin artmasına və iqtisadiyyatın zəifləməsinə baxmayaraq, cari ildə Birləşmiş Ştatlarda iqtisadi inkişafın davam edəcəyini deyib. Qeyd edək ki, dünya bazarlarında maliyyə böhranı ötən il Birləşmiş Ştatların ipoteka kreditləri bazarında böhran yarandıqdan sonra dünya banklarının milyardlarla dollar vəsait itirməsindən sonra başlayıb. İndi banklar kredit faizlərinin azaldılması istiqamətində addımlar atsa da hələ ki, böhranı aradan qaldırmaq mümkün olmayıb. © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir Cavab to ““Böyük yeddi”ler birge fealiyyet göstermeye qerar veribler”

  1. Naxchiboy said

    Yeddi ogul isterem :))

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: