Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Lenkeranda PALMALİ-nin süd zavodu fealiyyete başlayıb

Posted by maliyye Fevral 14, 2008

                                                

Lənkəranda PALMALİ-nin süd zavodu fəaliyyətə başlayıbSon texnalogiyalarla təchiz olunmuş zavod gündə 100 tondan artıq südü emal etmək imkanına malikdir                                                
    Palmali şirkəti tərəfindən Lənkəran şəhərində inşa olunmuş süd emalı zavodu PAL SÜD ticarət nişanı adı altında süd məmulatlarının istehsalına başlayıb. Bu barədə ANS PRESS-ə  PALMALİ Şirkətlər Qrupunun mətbuat xidmətindən məlumat verilib. Məlumatda bildirilir ki, son texnalogiyalarla təchiz olunmuş zavod gündə 100 tondan artıq südü emal etmək imkanına malikdir. 

    Lənkəran və ətraf rayonlarda tədarük olunan xam süd zavodun müasir labaratoriyasında mikrobioloji və  kimyəvi analizdən keçirilir və ondan keyfiyyətli məhsullar istehsal edilir. Keyfiyyəti yoxlanıldıqdan sonra süd pasterizə və sterilizə edilir və steril paketlərə qablaşdırılır. PAL SÜD ticarət nişanı altında zavod saxlanma müddəti 4 ay olan pasterizə olunmuş Uzun Ömürlü Süd, Bəyaz Pendir, Qatıq, Qaymaq, Ayran, Xama, Kərəyağı, Kəsmik olmaqla 25 çeşiddə süd məmulatları istehsal edəcək.

    İlk vaxtlar daxili bazarın ehtiyacını ödəyəcək zavod yaxın illərdə istehsalı genişləndirərək xarici ölkələrə də hazır məhsul ixrac etməyi planlaşdırır. Bununla yanaşı, Palmali zavodu xammal ilə təchiz etmək üçün ətraf rayonlarda heyvandarlığın inkişafına yönələn tədbirlər də görür.

    Süd zavodu ətraf rayonlardan 3000-ə yaxın fermer və şəxsi təsərrüfatlardan xam südü toplamaqla yanaşı 150-yə yaxın insanı işlə təmin etməyi palanlaşdırır./ANS PRESS/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.  

12 Cavab to “Lenkeranda PALMALİ-nin süd zavodu fealiyyete başlayıb”

  1. Ashraf said

    Xebere gore minnetdaram,bu zavodun fealiyyete bashlamagi cox yaxshi oldu,hem xalq teserufati inkishaf edacak hemde ki yerli ehalinin bir hissesi ishle temin olunacaq

  2. Naxchiboy said

    her halda dovlete xeyirdi.

  3. azeri-xezer said

    Haydi Ireli Lenkeranin PAL SUDU

  4. economist said

    Mubariz muellim cox vetenperver insandir ve coxlarina numunedir.

  5. Libra said

    PAL SUD turk ticaret markasidir. Eger bu adi TMK-dirsa, onda bele cox sevinmeye deymez. Qazanilan menfeet olkeden gedecek. Yox eger ticaret markasi Turkiyeden alinibsa, onda xaricde de taninan ticaret markasi milli mehsulun xaricde satisini rahatlasdiracaq

  6. elnur said

    depoda işlayənlərin maaşını artırın!

  7. cox ela. qeyri neft sektorumuz inkisaf edir.

  8. Rauf said

    salam kaw ki butun biznesmenler bele iwlerle mewgul olsunlar

  9. vusal sferov 2 ci nerimanabaddan said

    butu lenkeran mubariz mellimle fexr edir sexsen ozu ile gorusmey menim ucun seref olardi o cur veten perver insanin fikirlerini bilmek menim ucun maraqli olardi

  10. Mahmud said

    evvela salam.En azindan sevinmeye deyer ki olkede inkiwaf var.Yeqinki bu sud mehsullarina parashok qatilmir.yene saqolun.

  11. Xeyale said

    Salam. Men is axtariram/

  12. gulnur said

    salam.iw yerlerine qebul nece olacagi ile maraqlaniram.ve zehmet olmasa kimya ixtisasi uzre iw yeri olacaqmi?bunu nece ve hardan oyrene bilerem.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: