Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Avropa Komissiyası «Nabukko»nun tikintisinin hüquqi rejimini sadeleşdirib

Posted by maliyye Fevral 12, 2008

nabucco.jpgAvropa Komissiyası «Nabukko»nun tikintisinin hüquqi rejimini sadələşdiribKomissiya kəmərinin Avstriya hissəsinin tikintisinə üçüncü tərəflərin cəlb edilməsinə icazə verib    Avropa Komissiyası «Nabukko» qaz kəməri tikintisinin hüquqi rejimini sadələşdirib. Komissiya «Nabukko» qaz kəmərinin Avstriya hissəsinin tikintisinə üçüncü tərəflərin cəlbinə icazə verib. Avropa İttifaqının məlumatına görə, komissiya Avstriyanın energetika idarəsindən gələcək qaz kəmərinin yerləşməsinin təhlükəsizliyi üzrə əlavə tədbirlər görməyi tələb edib. Avropa İttifaqının energetika üzrə komissarı Andris Piebalqs bildirib ki, «Nabukko» konsorsiumu Avropa komissiyasından üçüncü tərəflərin boru kəmərinin tikintisinə cəlbi barədə ümumi qaydaların təsirindən Bolqarıstanı, Rumıniyanı və Macarıstanı azad etməyi xahiş edib.    Avropa Birliyinin Cənubi Avropanın qaz layihələri üzrə koordinatoru Yozias Van Aartsen isə bu həftə «Nabukko» kəmərinin inşası ilə bağlı sonuncu maneənin dəf edilməsi üçün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacaq. «Fayeneyşnl tayms» qəzetinin yazdığına görə, bu layihəyə Almaniyanın iri enerjetika şirkətinin daxil olacağı barədə xəbərlərə baxmayaraq, son vaxtlar Avropa Birliyində Türkiyənin «Nabukko»dan imtina edəcəyi ilə bağlı şübhələr artıb.

    Xatırladaq ki, rəsmi Ankara dəfələrlə «Nabukko»nu dəstəklədiyini bildirib, «Botaş» şirkəti isə layihə çərçivəsində yaradılmış konsorsiumun iştirakçısıdır. Lakin Türkiyə qiymət mexanizmi və İrandan Yunanıstana qaz nəqli məsələsi ilə razılaşmır. Bundan əlavə, rəsmi Ankara siyasi səbəblərlə əlaqədar «Qaz de Frans» şirkətinin də konsorsiuma daxil olmasının əleyhinə çıxış edir. Azərbaycandan və Xəzər regionunun digər ölkələrindən Avropaya qaz nəql etməli və uzunluğu 3300 kilometr olmalı «Nabukko» qaz kəmərinin vacibliyi isə Ukrayna ilə Rusiyanın «Qazprom» şirkəti arasında mübahisələrdən sonra daha da artıb. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: