Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Yanvarda daşınmaz emlak 3,2 faiz bahalaşıb

Posted by maliyye Fevral 13, 2008

 Yanvarda daşınmaz əmlak 3,2 faiz bahalaşıbÖtən ay paytaxtda yaşayış sahəsinin 1 kv metrinin orta dəyəri isə yanvar ayında 1028 dollar təşkil edib2008-ci ilin yanvarında Bakıda daşınmaz əmlak üzrə təkrar bazarda qiymətlərin artımı ötən ilin dekabr ayına nisbətən 3,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə daşınmaz əmlak bazarının öyrənilməsi ilə məşğul olan və bazardakı vəziyyətlə bağlı aylıq təhlil dərc edən “Daşınmaz əmlak bazarının iştirakçıları” İctimai Birliyindən məlumat verilib.

Birliyin ekspertlərinin məlumatına görə, ümumilikdə təkrar bazarda yaşayış sahəsinin 1 kv metrinin orta dəyəri yanvar ayında 1,577 min dollara çatıb.“Daşınmaz əmlak bazarında formalaşan yüksək qiymətlər bazardakı fəallığı əsaslı şəkildə azaldıb”,- deyə birliyin nümayəndəsi bildirib.

Yanvarda təkrar bazarın təkliflər portfelində yeni binaların payı 22,2% təşkil edib. Bakıda bu cür mənzillərin orta qiyməti 106,283 min dollar, orta yaşayış sahəsi 77 kv. metr təşkil edib.

Daşınmaz əmlakın ilkin bazarında təkliflər portfelində azalma müşahidə olunub. Bir sıra tikilən evlərdəki mənzillərin satışı məhdud xarakter daşıyıb. Yanvarda qiymətlər 0,3% artıb. Paytaxtda yaşayış sahəsinin 1 kv metrinin orta dəyəri isə yanvar ayında 1028 dollar təşkil edib.

Yanvarda şəxsi evlərin orta qiyməti 1,6% azalaraq 226,724 min dollar və ya 1 kv. metrə 1453 dollar təşkil edib. Bu evlərin həyatyanı torpaq sahələrinin orta sahəsi 4,8 sot, yaşayış sahəsi 156 kv metr, otaqların orta sayı 4,1 təşkil edir. Qiymətlərin bu cür azalması qeyri-mövsümü aylarla əlaqədar bazarda fəallığın zəifləməsi ilə bağlıdır.

Yanvar ayında Bakıda torpaq bazarında qiymətlər dekabr ayına nisbətən 0,8 % azalıb. Torpağın 1 sotu orta hesabla 23,125 min dollar olub. Ötən ay ərzində mənzillərin kirayəsi üçün qiymət indeksi 0,7% artıb. Qeydə alınan orta kirayə haqqı hər mənzilə görə 685 dollar təşkil edib.

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

2 Cavab to “Yanvarda daşınmaz emlak 3,2 faiz bahalaşıb”

  1. Naxchiboy said

    Torpaq qiymetinde Istanbuluda vurmushuq divara Londonu da

  2. behruz said

    bu hemise olurr. kim bilirr bu proses ne vaxta qeder davam ederrr?

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: