Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Azercell birge müessisesinde dövlete mexsus pay özelleşdirilib

Posted by maliyye Fevral 11, 2008

Azercell birgə müəssisəsində dövlətə məxsus pay özəlləşdirilibBu gün dövlət əmlakının idarəedilməsi üzrə dövlət komitəsində bununla bağlı müqavilə imzalanıb

Azərbaycanın ən böyük mobil operatoru olan Azercell birgə müəssisəsində dövlətə məxsus payın özəlləşdirilməsi başa çatıb. Bu gün dövlət əmlakının idarəedilməsi üzrə dövlət komitəsində bununla bağlı müqavilə imzalanıb.
Komitənin sədr müavini Rüstəm Şahbazovun sözlərinə görə, qanunvericiliyə əsasən dövlət payı müştərək müəssisənin digər təsisiçisi Türkiyənin Azərtel telekommunikasyon yatırım dış ticarət şirkətinə təklif olunub və onlar həmin payın alınmasına razılıq veriblər. Qiymətləndirmə hesabatına və məsləhətçinin apardığı qiymətləndirməyə əsasən müəssisədəki dövlətə məxsus 35,7 faizlik paya 180 milyon dollar qiymət qoyulub. Dövlət payının satışından əldə olunan bu vəsait dövlət büdcəsinə köçürüləcək. Bununla da, Azercellin tam sahibinə çevrilən Türkiyə şirkətinin idarə heyətinin sədri Terro Kivisari deyib ki, telekommunikasiyanın inkişafı və bazarda liderliyin qorunub saxlanması üçün bundan sonra da, Azərbaycana investisiya yatırılacaq./ANS TV/

 © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: