Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Posted by maliyye Fevral 14, 2008

qaradax_sement.jpg

«Qaradağ-Sement»in səhmlərinin 10 faizi satılıbŞirkət Azərbaycanda yeni sement zavodu tikməyi planlaşdırır    Azərbaycan İnvestisiya Şirkəti «Qaradağ-Sement»in səhmlərinin 10 faizinin satın alınması barədə müqavilə bağlayıb. Müqaviləyə görə, investisiya şirkəti «Qaradağ sement»in səhmlərinin 10 faizini 13,7 milyon avroya alacaq. Bu alqı-satqının cavabında «Qaradağ sement»in sahibləri Azərbaycanda yeni sement zavodu da tikməyi qərara alıblar. Bu barədə iqtisadi inkişaf naziri Heydər Babayev məlumat verib. 

    Ölkədə iri tikinti işlərinin getdiyini və sementə tələbatın artdığını bildirən Heydər Babayevin sözlərinə görə, Azərbaycan tərəfi «Qaradağ sement»in səhmlərini ən əlverişli şərtlərlə alıb.

Zavodun yenidən qurulması və yeni zavodun tikilməsinə 327 milyon dollar ayrılacaq. Nəticədə zavodun istehsal gücü artaraq ildə 1,7 milyon tona çatacaq. Şirkətin icraçı direktoru Anar Axundov bildirib ki, invetisiya şirkətinin «Qaradağ sement»də səhm sahibi olması 5-9 il çəkəcək.

    «Qaradağ sement»dən isə bildiriblər ki, zavodun xammalla təminatı məsələsi də həllini tapmalıdır. Başqa sözlə, zavod Azərbaycanda yeni yataqlardan istifadə etməyə icazə almaq istəyir. Çünki indi əslində «Qaradağ sement»ə məxsus olan yataqlarda bəzi hüquqi və fiziki şəxslər qanunsuz fəaliyyət göstərirlər.

Qarşıdakı 3 ildə Azərbaycanda sementə tələbatın 3 milyon ton artacağı bildirilir. Tələbatı ödəmək üçün ölkədə yeni sement zavodlarının tikintisi nəzərdə tutulur. Belə zavodların biri yerli şirkət tərəfindən Qazaxda tikiləcək, digər zavodu isə Fransanın «Lafarj» şirkəti tikəcək. /ANS TV/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir. 

3 Cavab to “”

  1. Ashraf said

    xeberew gore minnetdaram,lakin urey achan xeber olmadi demekki sementin qiymeti yene de qalxacaq,bu ise olkede fealiyyet gosteren iri tikinti shirketlerine deyil shexsi temir ve berpa ishleri ile meshqul olan insanlara hech de serf etmayacak

  2. Naxchiboy said

    Ashraf duzgun qeyd etdi. hech de yaxshi olmadi. ZENCIRVARIDI. sement qalxdisa avtomatik evler yenede qalxacaq. hara kimi olare. Zarafat zarafat dedik ama zarafatsiz Bakida evelerin qiymeti LONDONDAn bahadir

  3. Naxchiboy said

    Yuksel movzunun adini duzelt. deyesen sehvlik olub fikrinden yayinib

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: