Maliyyə

Iqtisadiyyati Güclü olan dövlət Hər şeyə qadirdir

Yanvarda tikinti materialları bazarında qiymet sabitliyi müşahide olunub

Posted by maliyye Fevral 14, 2008

  Yanvarda tikinti materialları bazarında qiymət sabitliyi müşahidə olunub2007-ci ilin sonlarına yaxın ilkin bazarda müşahidə olunan durğunluq tikinti materialları bazarında tələb portfelinin azalmasına səbəb olub2008-ci ilin yanvar ayı ərzində Bakı şəhəri üzrə tikinti materialları bazarında əksər tikinti materiallarının qiymətlərində stabillik müşahidə olunub. Məlumatı ANSPRESS-ə «Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupundan veriblər. Məlumatda deyilir ki, ötən ay ərzində bazarda formalaşan orta qiymətlər ötən ilin dekabr ayı ilə müqayisədə 0,3% təşkil edib.

Araşdırılan məhsullar üzrə ölkədə istehsal olunan malları ümumi həcmdə payı 33,8% təşkil edib ki, bu nisbət əvvəlki aylar ilə müqayisədə dəyişməyib. İl ərzində monitorinq zamanı 86 çeşiddə olmaqla 41 adda tikinti materiallarının qiyməti izlənilib, tələb və təklif araşdırılıb. 86 növ məhsulun 26 çeşidi üzrə müxtəlif səviyyədə qiymət artımı, 4 çeşiddə tikinti materiallarına qiymət azalması, qalan 56 çeşid materialın qiymətlərində isə sabitlik müşahidə edilib. Qiymət artımı sement (6,3%), dikt (2,9%), DSP (0,8%), DVP (2,6%), dam örtüyü (1,5%), alkapon (1,1%), mərmər (4,6%) və s. üzrə qeydə alınıb.

«Əmlak Bazarı İştirakçıları» İctimai Birliyinin monitorinq qrupunun gəldiyi aylıq nəticə isə belə olub ki, 2007-ci ilin sonlarına yaxın ilkin bazarda müşahidə olunan durğunluq tikinti materialları bazarında təsirsiz ötüşməyib və tələb portfelinin azalmasına, qiymətlərin stabilləşməsinə səbəb olub. /ANSPRESS/

© 2007 Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən ANS-PRESS-ə istinad zəruridir.

Bir Cavab to “Yanvarda tikinti materialları bazarında qiymet sabitliyi müşahide olunub”

  1. Naxchiboy said

    tikinti materiallari qiymeti evlere de tesir edir, evlerin qiymeti ise torpaq sahesine tesir edir. zencirvaridi.

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: