Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Dünya Bankının ayırmaq istediyi kreditin şertleri Azerbaycan hökumetini qane edir

Posted by maliyye Fevral 13, 2008

musa_panahov1.jpg

Dünya Bankının ayırmaq istədiyi kreditin şərtləri Azərbaycan hökumətini qane edirMusa Pənahov: “Dəmir yolunun inkişafı layihəsini Dünya Bankının ayırdığı vəsait hesabına maliyyələşdirmək mümkün olmayacaq”Dünya Bankı Azərbaycanda dəmir yolu ilə tranzit və ticarətə yardım layihəsi çərçivəsində ölkəmizə ayırmaq istədiyi kreditin şərtləri Azərbaycan hökumətini qane edir. Bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib. Onun sözlərinə görə, həmin vəsaitin böyük bir hissəsi lokomotiv parkının yenilənməsi üçün, yəni 50 yeni lokomotivin alınmasına xərclənəcək.

O bildirib ki, dəmir yolunun inkişafı layihəsini Dünya Bankının ayırdığı vəsait hesabına maliyyələşdirmək mümkün olmayacaq: «Layihəyə üç komponent daxildir. Birinci komponent üzrə dəmir yol təsərrüfatının bərpası, yəni Bakıdan Gürcüstan sərhəddinədək dəmir yolu sahəsində 3,3 kv daimi cərəyandan 25 kv dəyişən cərəyana keçid, elektrik təchizatı sisteminə keçidlə əlaqədar olaraq siqnal sisteminin dəyişdirilməsi nəzərdə tutulur. İkinci komponent çərçivəsində 50 elektrik lokomotivinin alınması, üçüncü çərçivəsində isə, dəmir yolu idarəsinin fəaliyyətinin təkmilləşdirilməsi və bazar iqtisadiyyatının tələblərinə yaxınlaşdırılması nəzərdə tutulub. Hökumətdə artıq onun səhmdar cəmiyyətə çevrilməsi məsələsinə baxılır». Onun sözlərinə görə, layihə dörd ilə nəzərdə tutulub». /ANS TV/

 © 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir

3 Cavab to “Dünya Bankının ayırmaq istediyi kreditin şertleri Azerbaycan hökumetini qane edir”

  1. Naxchiboy said

    Meni de qane edir🙂🙂

  2. behruz said

    demeli memurlarida qane edirr :)))

  3. tural yusifli said

    cavab yazanlardan biri olan Behruzun bu cur kinayeli cavab vermesi menim hec xoşuma gelmedi bu dovlet bizi boytdu bu millet bizi oyretdi,bu liderler bizim ucun calişdi,biz dovletin qarçisinda yox dovletin yaninda olmaliyiq.azı bu dovlet bizimdir,AZƏRBAYCANIMIZINDIR.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: