Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Vergiler Nazirliyi 1832 qanun pozuntusu aşkarlayıb

Posted by maliyye Fevral 14, 2008

  Vergilər Nazirliyi 1832 qanun pozuntusu aşkarlayıbHəyata keçirilmiş operativ nəzarət tədbirləri zamanı üzə çıxan qanun pozuntuları ilə bağlı müvafiq tədbirlər görülübVergilər Nazirliyi 07 yanvar-10 fefral 2008-ci il tarixləri ərzində keçirilmiş operativ nəzarət tədbirləri zamanı 1832 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edib və müvafiq tədbirlər görülüb. Məlumatı ANSPRESS-ə Vergilər Nazirliyinin mətbuat xidmətindən veriblər. 1 ay üç günlük tədbirlər nəticəsində 1105 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 70 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilib. Keçirilən tədbirlər zamanı vergi orqanlarında qeydiyyata durmadan fəaliyyət göstərən 212 vergi ödəyicisi aşkar edilmiş, 207 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən olunub.

Vergi orqanlarının həyata keşirdiyi operativ nəzarət tədbirləri zamanı 2 vergi ödəyicisində 2 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 77 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 114 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları üxzə çıxıb.

Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 33 vergi ödəyicisində 1191,0 manat dəyərində 664 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilib.

Vergilər Nazirliyinin mətbuat xidmətinin məlumatında o da deyilir ki, operativ tədbirlər əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsinə nəzarət məqsədilə aparılır. /ANSPRESS/© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir

Bir Cavab to “Vergiler Nazirliyi 1832 qanun pozuntusu aşkarlayıb”

  1. Naxchiboy said

    Vergiden yayinmayaq.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: